İdman 

Dünya Kuboku: Nicat Abasov ilk oyunda Karlsenə uduzub

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib. “Report”un məlumatına görə, 28 yaşlı qrossmeyster beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan N. Abasov rəqibinə məğlub olub. İkinci qarşılaşma sabah keçiriləcək. Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, M. Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.

Read More
İdman 

Bakıda medal qazanan türkiyəli idmançı: “Bizim ürəyimiz Azərbaycanla döyünür”

“Bizim ürəyimiz Azərbaycanla, Azərbaycanın ürəyi də bizimlə döyünür. Bunu yarış zamanı hiss edirik”. “Report” xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanmış Türkiyə komandasının üzvü Yusuf Dikeç deyib. İdmançı finalda məğlub olmalarının səbəbini açıqlayıb. O, Bakı Atıcılıq Mərkəzində güclü azarkeş dəstəyini hiss etdiklərini vurğulayıb: “Finala birinci olmaq üçün çıxmışdıq. Ötən gün mənim üçün heç də yaxşı keçməmişdi. Məyus olmuşdum. Bu gün yaxşı oldu, amma birinci ola bilmədik. Qismət. Olmayanda, olmur. Azarkeş dəstəyini hiss etdik. Türkiyə milli komandasının heyətində 20 nəfərik. Yarış zamanı tribunadan gələn alqış…

Read More
İdman 

İranlı idmançı: “Bakıda təhlükəsizliklə bağlı problemimiz yoxdur” – FOTO

“Neçə gündür buradayıq. Təhlükəsizliklə bağlı heç bir problemimiz yoxdur”. “Report” xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanmış İran komandasının qadın idmançısı Şermineh Çehel Amirani deyib. O, yarışla bağlı təəssüratının çox yaxşı olduğunu bildirib. Çehel Amirani Bakı Atıcılıq Mərkəzində hər şeyin qaydasında olduğunu diqqətə çatdırıb. Onun komanda yoldaşı Amir Məhəmməd Nekunam isə Çin komandasıyla final görüşündən danışıb: “Bu, idmandır. Qalib gəlmək də var, uduzmaq da. Biz görüşə yaxşı başladıq. Ancaq rəqib çox güclü idi. Əsas odur ki, yekunda medalsız qalmadıq”. O, ölkələrində məşq etməklə bağlı…

Read More
İdman 

Avropa çempionatı: Azərbaycanın voleybol millisi mübarizəyə başlayır

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında mübarizəyə başlayacaq. “Report”un məlumatına görə, Ataman Güneyligilin baş məşqçisi olduğu komanda Çexiya yığması ilə üz-üzə gələcək. Almaniyanın Düsseldorf şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qrupun digər matçında İsveç Türkiyə yığması ilə görüşəcək. Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Reqlamentə əsasən, qrupda ilk dörd pillədə qərarlaşacaq komandalar 1/8 finala yüksələcəklər.

Read More
İdman 

Bakıdakı dünya çempionatında medal və lisenziya əldə edən ilk qadın atıcılar bəlli olub – FOTO

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada qaliblər müəyyənləşib. “Report”un məlumatına görə, bu növdə həm fərdi, həm də komanda halında medallar, habelə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyalar qazanılıb. Çin yığmasının üzvü Yianq Ranxin fərdi növdə 239,8 xalla qızıl medala yiyələnib. Gümüş medal 238,3 xal toplayan yunanıstanla Anna Korakakiyə, bürünc medal isə 218,9 xal yığan digər çinli Li Xueyə qismət olub. Komanda növündə də ilk yeri çinlilər tutub. Gümüş medala Macarıstan komandası, bürünc medala isə İran seçməsi sahiblənib. 10 metr məsafəyə pnevmatik tapançadan…

Read More
İdman 

Dünya çempionu: “Qalib olduğum üçün özümü xoşbəxt hiss edirəm”

“Qalib olduğum üçün özümü xoşbəxt hiss edirəm”. “Report”un məlumatına görə, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının fərdi yarışında qızıl medal əldə edən Çinin qadın idmançısı Yianq Ranxin deyib. O, bütün rəqiblərin güclü olduğunu bildirib: “Gümüş medal qazanan Anna Korakaki də turnirə çox ciddi hazırlaşmışdı. Finala yaxşı konsentrasiya olmuşdu və digər rəqiblərə fikir vermirdi. Niyə həm kişilərin, həm də qadınların mübarizəsində qalib gəlirik? Çünki həqiqətən əlimizdən gələni edirik ki, qatıldığımız yarışlarda birinci olaq. Bunun sirri əzmlə çalışmaq və soyuqqanlılığı qoruyaraq qalib olmaqdır”. Macarıstan komandasının heyətində gümüş medala yiyələnən Rahel Sara Fabian…

Read More
İdman 

Cinsini dəyişən şəxslər qadınların şahmat turnirinə buraxılmayacaqlar

Beynəlxalq Şahmat Federasiyası (FIDE) cinsini kişidən qadına dəyişən transgenderlərin qadınların rəsmi turnirlərində iştirakını qadağan edib. Bu barədə FIDE-nin lisenziyalaşdırılması haqqında əsasnamədə deyilir. FIDE-nin yaydığı bəyanatda o da qeyd olunur ki, qadağa əlavə araşdırmalar aparılana və qərar qəbul edilənə qədər qüvvədə qalacaq: “Qərar əlavə araşdırmalara əsaslanmalı, FIDE Şurası isə onu iki ildən gec olmayaraq qəbul etməlidir”. Bununla belə, Beynəlxalq Şahmat Federasiyası transseksual qadınların açıq turnirlərdə iştirakına icazə verəcək. Yeni qaydalar avqustun 21-də qüvvəyə minəcək və federasiyanın növbəti qərarına qədər qüvvədə qalacaq. Mənbə: Handbook.fide.com

Read More
İdman 

II Liqa klublarının rəhbərləri ilə görüş keçirilib

AFFA-nın inzibati binasında II Liqa klublarının rəhbərləri ilə görüş keçirilib. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, klub rəsmiləri ilə müzakirələrdə PFL-in İdarə Heyəti – prezident Elxan Səmədov, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev iştirak ediblər. Əvvəlcə AFFA İcraiyyə Komitəsinin son qərarı ilə II Liqada oynamaq hüququ verilən “Dinamo” (Bakı) və “Şahdağ Qusar” komandaları rəsmilərinin simasında iştirakçılara təqdim olunub. Gündəlikdə bir sıra məsələlərə toxunulub. Buraya, əsasən, idman prinsipləri, liqada oynayacaq peşəkar və həvəskar statuslu futbolçular haqqında məlumatlar, transfer qaydaları, qeydiyyat, sifariş…

Read More
İdman 

Futbol üzrə Azərbaycan II Liqasında komanda sayı artırılıb

Futbol üzrə Azərbaycan II Liqasında komanda sayı artırılıb. Bu barədə “Report”a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib. Onun sözlərinə görə, qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub və say 12-dən 14-ə çatdırılıb. Hacıyev Daxili İşlər Nazirliyinin “Dinamo” və Qusarın “Şahdağ” kollektivlərinin turnirdə mübarizə aparacaqlarını vurğulayıb. Qeyd edək ki, II Liqada, həmçinin, “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir” və “Kür-Araz” komandaları da iştirak edəcəklər.

Read More
İdman 

Mərakeşli iş adamı Azərbaycan klubuna sahiblənir

Mərakeşli iş adamlarından biri Azərbaycanda klub sahibi olacaq. Offsideplus.az-ın əldə etdiyi məlumata görə, biznesmen, Birinci Liqada mübarizə aparan klublardan birinin rəhbəri olacaq. Belə ki, adı açıqlanmayan şəxsin “İmişli” komandasını satın alacağı gözlənilir. İmişli təmsilçisinin həmin iş adamı tərəfindən 1 milyon manata alınacağı ehtimal olunur. Ölkəmizə tez-tez səfər edən biznesmenlə AFFA arasında yaxın günlərdə bu barədə görüş keçiriləcəyini də qeyd edək.

Read More