İdman 

“Rakuv”un futbolçusu: “Qarabağ”ın nəyə qadir olduğunu bilirik”

“Rəqibin nəyə qadir olduğunu hamımız bilirik”. “Report”un məlumatına görə, bunu “Rakuv”un futbolçusu Ben Lederman Polşada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib. 23 yaşlı yarımmüdafiəçi vacib matça çıxacaqlarını bildirib: “Biz də güclü komandayıq. Topla və topsuz ən yaxşı tərəflərimizi göstərmək istəyirik. Bu çağırışa hazırıq. 1-2 il əvvəlkindən daha güclüyük. Artıq yetəri qədər təcrübəmiz var”. Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Read More
İdman 

Adrian Mutu: “Neftçi”nin baş məşqçisi olmaq böyük məsuliyyətdir”

“Neftçi”nin baş məşqçisi olmaq mənim üçün böyük məsuliyyətdir”. “Report” xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib. O bildirib ki, əsas hədəf komandanı yenidən zirvələrə daşımaqdır: “Rəqibdən asılı olmayaraq, öz oyunumuzu nümayiş etdirməliyik. Balanslaşmış komanda yaratmaq və oyunçular arasında rəqabəti təmin etmək lazımdır. Bu proses uzunmüddətlidir. Komanda hazırda balanslaşmış deyil”. “Neftçi”yə yeni futbolçuların cəlb olunacağını söyləyən mütəxəssis qeyd edib ki, görüləcək işlərdə öz enerjisini 100% səfərbər edəcək: “Son 10 gün ərzində oyunçularla aparılan görüş zamanı əmin oldum ki, onlar da mənimlə birlikdə çalışmaq istəyirlər. Futbolçular yeni formada təlimlərə,…

Read More
İdman 

İranlı boks çempionuna yenidən ölüm hökmü verildi – FOTO

İranlı boks çempionuna yenidən ölüm hökmü verildi. Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatının məlumatına istinadla xəbər verib. Bildirilir ki, Məhəmməd Cavad Vəfayi Sani Məşhəd şəhər İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən dünən yenidən ölüm cəzasına məhkum edilib. Qeyd edək ki, Məşhəd İnqilabi Cinayət Məhkəməsinin 4-cü şöbəsi bu qəddar hökmü əvvəllər də vermişdi, ancaq qərar apellyasiya şikayəti əsasında ləğv edilmişdi və yenidən işin araşdırılması üçün ikinci şöbəyə göndərilmişdi. Bununla belə, bu şöbə də edam qərarı verib. Xatırladaq ki, 27 yaşlı iranlı boks çempionu 2019-cu ilin oktyabr etirazlarında iştirakına görə həbs…

Read More
İdman 

Azərbaycan klubu Belçikadan futbolçu gətirdi

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Muxtar Respublika təmsilçisindən verilən məlumata görə, klub bosniya və herseqovinalı mərkəz müdafiəçisi Numan Kurdiçi heyətinə qatıb. 24 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb. Kurdiç karyerası ərzində ölkəsində “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında çıxış edib. O, ötən mövsümü Belçikanın “Molenbek” klubunda keçirib. “Araz-Naxçıvan” daha əvvəl digər bosniya və herseqovinalı futbolçu Miço Kuzmanoviçlə müqavilə imzalayıb.

Read More
İdman 

Azərbaycan çempionatları tarixinin bombardiri kimdir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Azərbaycan çempionatları tarixinin ən məhsuldar futbolçularının siyahısını dərc edib. Qurumun rəsmi saytının yaydığı məlumata görə, 1992-ci ildən təşkil edilən ölkə çempionatının rekordçusu Nazim Əliyev dörd komandanın heyətində ümumilikdə 183 qol vurub. Onu 125 qolla Müşfiq Hüseynov təqib edir. İlk üçlüyü Rövşən Əhmədov qapayır – 116 qol. Samir Ələkbərov və Qurban Qurbanov 115, Alay Bəhramov 108, Nadir Nəbiyev 103, Vadim Vasilyev və Xaqani Məmmədov 102, Kənan Kərimov isə 101 qolla növbəti sıralarda qərarlaşıblar.

Read More
İdman 

Musa Qurbanlı: “Özümü “Yurqorden”də yeni oyunçu kimi hiss etmirəm”

İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı yeni komandasına uyğunlaşıb. Bu barədə gənc forvard özü açıqlamasında bildirib: “Özümü komandada yeni oyunçu kimi hiss etmirəm. Artıq bura uğyunlaşmışam. Komanda yoldaşlarımla qısa müddətdə dostlaşmağı bacarmışam. Burada hər şey yaxşıdır”, Azərbaycan millisinin üzvü “Yurqarden” azarkeşlərinin ona qarşı münasibətindən razılığını ifadə edib: “Azarkeşlərin münasibətindən çox təsirləndim. Onların sevgisini hiss edirəm. Mən də fanatlar üçün mübarizə aparmaq istəyirəm”. Qeyd edək ki, Musa Qurbanlı bir müddət əvvəl “Qarabağ”dan “Yurqorden”ə keçib. Onun iyulun 22-də İsveç çempionatının XVI turunda “Elfsborq”la görüşdə komandasının heyətində debüt etməsi gözlənilir. Mənbə: aftonbladet.se

Read More
İdman Region Xəbərləri 

Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “Birlik” milli adət-ənənələr düşərgəsi keçirilib.

11-16 İyul 2023-cü il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “Birlik” milli adət-ənənələr düşərgəsi keçirilib. Düşərgədə Bərdə gəncləri də fəal iştirak etmişdir. Düşərgənin keçirilməsində məqsəd zəngin mədəniyyətimizin tanıdılması, adət-ənənələrin yaşadılması və geniş təbliğidir. Düşərgə müddətində maraqlı və əyləncəli tədbirlər, o cümlədən gəzintilər, təlimlər, diskusiyalar, kukla teatrı, intellektual və milli idman oyunları keçirilib. Düşərgəyə respublikamızın müxtəlif bölgələrindən təhsildə fərqlənən gənclərlə yanaşı, şəhid və qazi övladları və aztəminatlı ailələrin övladları da daxil olmaqla 100 gənc cəlb olunub.

Read More
İdman 

“Kəpəz”də sular duruldu: Baş məşqçi ilə köməkçisi arasında nə baş verib? – FOTO

“Kəpəz”də baş məşqçi Azər Məmmədovla köməkçisi Xaliq Mərdanov arasında buzlar əriyib. ARANTV.AZ xəbər verir ki, onlar dünən “Araz Naxçıvan”a qarşı keçirilən yoxlama oyununda bir arada olublar. Bir neçə gün əvvəl yayılan məlumata görə, X.Mərdanov və A.Məmmədov arasında böyük narazılıq yaranıb. Bundan sonra Mərdanov köməkçi məşqçi postundan uzaqlaşdırılıb və əvvəlki kimi əvəzedici komandanın sükanı arxasına göndərilib. Lakin əldə etdiyimiz məlumata görə, ortada hər hansı problem yoxdur. Mərdanov həm əvəzedici komandanı çalışdıracaq, həm də köməkçi məşqçi kimi Azər Məmmədovun yanında olacaq. Əvəzedicilərin baş məşqçisi Zaur Əsədov isə klubun U-19 komandasını çalışdıracaq.  

Read More
İdman 

Mbappeni “Real Madrid”ə buraxmaq istəməyən PSJ-dən milyardlıq təklif

Fransanın PSJ klubu Kilian Mbappeni əldən buraxmaq istəmir. Paris təmsilçisi 24 yaşlı hücumçu üçün yeni müqavilə hazırlayıb. Klub onu növbəti 10 ildə də heyətində saxlamaq istəyir. Anlaşmanın ümumi dəyərinin bir milyard avrodan çox olması planlaşdırılır. Xatırladaq ki, Mbappenin PSJ ilə gələn ilin yayına qədər müqaviləsi var. O, sözləşməni yeniləmək niyyətində deyil. PSJ 2024-cü ildə forvardı pulsuz buraxmamaq üçün ya bu yay satmalı, ya da müqaviləni yeniləməlidir. Qeyd edək ki, Kilian Mbappenin İspaniyanın “Real Madrid” klubuna keçidi gündəmdədir. Mənbə: Defensa Central

Read More
İdman Region Xəbərləri 

Bərdədə “İdman hamı üçün” devizi altında 70 nəfər idmançının iştirakı ilə kikboksinq idman növünün nümayişi keçirilmişdir.

18 iyul 2023-cü il tarixdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Heydər Əliyev adına park-bulvarda “İdman hamı üçün” devizi altında 70 nəfər idmançının iştirakı ilə kikboksinq (məşqçi Tural Bayramov) idman növünün nümayişi keçirilmişdir.

Read More