İdman 

“Qarabağ”ın qələbəsi əsl möcüzədir!

Azərbaycan futbolu üçün 2025-ci ilin sentyabr ayı yaddaşlara qızıl hərflərlə yazıldı. Məlum olduğu kimi, ötən gecə Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın nəhəng klubu “Benfika” üzərində tarixi qələbə qazandı. Lissabonda keçirilən qarşılaşmada oyunun əvvəlində “Qarabağ” 0:2 hesabı ilə geri düşsə də, komanda sonadək mübarizə apararaq üç möhtəşəm qolla tarixi geridönüş etdi – 3:2. Bu nəticə ilə Azərbaycan futbolu Çempionlar Liqasının qrup mərhələsində ilk qələbəsini qeyd etmiş oldu. “Qarabağ”ın prezidenti Tahir Gözel bu zəfəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr etdiklərini açıqlayıb. Klub rəhbəri vurğulayıb ki, bu uğur…

Read More
İdman 

“Köhlən atlar” Bakıda coşqu ilə qarşılandı – Video

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” üzərində inamlı qələbə qazanan “Qarabağ” Bakıya qayıdıb. “Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və komandası hava limanında coşqu ilə qarşılanıb. Fotoqrafımız Pərvin Zeynalın lentə aldığı sözügedən anları əks etdirən görüntüləri təqdim edirik:

Read More
İdman 

Qurban Qurbanov: “Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi”

“Qarabağ” futbolçularının özünə inamı qələbə qazanmağa kömək edib. “Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Benfika”ya (Portuqaliya) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis səfərdə qazanılan tarixi qələbədən danışıb: “Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində, bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyirimzə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. “Benfika”ya qalib gəlməyimiz onların zəif olduğu anlamına…

Read More
İdman 

Tahir Gözel: “Qarabağ”ın qələbəsini Prezident İlham Əliyevə həsr edirik”

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika” üzərində qazanılan qələbəni Prezident İlham Əliyevə həsr edib. “Report” xəbər verir ki, bu barədə klub rəhbəri Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib. O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir: “Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik”. Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə…

Read More
İdman 

Tarixi qələbə “Qarabağ”a MİLYONLAR QAZANDIRDI

Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda möhtəşəm qələbə qazanan “Qarabağ” böyük bonus əldə edib. Səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edən Ağdam klubu 3 xaldan savayı 2,1 milyon avro (4,24 milyon manat) qazanıb. Bu, UEFA-nın qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində qazanılan hər qələbəyə görə verilən mükafatdır. Heç-heçə halında komandalara 700 min avro (1,42 milyon manat) ödənilir. (Publika.az)

Read More
İdman 

Qurban Qurbanov: “Benfika” ilə oyunun ilk dəqiqələrində bir qədər stress oldu”

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” ilə matçın ilk dəqiqələrində “Qarabağ” bir qədər stress yaşayıb. Bunu Heydər Əliyev Hava Limanında qarşılama zamanı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib. Mütəxəssis oyunun gedişatında futbolçularda özünəinamın artığını da söyləyib: “Bu klub tarixində UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbə idi. Futbolçulara inam gəldi, bəlkə bir qədər də böyüdük. Hesabda 0:2 geridə olduğumuz zaman geridönüş etdik və qələbə qazandıq. Futbol elə bir oyundur ki, terminləri demək olar eynidir. Eyni motivasiya ilə davam etməli, geri dönməməli idik. Bunu futbolçularıma çatdırdım. Oyunun…

Read More
İdman 

Çempionlar Liqası: “Benfika” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq “Benfika” (Portuqaliya) və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb. “Report”un məlumatına görə, “Eştadiu da Luş” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar: “Benfika”: Trubin, António Silva, Barrenechea, Aursnes, Sudakov, Pavlidis, Dedić, Ríos, Schjelderup, Dahl, Otamendi (C) “Qarabağ”: Kochalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Duran, Kadi Borges, Pedro Bicalho, Elvin Cəfərquliyev, Kevin Medina.

Read More
İdman 

“Qarabağ”ın 7 top buraxan qapıçısı onun oğlu imiş…

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb. Ağdam klubu ilk oyunda “Benfika”lı həmyaşıdları ilə qarşılaşıb. Matç portuqalların 1:7 hesablı qələbəsi ilə başa çatıb. Bu matçda Ağdam klubunun qapısını Teymur Həsənov qoruyub. Qolkiperin avrokuboklarda ilk çıxışı çox uğursuz alınıb. T.Həsənovun ailəsi də idman ictimaiyyətinə tanışdır. Belə ki, onun atası “Qarabağ”ın qapıçılar üzrə məşqçisi Elxan Həsənov, anası isə Azərbaycan voleybol yığmasının sabiq üzvü, “Azerreyl”in məşhur oyunçusu Alla Həsənovadır. Elxan Həsənov tez-tez “Qarabağ” qapıçılarının son illərdəki zəif çıxışına görə tənqid olunur. Həmçinin qeyd edək ki, ata Həsənov Azərbaycan yığmasının heyətində…

Read More
İdman 

“Benfika” – “Qarabağ” matçının hakimləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Benfika” – “Qarabağ” matçını Belçikadan olan hakimlər briqadası idarə edəcək. Bu barədə UEFA-nın rəsmi saytında bildirilir. Qarşılaşmanın baş hakimi Erik Lambrexts olacaq. Onun köməkçiləri qismində Co De Veird və Kevin Monteni çıxış edəcəklər. Natan Verbumen isə dördüncü hakim kimi fəaliyyət göstərəcək. Xatırladaq ki, “Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. (Oxu.Az)

Read More
İdman 

Bu gün Azərbaycan – Ukrayna matçı var

Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq. Yığma Bakıda Ukrayna ilə üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Görüşü yunanıstanlı FIFA referisi Vassilis Fotias idarə edəcək. Azərbaycan millisində ötən gün portuqaliyalı mütəxəssis Fernandu Santuş istefaya göndərilib. Komandanı bugünkü görüşə U-21-in baş məşqçisi Ayxan Abbasov çıxaracaq. Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 5-də səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.  (Report)

Read More