İdman 

Oğluna görə 40 illik azarkeşi olduğu “Neftçi”dən imtina etdi – FOTO

Azərbaycan Premyer Liqasının XXVI turunun “Şamaxı” – “Neftçi” (0:1) oyununda maraqlı pankart nümayiş etdirilib. ARANTV.AZ  xəbər verir ki, meydan sahiblərinin futbolçusu Fuad Bayramovun atası Etibar Bayramov oğluna görə 40 il azarkeşlik etdiyi “Neftçi”dən imtina etdiyi əks olunan pankart açıb. O, buna görə “ağ-qaralar”dan üzr istəyib. “40 illik “Neftçi”, məni bağışla, artıq “Şamaxı”nın fanatıyam”, – deyə E.Bayramovun açdığı pankartın üzərində yazılıb.  

Read More
İdman 

Zəngilanda Ağalı kənd orta məktəbinin nəzdində ilk dəfə cüdo bölməsi fəaliyyətə başlayıb – FOTO

Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Zəngilan rayonunda Ağalı kənd orta məktəbinin nəzdində ilk dəfə cüdo bölməsi fəaliyyətə başlayıb. Nazirlikdən verilən məlumata görə, martın 9-da gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu cüdo bölməsində yaradılan şəraitlə tanış olublar. Cüdo bölməsinin fəaliyyət göstərdiyi məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının…

Read More
İdman 

Türkiyədə futbolçular arasında kütləvi dava: Polis gözyaşardıcı qazdan istifadə etdi – FOTO

Türkiyə Həvəskar Liqasında keçirilən “Yeniçağaspor” – “Karabük İdman Yurdu” oyunundan sonra kütləvi dava olub. 2:2 hesabı ilə başa çatan qarşılaşmanın ardınca iki komandanın futbolçuları və klub rəsmiləri əlbəyaxa olublar. İnsidentə hüquq-mühafizə xidmətinin əməkdaşları müdaxilə ediblər. Ancaq aranı sakitləşdirmək mümkün olmayıb. Belə olanda polis gözyaşardıcı qazdan istifadə etməli olub. Döyülən qonaq komandanın üzvləri matçdan sonra xəstəxanaya müraciət ediblər. Klub məsələ ilə bağlı hüquqi prosedurlara başlanacağını açıqlanıb.  

Read More
İdman 

Ayşən Abduləzimova: “Azərbaycan xanımı kimi xaricdə ən yaxşı voleybolçu seçilmək qürurvericidir” – MÜSAHİBƏ

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova peşəkar karyerasına 2008-ci ildə “Azerreyl”də başlayıb. 2011-ci ildən yığmanın uğurları üçün çalışan 30 yaşlı oyunçu 2018-ci ildən ölkə xaricində çıxış edir. 2018-2020-ci illərdə Macarıstanda “Vaşaş”, 2020/2021 mövsümündə Türkiyədə “Sarıyer Belediyespor”un formasını geyinmiş voleybolçu 2021-ci ildən yenidən “Vaşaş”ın uğurları üçün çalışır. Ayşən Abduləzimova karyerası və Azərbaycan voleybolu ilə bağlı “Report”a müsahibə verib. – 2018-ci ildən sonra karyeranızı ölkə xaricində davam etdirirsiniz. Beşillik fəaliyyətinizi necə dəyərləndirirsiniz? – Bir il Türkiyədə çıxış etdim. Məncə, bu, dünyanın ən güclü liqasıdır. Mənim üçün çətin mövsüm oldu, amma həmin çempionatda çox böyük…

Read More
İdman 

5 mart – Bədən Tərbiyəsi və İdman Günüdür

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. ARANTV.AZ  xəbər verir ki,  Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Hazırda Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib.…

Read More
İdman 

43 yaşını tamamlayan İlham Zəkiyev: “Karyeramı bitirmək barədə fikirləşmirəm”

Bu gün Azərbaycan paralimpiya cüdoçusu İlham Zəkiyevin doğum günüdür. İkiqat Paralimpiya Oyunları, ikiqat dünya və səkkizqat Avropa çempionu, 2015-ci ildə keçirilmiş Avropa Oyunlarının qalibi 43 yaşını tamamlayır. Doğum günü münasibətilə Zəkiyevlə əlaqə saxlayıb, hisslərini öyrəndik. İlham Zəkiyev Oxu.Az saytına açıqlamasında idmançı kimi özünü yaxşı hiss etdiyini, gücü çatdığı qədər yarışacağını bildirib: “Diqqətinizə görə minnətdaram. Çoxlu təbrik mesajları alıram. İdmançı kimi özümü yaxşı hiss edirəm. Zədələrimi müalicə edib növbəti yarışlara hazırlaşıram. Mənim üçün yaş limiti yoxdur. Nə qədər davam edir, güləşəcəyəm, inşallah. Allah Azərbaycan bayrağı altında yarışan bütün idmançıları böyük zədələrdən qorusun. Karyeramı bitirmək barədə…

Read More
İdman 

Federasiyadan “Qalatasaray”a “siyasi şüar” XƏBƏRDARLIĞI

“Qalatasaray” Türkiyədə baş verən ardıcıl zəlzələlərdən əziyyət çəkən vətəndaşlara yardım üçün “Adana Demirspor”la yoldaşlıq oyunu keçirəcək. Martın 4-də təşkil olunacaq matçdan əldə ediləcək bütün gəlir zəlzələ qurbanlarına bağışlanacaq. İstanbul klubu öz meydanında keçirəcəyi sözügedən qarşılaşmaya ciddi hazırlıq görür. Ancaq oyun ərəfəsində “sarı-qırmızılar” problemlə üzləşiblər. Məlumata görə, “Qalatasaray”ın bir qrup azarkeşi matçda siyasi şüarlar səsləndirmək niyyətindədir. Türkiyə Futbol Federasiyası bununla əlaqədar kluba xəbərdarlıq edib. Ölkə futbol qurumundan bildirilib ki, əgər belə hal yaşanarsa, komanda mövsümün qalan hissəsini azarkeşsiz keçirməli olacaq. Klub məsələ ilə bağlı ehtiyat tədbirlərinə başlayıb. “Qalatasaray” işlərin onlar üçün…

Read More
İdman 

Rövnəq Abdullayev: “Azərbaycanda qadın futbolu müsəlman ölkələri arasında ən öncül sıralarda dayanır” – VİDEO

Fevralın 28-də FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Görüşdən sonra AFFA prezidenti FIFA TV-yə qısa müsahibə verib. “Həmişəki kimi, FIFA prezidenti ilə görüşümüz çox yüksək səviyyədə keçdi. Əsasən, layihələr müzakirə olundu. Azərbaycan futboluna dəstəyinə görə FIFA-ya və rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yenə də bu dəstək davam edəcək. Azərbaycanda infrastruktur layihələri, futbolun, hakimlərin inkişafı məsələləri müzakirə olundu. Minnətdaram ki, FIFA prezidenti Azərbaycan futboluna, AFFA-ya dəstək olub. Həm infrastruktur, həm FIFA-nın həyata keçirdiyi layihələrdə AFFA-nın dəstək məsələlərini müzakirə etdik. FIFA-nın hər bir “Forward” layihəsində yüksək yerdə dayanırıq…

Read More
İdman 

Azarkeşlər üçün olmayan futbol

Hər nə qədər Azərbaycanda tribunalar boş qalsa da, futbol azarkeşlər üçündür. Dünyada klublar bir oyuna bilet satışından milyonlar əldə edirlər. Dünən keçirilən “Qarabağ” – “Neftçi” matçı isə azarkeşlər üçün olmadı. Ağdam klubu “Gent”lə səfər oyunundan sonra meydana böyük rotasiyalarla çıxmışdı. “Neftçi” isə demək olar ki, ideal “11-lik”lə oynayırdı. Oyunun gedişatı da komandaların heyət nisbətinə uyğun oldu. İlk yarıda üstünlüyü ələ alan “ağ-qaralar” fasiləyə qədər hesabı açdılar. Hətta Laurentsiu Regekampfın komandası fərqi artırmaq imkanına da malik idi. İkinci yarıda əsas heyətin bir neçə üzvünün meydana çıxması ilə “Qarabağ” üstünlüyü ələ aldı. Ardıcıl…

Read More
İdman 

Yaponiyalı idmançılar Şahdağda xizək və snoubord üzrə master-klas keçiblər – FOTO

Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə fristaylın “mogul” növü üzrə master-klas keçirilib. Federasiyadan verilən məlumata görə, təlimin keçirilməsinin məqsədi ölkədə qış idman növlərini təşviq etmək, xizək fristaylının bu növünü tanıtmaq, yerli idmançıların və mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır. Təlimlərdə Yaponiyadan olan olimpiyaçılar və mütəxəssislər xizəksevərlərə, həmçinin yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini və qaydalarını nümayiş etdiriblər. Tədbirdə qonaq qismində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada da iştirak edib. Qeyd edək ki, xizək…

Read More