Azərbaycanlı cüdoçunun həyatından ilhamlanmış filmin gizlin çəkildiyi məlum olub
İranlı və israilli kinematoqrafçıların birgə rejissorluğu ilə çəkilən “Tatami” filmi gizlin çəkilib. Bu barədə filmin rejissorları Zöhra Əmir İbrahimi və Qay Nattiv Venesiya Film Festivalında “Reuters”ə açıqlayıblar. Agentlik qeyd edib ki, rejissorlar filmi iranlılar üçün yetərincə əlçatan olan Gürcüstanda çəkiblər. Onlar ayrı-ayrı hotellərdə qalır, ingiliscə danışır və siyasi məzmunlu film çəkdiklərini elan etməyiblər. İranlı kinematoqrafçı Gürcüstanda xeyli sayda iranlının olduğunun fərqində olduğunu, ona görə də fəaliyyətlərini gizli saxladığını bildirib: “İran hökuməti haqqında öyrəndiyim odur ki, qorxduğunuz müddətdə onlar sizi həbs edə, öldürə bilə, ətrafınızda sıxıntılar yarada bilərlər. Lakin qorxmadıqca hər şey…
Read More