İdman Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı tərəfindən fəal idmançı gənclər zona üzrə futbol yarışına təntənəli yola salındılar

Bugün Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı və Gənclər Birliyinin təşkilatçılığı ilə YAP- ın yaradılmasının 30-cu ildönümü münasibətilə Qarabağ-Şərqi Zəngəzur bölgəsi üzrə Tərtər Olimpiya Kompleksində keçirilən mini- futbol yarışına YAP Bərdə rayon təşkilatının komandası təntənəli mərasimlə yola salındı.
Mərasimdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya idmançı gəncləri bayram münasibətilə təbrik edərək onlara yarışda uğurlar arzuladı. Futbolçu gənclər qələbə ilə qayıdacaqlarına əminliklərini bildirdilər.
Əziz gənclər! Tezliklə YAP Bərdə rayon təşkilatının çoxminli üzvlərini sevindirəcəyinizə inanırıq! UĞURLAR OLSUN!

Daha çox xəbərlər