“Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə rayon yarışı keçirilib +Fotolar
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 12 oktyabr 2022-ci il tarixdə Bərdə Rayon Kələntərli kənd tam orta məktəbində idmanın kross və atletika növləri üzrə rayon yarışı keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzi və idman yarışları vasitəsilə sosial fəaliyyətin artırılması, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsil və xidmətə təşviq edilməsi və Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsindən ibarətdir.
Yarışın açılış mərasimində Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli çıxış edərək bildirdi ki, gənclər arasında sağlam həyat tərzinin təbliği, onların Daxili İşlər Nazirliyi sistemində xidmətə həvəsləndirilməsi, həmçinin ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında belə tədbirlərin əhəmiyyəti böyükdür. O , çıxışının davamında ölkəmizdə idmana göstərilən dövlət qayğısından bəhs edərək yekunda idmançılara uğurlar arzulamışdır.
Daha sonra Daxili İşlər Nazirliyinin Dinamo İdman Cəmiyyətinin əməkdaşları Xudayar Kərimov , Tural Əliyev və Bərdə Rayon Polis Şöbəsinin məsul şəxsi polis – polkovniki Nəbi Məmmədov çıxış edərək yarışın keçirilməsinin məqsəd və vəzifələri barədə danışaraq idmançılara uğurlar arzuladılar.
Yarış 3000 m qaçışı və turnikdə dartınma növləri üzrə keçirildi.
Yarışın yekun nəticəsinə əsasən hər iki mərhələdə qalib gəlmiş idmançılara diplom, medal və hədiyyələr təqdim edilmişdir.







