Bərdədə Respublika miqyaslı layihələrdə nailiyyətlər əldə etmiş məktəbli ilə görüş keçirilib.
Təbrik edirik!
Nəriman Nərimanov adına Bərdə şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Əhmədova Fatimə 29 iyun 2022-ci il tarixində “EkoSfera” SEM, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOCIA), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin təşkilatçılığı və Respublika Uşaq-Gənclər Mərkəzinin tərəfdaşılığı ilə uşaq və gənclər arasında keçirilən “Eko-Start-Up” müsabiqəsində öz ideyası ilə fərqlənərək 3-cü yerə layiq görülmüşdür.
Fatimə müxtəlif mövzularda keçirilən Respublika miqyaslı layihələrdə dəfələrlə mükafata layiq yerlər tutduğuna görə bu gün Bərdə Rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif olundu.




