İdman Region Xəbərləri 

YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş minifutbol turniri davam edir.

Oktyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş minifutbol turnirinin “play-off” mərhələsinin ilk gününün oyunları keçirilib. Qalib gələn Sabunçu, Abşeron, Zaqatala, Tovuz, Salyan və Bərdə komandaları “play-off” mərhələsinin ikinci oyunlarına vəsiqə qazanıblar.

Read More
İdman 

Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: “Mənim üçün çox çətin idi” – FOTO/VİDEO

“Mənim üçün çox çətin idi. Yarışa yalnız təşkilatçı kimi hazırlaşmışdım. Fiziki cəhətdən hazırlaşmağa isə vaxtım olmayıb”. Bunu “Report”a açıqlamasında “Zəfər yürüşü” turnirinin triatlon yarışında idmançı kimi iştirak edən gənclər və idman naziri Fərid Qayıbov deyib. Nazir dünən axşam saatlarında turnirdə iştirak etməklə bağlı qərar verdiyini bildirib: “Bu, planda yox idi. Qərara gəldim ki, idmançılarla birlikdə qaçım. Məsafə böyük deyil, 2 km-dir. Səhər saatlarında velosiped sürmək barədə də düşündüm. Sağ olsunlar təşkil etdilər. Velosiped sürdüm və həm də qaçdığım üçün duatlon edə bildim. Hazırlaşmağa vaxt olmadığı üçün bir az çətin gəldi”.…

Read More
İdman Region Xəbərləri 

Bərdə komandası Saatlı komandası üzərində 5-1 hesabı ilə qalib gələrək növbəti tura vəsiqə qazanmışdır.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə YAP Mərkəzi Aparatı və Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən mini futbol yarışının zona mərhələsində Bərdə komandası Saatlı komandası üzərində 5-1 hesabı ilə qalib gələrək növbəti tura vəsiqə qazanmışdır. Qələbə münasibətilə kollektivi və dəstək olan hər kəsi təbrik edirəm. Hər zaman yüksəklərdə! #YAPBərdə #YAP30 #Azesport #azeidman

Read More
İdman 

Azərbaycanın qadın şahmatçısı dünya çempionatında qızıl medal alıb

İtaliyada 20 yaşa qədər qadın şahmatçılar arasında keçirilən yarışın çempionu məlum olub. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, X turda yarışan Azərbaycan təmsilçisi Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə oynayıb. Bu nəticədən sonra Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib. O, bu qələbə ilə Azərbaycan şahmatı tarixində 20 yaşlılar arasında dünya çempionu olan ilk qadın idmançı kimi tarixə düşüb. Oğlanlar arasında Abdulla Qədimbəyli 10-cu turda macarıstanlı Adam Kozakla heç-heçə edib, Məhəmməd Muradlı isə israilli Yair Parkhova qalib gəlib. Son…

Read More
İdman 

Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib – FOTO

Zəngilan rayonunun Ağalı kəndində “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib. ARANTV.AZ xəbər verir ki, mərasim Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhuna xatirə əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb. Daha sonra dövlət himni səsləndirilib. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Triatlon Federasiyasının birgə təşkil etdiyi turnirin açılış mərasimində Prezidentin Zəngəzur İqtisadi Rayonuna daxil olan Zəngilan rayonu üzrə üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, gənclər və idman naziri Fərid Qayıbov və Millət vəkili Rauf Əliyev çıxış ediblər. Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxışında bu günün əhəmiyyətindən bəhs edərək bildirib ki, bu,…

Read More
İdman 

“Mingəçevir Reqatası”nda ilk günün qalibləri bəlli olub

Avarçəkmə üzrə “Mingəçevir Reqatası”nda ilk günün qalibləri müəyyənləşib. “Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, Suqovuşanda təşkil olunan birinci mərhələdə 200 metr məsafəyə kayak və kanoe yarışlarında medalçılar müəyyənləşib. 2005-2009-cu il təvəllüdlü qızlar arasında 1 nəfərlik kanoe qayığında qazaxıstanlı Malika Tursun hamını qabaqlayıb. Moldovalı Mixaela Paskari finişə 2-ci çatıb. Azərbaycan təmsilçisi Gülnarə Həmzəyeva isə üçüncü olub. 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kanoe qayığında bolqarıstanlı Georgi Milev birinci yeri tutub. Vadim Baranov gümüş, Vasil Çilingərov bürünc medal qazanıb. Eyni yaş kateqoriyası üzrə 1 nəfərlik kayak yarışında Azərbaycan avarçəkəni Maarif…

Read More
İdman 

İranlı idmançı beynəlxalq yarışda hicabsız çıxış etdi: Qəfildən yoxa çıxdı – FOTO

İranlı alpinist qız Cənubi Koreyada keçirilən beynəlxalq yarışlarda hicabsız iştirak edib. Bundan sonra idmançı ölkəni tərk edib. Onun çempionatı vaxtından əvvəl tərk etmək məcburiyyətində qaldığı iddia edilir. Həmçinin idmançının vətənində həbs olunacağı da ehtimal edilir. Elnaz Rekabi adlı alpinist Beynəlxalq Dırmanma Federasiyasının Asiya çempionatının baza günü keçirilən final oyununda hicab geyinməyib. Rekabinin hicabdan imtina etmək qərarı isə İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan etirazlar fonunda verilib. Daha sonra Rekabiyə aid ola biləcək “Instagram” hesabında onun bu barədə açıqlaması yer alıb. İdmançı başıaçıq çıxışının “təsadüf” olduğu ilə bağlı izahat…

Read More
İdman Region Xəbərləri 

BƏRDƏ KOMANDASI ZONA ÜZRƏ QAlIB OLDU!

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə YAP Mərkəzi Aparatı və Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən zona üzrə mini futbol yarışının ikinci turunda YAP Bərdə rayon təşkilatının komandası püşkatma nəticəsində ard arda güclü oyun nümayiş etdirərək Ağdam və Tərtər komandalarina qələbə çalıb! Bugün Tərtər Olimpiya Kompleksində keçirilən yarışda Bərdə Ağdam komandasına 3-2, Tərtər komandasına 2-1 qalib gəldi! Hər zaman qələbənizə sevinək, uğurlarınız davamlı olsun, Bərdə komandası! GƏNCLƏRIMIZI ÜRƏKDƏN TƏBRİK EDİRİK! YAŞASIN YENI AZƏRBAYCAN PARTIYASI!

Read More
İdman Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı tərəfindən fəal idmançı gənclər zona üzrə futbol yarışına təntənəli yola salındılar

Bugün Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı və Gənclər Birliyinin təşkilatçılığı ilə YAP- ın yaradılmasının 30-cu ildönümü münasibətilə Qarabağ-Şərqi Zəngəzur bölgəsi üzrə Tərtər Olimpiya Kompleksində keçirilən mini- futbol yarışına YAP Bərdə rayon təşkilatının komandası təntənəli mərasimlə yola salındı. Mərasimdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya idmançı gəncləri bayram münasibətilə təbrik edərək onlara yarışda uğurlar arzuladı. Futbolçu gənclər qələbə ilə qayıdacaqlarına əminliklərini bildirdilər. Əziz gənclər! Tezliklə YAP Bərdə rayon təşkilatının çoxminli üzvlərini sevindirəcəyinizə inanırıq! UĞURLAR OLSUN!

Read More
İdman Region Xəbərləri 

“Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə rayon yarışı keçirilib +Fotolar

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 12 oktyabr 2022-ci il tarixdə Bərdə Rayon Kələntərli kənd tam orta məktəbində idmanın kross və atletika növləri üzrə rayon yarışı keçirilmişdir. Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzi və idman yarışları vasitəsilə sosial fəaliyyətin artırılması, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsil və xidmətə təşviq edilməsi və Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsindən ibarətdir. Yarışın açılış mərasimində Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli çıxış edərək bildirdi ki, gənclər arasında sağlam həyat tərzinin təbliği, onların…

Read More