İdman 

ABŞ dünya çempionatı matçından əvvəl İran bayrağına “əl gəzdirdi” – FOTO

ABŞ Futbol Federasiyası öz “Twitter” hesabında İran bayrağının gerbi (qırmızı qılınc və “Allah” sözünü simvolizə edən dörd aypara) olmayan şəkildə fotosunu dərc edib. Bu, İrandakı etirazlara dəstək məqsədilə edilib. Qeyd olunur ki, bayrağın dəyişdirilmiş variantı noyabrın 29-da Qətərdəki dünya çempionatının qrup mərhələsinin ABŞ və İran komandaları arasında keçiriləcək oyunun anonsunda dərc olunub. Beləliklə ABŞ insan hüquqları uğrunda mübarizə aparan iranlı qadınları dəstəkləmək istəyib.   Buna cavab olaraq İran Futbol Federasiyasının nümayəndələri ABŞ-ni FIFA qaydalarını pozmaqda ittiham ediblər. Daha sonra Amerika Futbol Federasiyası postu indiki İran bayrağı olan versiya ilə əvəz edib.…

Read More
İdman Region Xəbərləri 

Bərdə rayonunda fəaliyyət göstərən “Laçın İdman klubu”nun yeni məşq zalı fəaliyyətə başlayıb.

Açılış mərasimində Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi ilə bərabər bir sıra idman növləri üzrə məşqçilər, idmançılar və onların valideynləri iştirak etmişdir. İdman klubu məşqçi (sertifikasiya olunmuş) Əsədzadə Sadiq Əli oğlunun rəhbərliyi altında Budo idman növləri üzrə fəaliyyət göstərir. Yeni idman zalı Bərdə şəhəri K.Cabbarov küçəsində (ASAN Xidmətin yaxınlığında) yerləşir.

Read More
İdman 

Dünya və Avropa çempionu Eduard Məmmədov rekordundan danışdı – VİDEO

“Avropa çempionatına favorit kimi yollanmışdıq”. Bu sözləri dünya və Avropa çempionu Eduard Məmmədov Baku TV-yə müsahibəsi zamanı deyib. E.Məmmədov özünün və tələbəsi Anar Məmmədovun keçən il İtaliyada dünya çempionu olmaları barədə danışıb: “Çox yaxşı məşq toplantıları keçirmişdik. Çıxışımızla dörd qızıl, beş gümüş və yeddi bürünc medal qazandıq. Bu, gözəl nəticədir. Mən yarışa həm idmançı həm də, məşqçi kimi qatılmışdım. Çalışırdım ki, rekordumu yeniləyim”. Daha ətraflı müsahibəni təqdim edirik:

Read More
İdman 

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 final oyununa çıxacaq

Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirəcək. “Report”un məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma 1/4 finalda İspaniya seçməsi ilə üz-üzə gələcək. Komandalar iki görüş keçirəcəklər. Yekunda qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq. Qeyd edək ki, Azərbaycan millisi B qrupunu ikinci sırada başa vurmuşdu. Dünya çempionatı noyabrın 25-də başa çatacaq.

Read More
İdman 

Azərbaycan Kuboku: 1/8 final mərhələsinin oyunlarına hakim TƏYİNATLARI

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin hakim təyinatları açıqlanıb. Peşəkar Futbol Liqasından verilən məlumata görə, “Qəbələ” – “Araz Naxçıvan” oyunu Kamranbəy Rəhimova, “Şamaxı” – “Turan Tovuz” görüşü isə Vüqar Həsənliyə tapşırılıb. 22 noyabr (çərşənbə axşamı) 14:00. MOİK – “Səbail” Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov Hakim-inspektor: Gülağa Cabarov Binə qəsəbə stadionu (canlı/pfl.az) 14:00. “Şamaxı” – “Turan Tovuz” Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov Hakim-inspektor: Vüsal Əliyev Şamaxı şəhər stadionu (canlı/ “CBC Sport”) 15:00. “Qəbələ” – “Araz Naxçıvan” Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov,…

Read More
İdman Region Xəbərləri 

Bərdədə idmançılar akrobatika gimnastikası üzrə rayon birinciliyində qüvvələrini sınayıblar

Bərdə Rayon Gənclər və İdman İdarəsinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq akrobatika gimnastikası üzrə 2010-2017-ci il təvəllüdlü idmançılar arasında rayon birinciliyi keçirilib. ARANTV.AZ xəbər verir ki, “Qarabağ Sport” idman klubunun zalında təşkil olunan yarışda uğur qazanan 18 idmançı Bərdə Rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif edilib.

Read More
İdman 

DÇ-2022: Qətər – Ekvador matçı başladı – YENİLƏNİR

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu start götürüb. ARANTV.AZ xəbər verir ki, mundialın ilk matçında ev sahibi Qətər yığması ilə Ekvador üz-üzə gəlir. A qrupu çərçivəsində keçirilən görüş günün yeganə qarşılaşması olacaq. 19:50 Qətərdə keçirilən dünya çempionatının açılış oyunu üçün start heyətləri bəlli olub. ARANTV.AZ xəbər verir ki, ev sahibləri ilə Ekvador arasında keçiriləcək ilk matçın start heyətləri aşağıdakı kimidir. Qətər: 1. Saad əl-Şib, 2. Pedro Migel, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 15. Bassam Hişam, 16. Bualem Xuxi, 6. Əbdülaziz Hatəm, 10. Hassan Alhaydos, 12. Kərim Budiaf, 11. Əkrəm Afif, 19.…

Read More
İdman 

“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsinə qələbə ilə başlayıb. “Report”un məlumatına görə, 37 yaşlı qrosmeyster final raundunun I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gəlib. Məmmədyarov rəqibini 2,5:1,5 hesabı ilə üstələyib. Təcrübəli şahmatçı II turda polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq. Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Read More
İdman 

Azərbaycan millisinin futbolçusunun toyundan görüntülər – VİDEO

Azərbaycan Premyer Liqası təmsilçilərindən “Zirə” klubunda müdafiəçi kimi çıxış edən Sertan Taşkın subaylığın daşını atıb. Baku.ws-in məlumatına görə, 25 yaşlı futbolçunun Bakıda yerləşən şadlıq saraylarından birində toy məclisi baş tutub. Toyda futbolçunun ailə üzvləri, komanda yoldaşları, dostları və digər şəxslər iştirak ediblər. Qeyd edək ki, Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan Taşkın U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində iki rəsmi oyun keçirib. U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub. 2021-ci ildən Azərbaycanın milli futbol komandasının…

Read More
İdman 

On yaşlı azərbaycanlı şahmatçı erməni rəqibinə qalib gəlib

Azərbaycanlı şahmatçı Antalyada müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatında erməni rəqibinə qalib gələrək növbəti tura keçib. ARANTV.AZ  xəbər verir ki, 10 yaşlılar arasında (G10) keçirilən yarışda həmyerlimiz Leyla Mirzəliyeva da iştirak edir. O, beşinci turda erməni rəqibi Harutyunyan Qabrielaya qalib gələrək növbəti turda yunanıstanlı şahmatçı, turun favoriti Lampou Marianta ilə görüşüb. Yunan rəqibi ilə oyunu heç-heçə bitirən şahmatçımız hazırda sıralamada 1-ci yerdə qərarlaşıb. Leylanın 7-ci turda rəqibi Polşa təmsilçisi Blanka Eysimont olacaq. Görüş bu gün yerli vaxtla 15:00-da başlayacaq. Qeyd edək ki, yarış noyabrın 14-nə qədər davam edəcək.

Read More