Dünya və Avropa çempionatlarına yola düşəcək paralimpiyaçılarla görüş keçirildi – FOTO
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Niderlandda keçiriləcək Avropa Paralimpiya Çempionatı və Birləşmiş Krallıqda təşkil ediləcək İBSA Dünya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyəti və idmançılarla görüş olub. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, tədbirdə qurumun prezidenti Hidayət Abdullayev, vitse-prezident İlham Zəkiyev, məşqçilər, idmançılar və digər əməkdaşlar iştirak ediblər. H.Abdullayev həssas qrupdan olan vətəndaşlara dövlət qayğısının nəticəsi kimi əlilliyi olan idmançıların xüsusi diqqətlə əhatələndiyini qeyd edib. O, milli üzvlərinin qarşıdan gələn mötəbər yarışlarda yaxşı nəticələr qazanacağına əmin olduğunu vurğulayaraq, onlara uğurlar arzulayıb. Komitə prezidenti Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına cəmi bir il vaxt…
Read More