İdman 

“Həm sevincli, həm də həyəcanlıyıq”- Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Kopenhagen”ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında çıxış edib. O, əvvəlcə matçla bağlı fikirlərini bildirib: “Sevindirici haldır ki, böyük turnirin Bakıda matçı olacaq. Həm sevincli, həm də həyəcanlıyıq, məsuliyyətimiz artıb. İlk oyun olduğu üçün üzərimizdə diqqət böyükdür. Azərbaycanın hər bölgəsindən azarkeşlər maraqlanır. Ciddi rəqibə qarşı oynayırıq. Hazırlaşmaq üçün vaxtımız az oldu. Sona qədər mübarizə aparacağıq”.

Read More
İdman 

Penalti qaydaları dəyişir

Beynəlxalq Futbol Federasiyası (FIFA) penalti qaydalarını dəyişə bilər. Mənbənin məlumatına görə, penalti vuran futbolçulara top meydana qayıtdıqdan və ya qapıçının müdaxiləsindən sonra təkrar zərbə endirmək qadağan ediləcək. Eyni zamanda, qaydaların dəyişdirilməsinin hazırkı konsepsiyası topun qapı çərçivəsinə dəyəndən sonra nə ediləcəyini tənzimləmir. Qeyd olunur ki, bu qaydanın qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməli, daha sonra praktik sınaqdan keçirilməlidir.//Report

Read More
İdman 

Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirildiVİDEOYENİLƏNİB

Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilib. Musavat.com xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər. Mərasim Azərbaycan bayrağının arenaya gətirilməsi və Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra tamaşaçıların alqış sədaları ilə iştirakçı ölkələrin idmançıları arenaya daxil olublar. Ardınca rəsmi çıxış üçün söz Milli Təşkilat Komitəsinin sədr müavini Samir Şərifova verilib. Arenaya toplaşan hər kəsi salamlayan S.Şərifov qonaqları qədim Azərbaycan torpağı olan Gəncə şəhərində görməkdən məmnun olduqlarını bildirib: “Açılışı Gəncə stadionunda keçirilən III MDB Oyunları idman əməkdaşlığının inkişafına, gənclərin sağlam…

Read More
İdman 

“O hələ hazır deyil” – Qurban Qurbanov

Xəbər verdiyimiz kimi, “Qarabağ” Azərbaycan Premyer Liqasının 6-cı turunda “Azersun Arena”da “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: – Futbolçularımı təbrik edirəm. Kaxaber Tsxadadzeyə ancaq təşəkkür düşür. İntizamlı oyun, bərk müdafiə, təhlükəli əks-hücumlar… 90 dəqiqə 10 nəfərlə oynamalarına baxmayaraq komanda əzmkarlıq göstərdi. Belə komanda, belə iş görəndə qarşıdakı oyunlarda daha da ciddi oluruq. Kaxaber Tsxadadzeyə və komandasına uğurlar arzulayıram. Özümüzə gəldikdə, vacib qələbə idi. Bəlkə də oyun düşündüyümüzdən fərqli alındı. Qarşımızda yaxşı müdafiə olunan komanda var idi.…

Read More
İdman 

“O oyunun sevinci məndə daha çox idi, nəinki “Benfika” ilə…”

“Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak etməyimdən çox məmnunam. Azərbaycanda bir sıra sahələrə investisiya yatırılır. Futbol perspektivli sahədir. Bu sahəyə investisiya qoyulmağını da çox istərdik”. Bu barədə “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib. O bildirib ki, hər bir idmançı çempion olmağı arzulayır, bu adı almaq üçün futbolçu daha çox çalışır. “2009-cu ildə “Qarabağ”ın ilk Avroliqada oynadığı oyun Norveç klubuna qarşı idi. Həmin gün oyun Ağdamın işğal gününə təsadüf edirdi. Mənim Qarabağda ilk həyəcanlı oyunum idi. Həmin gün…

Read More
İdman 

“Formula 1”: Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq

Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq. Musavat.com-un məlumatına görə, əsas yarış saat 15:00-da start götürəcək. Ötən gün sıralama turunda “Red Bull” pilotu Maks Ferstappen birinci olub. “Uilyams”dan Karlos Sayns ikinci, “Reysinq Bulls”dan Liam Louson üçüncü yeri tutub. “Mercedes”dən Andre Kimi Antonelli dördüncü, onun komanda yoldaşı Corc Rassell beşinci pillədə qərarlaşıb. Bu gün “Formula 2″də də mübarizəyə yekun vurulacaq. İkinci dərəcəli pilotların əsas yarışı saat 11:00-da başlayacaq. Burada sıralama turunda ən yaxşı nəticəni “Dams Lukas Oil”dən Cek Krouford göstərib. 20 döngə, 51 dövrədən ibarət olan…

Read More
İdman 

SON DƏQİQƏ! “Formula-1” üzrə müqavilə uzadıldı – Bu tarixə kimi…FOTO

Ölkəmizdə böyük marağa səbəb olan “Formula-1” yarışları Azərbaycanda 2030-cu ilə qədər keçiriləcək. Bu barədə yarışların rəsmi saytında məlumat paylaşılıb. Qeyd olunub ki, Azərbaycan Qran-prisi, razılaşmaya əsasən, daha dörd il “Formula-1” təqvimində yer alacaq. Xatırladaq ki, daha öncəki razılaşmaya əsasən, ən son yarışın 2026-cı ildə keçirilməsi nəzərdə tutulurdu. (Oxu.Az)

Read More
İdman 

“Qarabağ”dan daha bir uğur: Avropada birincidir!

Cari mövsüm avrokuboklarda ən çox qələbə qazanan komandalar siyahısında “Qarabağ” birinci yerdədir. Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayan təmsilçimiz ümumilikdə 6 oyunda qalib gəlib, 1 oyunda məğlub olub. Bu göstərici ilə Ağdam təmsilçisi ən yaxşı performans göstərən Avropa klubu olub. 2-ci yerdə 6 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət ilə “Malmö”dür. “Brügge” 5 qələbə ilə üçüncüdür. Qeyd edək ki, “Qarabağ” daha öncə “Şelburn” və “Şkendiya”nı səfərdə və evdə məğlub edib; “Ferentsvaroş”a səfərdə qalib gəlib, evdə uduzub; “Benfika”nı isə səfər matçında/Offsideplus.az

Read More
İdman 

“Formula 1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş dayandırılıb

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş dayandırılıb. “Report”un məlumatına görə, buna səbəb trasın üzərində maneənin olmasıdır. Nəticədə qırmızı bayraq qaldırılıb. Problem həll ediləndən sonra sessiya davam etdiriləcək. Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Read More
İdman 

“Qarşımızda elə bir klub var idi ki…” – Tahir Gözəl “Qarabağ”ın möhtəşəm qələbəsindən DANIŞDIVİDEO

Xəbər verdiyimiz kimi, “Qarabağ” klubu ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxıb və Portuqaliya təmsilçisi “Benfika” ilə qarşılaşıb. Lissabonda keçirilən qarşılaşmada oyunun əvvəlində “Qarabağ” 0:2 hesabı ilə geri düşsə də, komanda sonadək mübarizə apararaq 3 möhtəşəm qolla tarixi geridönüş etdi – 3:2. Bu nəticə ilə Azərbaycan futbolu Çempionlar Liqasının qrup mərhələsində ilk qələbəsini qeyd etmiş oldu. Bu gün vətənə qalibiyyətlə dönən “Qarabağ”ın prezidenti Tahir Gözəl oyunla bağlı təəssüratlarını açıqlayıb: “Bu böyük zəfəri xalqımıza gətirdiyimiz üçün fəxr və qürur hissi var. Böyük və tarixi zəfəri Qarabağın fatehi Ali Baş Komandan…

Read More