Dünya 

Meloni Beynəlxalq Cinayət Məhkəməsinə VERİLDİ

İtaliyanın Baş naziri – Nazirlər Şurasının sədri Ciorcia Meloni Qəzzadakı insan ölümlərinə görə Beynəlxalq Cinayət Məhkəməsinə verilib. “Məni, müdafiə nazirini (Quido Krosetto – red), xarici işlər naziri Antonio Tayanini və “Leonardo” şirkətinin baş direktoru Roberto Çinqolani soyqırımda iştiraka görə Beynəlxalq Cinayət Məhkəməsində məhkəməyə veriblər. İnanıram ki, dünyada və ya tarixdə başqa belə bir ittiham yoxdur”, – Baş nazir iddianı şərh edərkən bildirib. O, həmçinin siyasi rəqiblərini “Fələstin məsələsindən” daxili siyasi məqsədlər üçün istifadə etməkdə açıq şəkildə ittiham edib. Daha əvvəl, oktyabrın 4-də İtaliyada Fələstini dəstəkləyən etirazlarda 500 mindən çox insanın…

Read More
Dünya 

Əraqçi: İsrail müdaxilə etməsəydi, Tehran və Vaşinqton nüvə sazişinə imza atardı

İsrail müdaxilə etməsəydi, Tehran və Vaşinqton nüvə sazişinə imza atardı. “Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədə yazıb. “Mayın 23-də danışıqların 5-ci raunduna yola düşərək yazmışdım: “Sıfır nüvə silahı = bizim razılaşmamız var. Sıfır zənginləşdirmə = heç bir razılaşmamız yoxdur. Əgər ABŞ Prezidenti (Donald Tramp – red.) həmin danışıqların protokollarına baxsaydı, İranla yeni və tarixi nüvə sazişini qeyd etməyə nə qədər yaxın olduğumuzu görərdi”, – nazir qeyd edib. Əraqçi İranın kütləvi qırğın silahları hazırlamaq barədə İsrail kəşfiyyatının iddialarını yalan hesab edib: “Yalnız anlaşılmaz…

Read More
Dünya 

Ermənistanda narkotik vasitələrlə bağlı cinayət hadisələri artıb

Ermənistanda narkotik vasitələrlə bağlı cinayət hadisələri artıb. “Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Kriminal Polisi məlumat yayıb. Məlumata görə, cari il yanvarın 1-dən sentyabrın 23-dək ölkədə narkotiklərlə bağlı 2 972 ​​cinayət hadisəsi qeydə alınıb ki, onlardan 2 691-i narkotik vasitələrin qanunsuz dövriyyəsidir. Qeyd olunur ki, ötən ilin yanvar-sentyabr ayları ərzində narkotiklərlə bağlı 2 571 cinayət qeydə alınıb ki, bunun da 2 437-si narkotik vasitələrin qanunsuz dövriyyəsi olub. Məlumata görə, cari il bu işlər üzrə 1 023 nəfər, o cümlədən 31 qadın, 15-17 yaşlı 39 nəfər, 25-29…

Read More
Dünya 

Orban Qəbələdəki Zirvə Görüşündən paylaşım etdi- VİDEO

Macarıstanın Baş naziri Vikror Orban Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ilə bağlı paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, Orban görüşdən video paylaşaraq aşağıdakı sözləri yazıb: “Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısında Macarıstan və Türk Dövlətləri sülhə sadiq olduqlarını bir daha təsdiq etdilər. Aİ Ukrayna cəbhəsində müharibə apararkən, biz dialoq və davamlı sülh üçün birlikdəyik”.

Read More
Dünya 

İtaliya və ABŞ arasında makarona görə GƏRGİNLİK

İtaliya ABŞ hakimiyyəti tərəfindən makaron idxalına tətbiq edilən əlavə antidempinq tarifindən ciddi narahatlıq keçirir. Publika.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki, yeni rüsumlar səbəbindən ABŞ-da italyan makaron məhsullarının qiyməti demək olar ki, ikiqat artacaq. Bu səbəbdən Roma Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir ki, Vaşinqtona təzyiq göstərilsin. Öz növbəsində, ABŞ Ticarət Nazirliyi əlavə antidempinq tarifinin tətbiqini belə izah edib: aparılan araşdırma iki böyük italyan istehsalçısının məhsulları ABŞ bazarında süni şəkildə aşağı qiymətlərlə satdığını üzə çıxarıb. Yeni tarif italyan makaronlarının qiymətini 91,74% artıracaq.

Read More
Dünya 

Serbiya Prezidenti vaxtından əvvəl vəzifədən gedə biləcəyini açıqlayıb

Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ilin sonunda səlahiyyət müddətinin vaxtından əvvəl başa çatması, parlament və prezident seçkilərinin eyni vaxtda keçirilməsinin mümkünlüyünü təklif edib. “Report” xəbər verir ki, bunu Serbiya lideri “Pink” televiziya kanalında açıqlama verib. “Rəsmi olaraq mandatıma daha bir il yarım qalıb, lakin bu, yəqin ki, daha qısa olacaq”, – Vuçiç qeyd edib. Onun sözlərinə görə, ölkə rəhbərliyi prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsini nəzərdən keçirir: “Çox güman ki, biz həm prezident, həm də parlament seçkilərini eyni vaxtda keçirəcəyik. 2026-cı ilin dekabrında, bəlkə də bir az əvvəl olacağını…

Read More
Dünya 

Mərakeşin Baş naziri: Gənclərin etirazlarına son qoymaq üçün dialoqa hazırıq

Mərakeşin Baş naziri Aziz Axannuş gənclərin kütləvi iğtişaşlara çevrilən və insan tələfatı ilə nəticələnən etirazlarına son qoymaq üçün dialoqa hazır olduğunu açıqlayıb. “Bir daha vurğulayırıq ki, dialoq ölkəmizdəki müxtəlif problemləri həll etməyin yeganə yoludur”, – Axannuş bildirib. O, hökumətinin gənclər hərəkatlarının səsləndirdiyi tələblərə cavab verdiyini, dialoq və müzakirəyə hazır olduğunu bildirib. Qeyd edək ki, Mərakeşdə “Gen Z 212” hərəkatının təşkil etdiyi gənclərin etiraz dalğası bir neçə gündür davam edir və ölkənin azı 11 şəhərinə yayılıb. Etirazlar əvvəlcə təhsil və səhiyyədə islahatlar tələbləri ilə başlayıb. Eyni zamanda, etirazçılar 2030-cu ildə keçiriləcək…

Read More
Dünya 

İranda GÜCLÜ zəlzələ oldu

İranın mərkəzindəki İsfahan vilayətində yerləşən Zavare şəhəri yaxınlığında 5,3 maqnitudada zəlzələ baş verib. “Report”un xəbərinə görə, bu barədə SNN agentliyi məlumat yayıb. Zəlzələ ocağı Zavare şəhəri yaxınlığında 10 kilometr dərinlikdə qeydə alınıb. Qum və Tehran sakinləri də yeraltı təkanları hiss ediblər. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Read More
Dünya 

Fələstin Baş naziri: Müharibə bitdikdən sonra Qəzza üçün bərpa planları hazırdır

Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa bildirib ki, İsrailin hərbi hücumu başa çatan kimi hökumət Qəzzada bərpa işlərinə başlamağa tam hazırdır. “Report” “Times of İsrael”ə istinadən xəbər verir ki, baş nazir qeyd edib ki, əsas prioritetlər arasında dağıntıların təmizlənməsi, yolların açılması və müvəqqəti sığınacaqların təmin edilməsi yer alır. Planın tərkibində Qahirədə Bərpa Konfransının keçirilməsi də var. Bu konfrans yerli və beynəlxalq tərəfdaşlarla hazırlanmış 3500-ə yaxın layihəni əhatə edən 56 proqram üçün maliyyə toplamağı hədəfləyir.

Read More
Dünya 

Ermənistan atom reaktoru almağa hazırlaşır

Ermənistan hökuməti kiçik modullu atom reaktoru almaq barədə qərar qəbul edib və bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır. Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, hökumət bu məsələ ilə bağlı Rusiya, ABŞ, Çin və Cənubi Koreya ilə danışıqlar aparır. “Biz Rusiya, ABŞ, Çin və Cənubi Koreya ilə danışıqlar aparırıq. Qərar bir il və ya iki il ərzində qəbul edilməlidir. Biz kim daha münasib qiymət və təhlükəsiz texnologiya təklif edəcəksə, ondan alacağıq. Burada geosiyasət yoxdur, onu axtarmayın”, – deyə Paşinyan vurğulayıb. Musavat.com xəbər verir ki, Ermənistan hökumətinin bu…

Read More