İdman 

Ermənilər İsveç – Azərbaycan oyununda təxribatlara hazırlaşırlar

Avropada yaşayan ermənilər AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç və Azərbaycan milli komandaları arasındakı qarşılaşmada təxribatlar törətməyə hazırlaşır. Bu barədə İsveç mətbuatı xəbər yayıb. Məlumatda qeyd olunur ki, “Artsax Azadlıq Təşkilatı” adlı qondarma birliyi idarə edən şəxslər “Facebook” və digər sosial şəbəkə platformaları üzərindən çağırışlar edirlər. “Biz ən azı 100 nəfər olmalıyıq” şüarı ilə paylaşılan postlarda qeyd olunur ki, məqsəd oyundan əvvəl və matç zamanı stadionda siyasi etirazlar təşkil etmək, Azərbaycana qarşı müxtəlif siyasi şüarlar səsləndirmək olacaq. Xatırladaq ki, futbol üzrə İsveç və Azərbaycan milli komandaları arasında görüş martın 27-də…

Read More
İdman 

“Qalatasaray” futbol klubu: “Can Azərbaycanda zəfər deyil, səfərbərlik zamanıdır” – VİDEO

“Can Azərbaycanda “Zəfər deyil, səfərbərlik zamanıdır”. Bu, Türkiyənin “Qalatasaray” futbol klubunun tvitter hesabında Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ”la matç öncəsi Azərbaycanla bağlı paylaşımında yer alıb. “Qalatasaray”ımızın 26 mart, bazar günü saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) “Qarabağ” futbol komandası ilə Azərbaycanda oynayacağı və bütün gəlirlərinin zəlzələdə vətəndaşlarımıza bağışlanacağı qardaşların qarşılaşması üçün son 2 gün”, – paylaşımda əlavə olunub. Qeyd edək ki, “Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq. Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən…

Read More
İdman 

Bakı Olimpiya Stadionu “Qarabağ” – “Qalatasaray” oyununa hazırdır – FOTO

“Qarabağ” Türkiyənin “Qalatasaray” klubuna qarşı keçirəcəyi xeyriyyə oyununun baş tutacağı Bakı Olimpiya Stadionunun (BOS) mövcud vəziyyətini əks etdirən fotolar paylaşıb. Ağdam təmsilçisinin sosial şəbəkə hesabında yerləşdirilən şəkillərdə arenanın ot örtüyünün ideal vəziyyətdə olduğu görünür. Klub stadionun qarşılaşmaya hazır olduğunu qeyd edib. Bundan başqa, bir daha matçdan əldə olunacaq gəlirin Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım üçün göndəriləcəyi qeyd edilib. Xatırladaq ki, BOS rəhbərliyi matçın xeyriyyə məqsədli olduğunu nəzərə alaraq, təşkilati işlər üçün “Qarabağ”dan heç bir məbləğ tələb etməyib. “Qarabağ” – “Qalatasaray” matçı martın 26-da saat 20:00-da start götürəcək.  

Read More
İdman 

İbrahimoviç Azərbaycan millisi ilə oyun öncəsi nə söylədi?

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərinə qarşı keçirəcəyi matçlardan öncə mətbuat konfransında fikirlərini bildirib. 41 yaşlı hücumçu qarşıdakı görüşlərdə oynaya biləcəyini söyləyib: “Yaxşı komandamız var, amma çətin qrupdayıq. Özümü yaxşı hiss etsəm və baş məşqçi şans versə, ölkəmə köməklik edəcəyəm. Mənim yaşımda gələcək barədə deyil, indiki vaxt haqqında düşünməlisiniz”. Xatırladaq ki, İsveç yığması martın 24-də Belçikanı, üç gün sonra Azərbaycan millisini qəbul edəcək. Mənbə: fcupdate.nl

Read More
İdman 

Nazirin Novruz FOTOsu maraqla qarşılandı

Novruz bayramı münasibətilə Gənclər və İdman Nazirliyinin Respublika Olimpiya İdman Mərkəzinin qarşısında şənlik keçirilib. ARANTV.AZ  xəbər verir ki, şənliyə qatılan nazir Fərid Qayıbovun səmimi davranışı diqqət çəkib. Belə ki, nazir tonqal üzərindən atlanarkən çəkilmiş fotosunu öz feysbuk hesabında paylaşıb. Onun bu davranışı maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Read More
İdman 

86 yaşını tamamlayan “Neftçi” – FOTOREPORTAJ

Bu gün “Neftçi” üçün əlamətdar gündür. ARANTV.AZ  xəbər verir ki, “ağ-qaralar” 86 yaşını tamamlayır. Klub 1937-ci ilin mart ayının 18-də Bakıdakı neft sənayesi işçiləri tərəfindən yaradılıb. Həmin dövrdə rus dili işlək olduğundan komandanın ilk adı “Neftyannik” olub. Klubun geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olunub. Emblemdə yerini alan “H” hərfi (kiril əlifbası ilə) – “Neftyannik” sözünün birinci hərfi idi. “Qara qızıl”ın rəngi formanın əsasını təşkil etdi. Həmin dövrdə neftlə bərabər “ağ qızıl” adlandırılan pambıq da Azərbaycan SSRİ-nin şöhrətlənməsində böyük rol oynadığından qərara alınıb ki, pambığın…

Read More
İdman 

Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vurulacaq. “Report”un məlumatına görə, XXVII turun son oyununda “Qəbələ” “Şamaxı”nı qəbul edəcək. Hazırda “qırmızı-qaralar” 33 xalla 4-cü, “şirlər” isə 20 xalla 9-cu pillədə qərarlaşıblar. Komandalar indiyədək ölkə çempionatında 57 dəfə üz-üzə gəliblər. Bunların 18-də Qəbələnin, 19-da isə Şamaxının eyniadlı təmsilçisi qələbə qazanıb. 20 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də qonaqlar üstünlüyə malikdirlər – 74:62. “Qəbələ” son 9 oyunda meydanı qolsuz tərk etməyib. “Şamaxı” son 6 görüşdə qələbə qazanmayıb. Azərbaycan Premyer Liqası XXVII tur 17 mart 17:00. “Qəbələ” – “Şamaxı” Hakimlər: Rəşad Əhmədov,…

Read More
İdman 

Namiq Abdullayev baş məşqçi vəzifəsindən ayrıldı: Onu yığmanın sabiq üzvü əvəzləyəcək

Azərbaycan güləş millisində baş məşqçi dəyişikliyi reallaşıb. Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata görə, Namiq Abdullayev qurumun İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə ölkədə sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq baş məşqçi vəzifəsindən ayrılıb. Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib. Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində də dəyişiklik edilib. AGF vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə…

Read More
İdman 

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Şahmat Festivalı keçiriləcək

Azərbaycanın paytaxtı Bakı daha bir mötəbər yarışa ev sahibliyi edəcək. Azərbaycan Şahmat Federasiyasının (AŞF) yaydığı məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AŞF-nin təşkilatçılığı ilə “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı keçiriləcək. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan mötəbər turnir “Baku Crystal Hall”da olacaq. Festivalda şahmatçılar reytinqə uyğun olaraq üç qrup üzrə (A, B və C) mübarizə aparacaqlar. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edir. Yarışın A…

Read More
İdman 

Azərbaycan beynəlxalq turnirdə 14 boksçu ilə təmsil olunacaq

Martın 14-də Monteneqronun Budva şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir start götürəcək. Azərbaycan Boks Federasiyasının yaydığı məlumata görə, 5 gün davam edəcək yarışda yığmamız 14 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadə Budvada Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər ikisi 57 kq), Nəsir Səyyad (60 kq), Aslan Quliyev (63,5 kq), Sənan Hətəmov (67 kq), Ziya Həsənov (71 kq) və Səbuhi Əlizadəyə (92 kq) şans verəcəklər. Qızlardan ibarət yığma məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında çıxış edəcək.…

Read More