İdman 

Azərbaycanlı futbolçular Türkiyədə legioner sayılmayacaqlar? – “Qalatasaray” təklif hazırlayır

Türkdilli ölkələrdən olan futbolçular Türkiyədə legioner sayılmaya bilər. “Qalatasaray” klubu bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət etməyə hazırlaşır. Klub türkdilli respublikaların vətəndaşlığına malik olan futbolçuların Super Liqada yerli oyunçu statusunda oynamasını istəyir. “Qalatasaray” bir müddətdir ki, bu istiqamətdə iş aparır. “Sarı-qırmızılar” federasiyaya Braziliya və Portuqaliya arasındakı münasibəti nümunə göstərəcək. Braziliya ilə Portuqaliyanın anlaşmasına görə, hər iki ölkənin vətəndaşlarına viza almadan, hər hansı icazəyə gərək duymadan işləmələrinə imkan verilir. Braziliyalı futbolçular Portuqaliyada legioner sayılmadıqlarından Avropada ən çox ora üz tuturlar. Mənbə: “Habertürk”

Read More
İdman 

Səfirdən Azərbaycan millisi barədə şok sözlər: “Elə bil, 0:8 uduzan onlar deyildi, həvəslə yeyib-içirdilər”

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev futbol üzrə milli komandamız barədə xatirəsini bölüşüb. O, özünün “Facebook” hesabında 2005-ci ildə Polşaya 0:8 hesablı məğlubiyyətdən sonra təyyarədə gördüklərini paylaşıb. “Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 0:8 hesabı ilə məğlub olduq. VIP-lojada Polşanın müdafiə naziri Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub: “Bu, futboldur. Hər dəqiqə hər şey dəyişə bilər”, – dedi. Dördüncü qol…

Read More
İdman 

SOCAR məşhur Türkiyə klubunun sponsoru olur?

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Trabzonspor” klubunun sponsoru ola bilər. Məlumata görə, danışıqlar artıq başlayıb. Dünən tərəflər arasında ilkin görüş olub. “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadovun “Trabzonspor” azarkeşi olmasının anlaşmanın reallaşmasında həlledici rol oynayacağı bildirilir. Mənbə: “Ajansspor”

Read More
İdman 

Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək ölkələr açıqlandı

Martın 28-də Bakıda yeniyetmə boksçular arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürəcək. Azərbaycan Boks Federasiyasının yaydığı məlumata görə, Boks Mərkəzində baş tutacaq yarış 5 gün davam edəcək. Turnirdə Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Bosniya və Herseqovina, Belarus, İsrail və Moldova boksçuları mübarizə aparacaqlar. Komandamızın baş məşqçisi Vaqif Kazımov yarışda 40 idmançını sınaqdan keçirəcək. Turnirdə mükafatlar uğrunda ümumilikdə 100-dən artıq boksçu gücünü yoxlayacaq. Döyüşlər saat 16:00-da başlanacaq. Yarışın ilk günü, saat 18:00-da rəsmi açılış mərasimi keçiriləcək. Martın 28-də saat 10:30-da…

Read More
İdman 

Azərbaycan millisi Sloveniyaya qalib gəlib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuran 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib. “Report”un məlumatına görə, Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan kollektiv 2:0 hesablı qələbə qazanıb. Millinin heyətində 27-ci dəqiqədə Samir Abdullayev və 90-cı dəqiqədə Murad Vəliyev fərqlənib.

Read More
İdman 

“Qalatasaray” klubu Bakıda izdihamla qarşılanmasını paylaşıb – VİDEO

“Qarabağ”la oyun üçün ölkəmizə gələn Türkiyənin “Qalatasaray” klubu komandanın Bakıda hərarətlə qarşılanmasından razı qalıb. Bu barədə “sarı-qırmızı”ların sosial şəbəkə səhifəsindən məlumat verilib. Qarşılanma mərasimini möhtəşəm adlandıran “Cim-Bom” müvafiq görüntüləri də paylaşıb. Xatırladaq ki, bu gün Bakıda “Qarabağ” və “Qalatasaray” arasında xeyriyyə oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.  

Read More
İdman 

Bakı Olimpiya Stadionu Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilir – FOTO

Bu gün “Qarabağ”la “Qalatasaray”ın xeyriyyə matçı keçirəcəyi Bakı Olimpiya Stadionu Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilir. Qol.az xəbər verir ki, hər oturacağa Azərbaycan və Türkiyənin bayraqları qoyulacaq. Xatırladaq ki, saat 20:00-da başlayacaq matçdan əldə olunacaq bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə ayrılacaq.  

Read More
İdman 

“Haber Global” “Qarabağ” – “Qalatasaray” oyunu öncəsi son vəziyyət barədə süjet hazırlayıb – VİDEO

Türkiyənin “Haber Global” televiziya kanalı “Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyunu barədə süjet hazırlayıb. Kanalın idman direktoru Fatih Demirkol Bakı Olimpiya Stadionundan canlı bağlantıya çıxaraq oyunöncəsi son vəziyyət haqqında məlumat verib. O, canlı yayımda qeyd edib ki, artıq matçın baş tutması üçün bütün hazırlıqlar yekunlaşıb və azarkeşlər böyük həyəcanla start fitinin səslənməsini gözləyirlər. “Haber Global” televiziya kanalının idman direktoru “Qarabağ”ın təcrübəli yarımmüdafiəçisi Qara Qarayevdən oyunla bağlı fikirlərini də öyrənib. Xatırladaq ki, “Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu məhz “Haber Global” kanalı canlı yayımlayacaq. Bakı Olimpiya Stadionunda təşkil olunacaq…

Read More
İdman 

“Qarabağ” – “Qalatasaray” matçına gedəcək azarkeşlərin NƏZƏRİNƏ

Bakıda “Qarabağ” və Türkiyə “Qalatasaray”ı arasında keçiriləcək xeyriyyə oyunundan sonra azarkeşlər Bakı Olimpiya Stadionundan (BOS) hissə-hissə buraxılacaqlar. BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadənin verdiyi məlumata görə, bu qərar ictimai nəqliyyata doğru gedən yollarda sıxlıq yaranmaması üçün qəbul olunub. O bildirib ki, əvvəlcə arenanın yuxarı mərtəbələri boşaldılacaq: “Birinci mərtəbədəki tamaşaçılar isə bir az gözləməli olacaqlar. Məsələ polislər tərəfindən tənzimlənəcək. Azarkeşlərə çağırış edirik ki, hüquq-mühafizə orqanları əməkdaşlarının təlimatlarına əməl etsinlər”. Qeyd edək ki, martın 26-da keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən…

Read More
İdman 

Türkiyədən Ermənistana 15 ildən sonra nazir səviyyəsində ilk səfər – FOTO

Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu 2024 Avropa Futbol Çempionatının seçmə turu çərçivəsində bu gün keçiriləcək Ermənistan-Türkiyə matçını izləmək üçün Ermənistana gedib. Xatırladaq ki, sonuncu dəfə Türkiyənin 11-ci prezidenti Abdullah Gül 2008-ci ildə Ermənistan – Türkiyə oyununa stadiondan canlı baxmaq üçün İrəvana səfər etmişdi. Beləliklə, 15 ildən sonra, nazir səviyyəsində ilk səfər yenə də iki ölkə arasındakı futbol matçı səbəbilə gerçəkləşdirilir. Mənbə: Fanatik  

Read More