İdman 

“Qarabağ”ın növbəti mərhələdəki potensial rəqibləri bəlli olur

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. “Report”un məlumatına görə, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olacaq. “Köhlən atlar” II təsnifat mərhələsində İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, “Ludoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi və ya Kiprin “Apollon” (Limassol) komandası ilə üz-üzə gələcək. Çempionlar Liqası III təsnifat mərhələsi 1-ci qrup Səpələnmişlər “Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi “Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə) cütünün qalibi Səpələnməmişlər “Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi “Ferentsvaroş” (Macarıstan)…

Read More
İdman 

Azərbaycanda VAR sisteminin tətbiq olunacağı vaxt açıqlandı

“VAR sistemi I turdan fəaliyyətə başlayacaq”. Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. O bildirib ki, ilk turdan çempionatda VAR sistemi tətbiq ediləcək: “Sistemin rəhbəri də türkiyəli Barış Şimşek olacaq”. Qeyd edək ki, Premyer Liqanın 2022/2023 mövsümünün I turunun oyunlarına avqustun 5-də start veriləcək.

Read More
İdman Region Xəbərləri 

Bərdədə Respublika miqyaslı layihələrdə nailiyyətlər əldə etmiş məktəbli ilə görüş keçirilib.

Təbrik edirik! Nəriman Nərimanov adına Bərdə şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Əhmədova Fatimə 29 iyun 2022-ci il tarixində “EkoSfera” SEM, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOCIA), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin təşkilatçılığı və Respublika Uşaq-Gənclər Mərkəzinin tərəfdaşılığı ilə uşaq və gənclər arasında keçirilən “Eko-Start-Up” müsabiqəsində öz ideyası ilə fərqlənərək 3-cü yerə layiq görülmüşdür. Fatimə müxtəlif mövzularda keçirilən Respublika miqyaslı layihələrdə dəfələrlə mükafata layiq yerlər tutduğuna görə bu gün Bərdə Rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif olundu. #azegencler

Read More
İdman Region Xəbərləri 

Bərdə Rayon Gənclər və İdman İdarəsində gənc çempionla görüş keçirilib.

Bərdə rayon Gənclər və İdman İdarəsində Kikboksinq idman növü üzrə yeniyetmə və gənclər arasında keçirilən ölkə birinciliyində 48 kq çəki dərəcəsində I yeri tutaraq qızıl medal qazanmış Aysun Mehtizadə və məşqçisi Ədalət Əsədovla görüş keçirilmişdir.Gənc kikboksçuya xatirə hədiyyələri təqdim olunmuşdur.

Read More
İdman 

“Qarabağ” möhtəşəm qələbə ilə növbəti mərhələdə!

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci təsnifat mərhələsində cavab matçına çıxıb. ARANTV.AZ  xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu “Lex”i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Qurban Qurbanovun komandası üçün uğursuz başlayıb. Belə ki, qonaqlar 20-ci saniyədə hesabı açıb. Buna baxmayaraq, Azərbaycan çempionu rəqibini darmadağın etməyi bacarıb. “Qarabağ” “Lex”i 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Qeyd edək ki, Ağdam təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq. Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi Cavab oyunu 20:00. “Qarabağ” – “Lex” –…

Read More
İdman 

BƏRDƏ KARATEÇİLƏRİNİN YENİ UĞURLARI!

09-10 iyul 2022-ci il tarixlərdə Şəmkir Olimpiya İdman Kompleksində uşaqlar, yeniyetmələr və gənclər arasında şotokan karate-do idman növü üzrə keçirilən 30-cu Azərbaycan çempionatı və birinciliyində Bərdə komandası (məşqçi Vahid Məmmədov) müxtəlif yaş qrupunda və çəki dərəcələrində 6 idmançı ilə iştirak edərək 1 gümüş və 1 bürünc medal qazanmışlar: 1.Əliyev Sübhan Zahid oğlu – 68 kq çəki dərəcəsi – II yer 2.Teymurov Namiq Tağı oğlu – 35 kq çəki dərəcəsi – III yer

Read More
İdman 

“Qəbələ”nin daha bir futbolçusu Kipr klubuna keçir

“Qəbələ”nin daha bir futbolçusu Stefan Vukçeviç karyerasını Kiprin “Enosis” klubunda davam etdirəcək. “Qırmızı-qaralar”la müqaviləsi başa çatan 25 yaşlı yarımmüdafiəçi Kipr təmsilçisi ilə anlaşıb. Monteneqrolu oyunçu ilə sözləşmə imzalanması üçün bəzi detallar qalıb. Qeyd edək ki, Stefan Vukçeviç 2020-ci ilin avqustunda bölgə klubuna transfer olunub. Xatırladaq ki, “Enosis” də əvvəl “Qəbələ”dən ayrılan Fernan Lopesi də heyətinə qatıb. Mənbə: Themasports

Read More
İdman 

Şuşada ilk beynəlxalq turnir start götürüb

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında II mərhələ başlayıb. “Report”un məlumatına görə, bu mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. Şuşadakı ilk beynəlxalq turniri gənclər və idman naziri Fərid Qayıbov, Müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev də izləyir. Veloturda 8 ölkədən 13 komanda iştirak edir. Qeyd edək ki, Azərbaycan millisinin və Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubunun velosipedçisi Elçin Əsədov “Əziz Şuşa” beynəlxalq turnirinin Bakıda keçirilən ilk mərhələsində qalib olub.

Read More
İdman 

Şuşada beynəlxalq velosiped yarışı keçiriləcək

İyulun 9-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışı start götürəcək. Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, turnir iki gün davam edəcək. Yarış Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, “Şuşa ili” çərçivəsində təşkil olunacaq. 10-dək ölkənin velosipedçilərinin mübarizə aparacağı turnir iki mərhələdən ibarətdir. İyulun 9-da keçiriləcək birinci mərhələ Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu raundda velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar. İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava…

Read More