Dünya 

Türkiyə Ordusu 7 ay ərzində regionda 1,5 mindən çox terrorçu zərərsizləşdirib

Türkiyə Ordusu 2024-cü il yanvarın 1-dən avqustun 1-dək regionda 770-si İraqda, 818-i isə Suriyada olmaqla, ümumilikdə 1 588 terrorçunu zərərsizləşdirib. “İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Zeki Aktürk bu gün Ankarada keçirilmiş brifinqdə bildirib. Onun sözlərinə görə, antiterror əməliyyatları təkcə Türkiyənin özünün ərazisində deyil, həm də Suriya və İraqın sərhəd bölgələrində aparılır. “Təkcə son həftədə Türkiyə hərbçiləri 67 silahlı zərərsizləşdirib”, – deyə o qeyd edib. Aktürk Türkiyə Silahlı Qüvvələrinin iyulun 26-da İraqın Qara, Qəndil və Asos bölgələrində aşkar edilmiş 25 terror hədəfinə həyata keçirdiyi kütləvi…

Read More
Dünya 

İsrail Haniyənin yerini belə müəyyən edib – Livanlı jurnalistdən ŞOK

İsrail kəşfiyyatı HƏMAS lideri İsmayıl Haniyəni “WhatsApp” vasitəsilə izləyib. Bu barədə livanlı jurnalist Eliya Manir bildirib. Onun sözlərinə görə, İsrail kəşfiyyatı “WhatsApp” mesajı vasitəsilə Haniyənin telefonuna casus proqramlar quraşdırıb. Casus proqram HƏMAS liderinin yerləşdiyi evin dəqiq yerini aşkarlamağa və ona pilotsuz təyyarədən raket zərbəsi endirməyə imkan verib./Ölkə.Az

Read More
Dünya 

Müharibəni hansı vasitəçi dayandıracaq?

Hindistanın baş naziri Narendra Modinin bir müddət əvvəl Rusiyaya səfəri Kiyevin narazılığına səbəb oldu. Münasibətlər o qədər gərginləşdi ki, Hindistan Xarici İşlər Nazirliyi Ukraynadakı səfirini məsləhətləşmək üçün Dehliyə çağırdı. Qərb Ukraynaya dəstək verir. Dehli Rusiyanın yanında olması görüntüsündən ehtiyat etdi. Çünki Dehlinin ABŞ və Avropa ölkələri ilə də sıx tərəfdaşlıq münasibətləri var.  Bu səbəbdən Narendra Modi balansı qorumaq naminə avqust ayında Ukraynaya səfər etməyi planlaşdırır. Hindistanın baş naziri vasitəçilik təklifi ilə Kiyevə gedəcək. Çin lideri Tsi Cinpinin də vasitəçiliklə bağlı təklifi olmuşdu, sadəcə Modidən fərqli olaraq Cinpin Moskvaya səfər edib,…

Read More
Dünya 

Türkiyə XİN Haniyənin qətlini pisləyib

“HAMAS lideri İsmayıl Haniyənin öldürülməsi İsrail hökumətinin regionda sülhün əldə edilməsində iştirak etmək niyyətində olmadığını göstərir”. “İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilib. Qeyd olunub ki, sözü gedən sui-qəsd hadisəsi Qəzzadakı müharibənin miqyasını genişləndirərək, regional hərbi qarşıdurmaya çevirmək məqsədi daşıyır. Türkiyə XİN eyni zamanda beynəlxalq ictimaiyyəti İsrailin buna istiqamətlənən fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Nazirlik Türkiyənin bundan sonra da Fələstin xalqının haqlı mübarizəsini dəstəkləyəcəyini açıqlayıb.

Read More
Dünya 

İran XİN İsmayıl Haniyənin öldürülməsinə münasibət bildirib

İranın Xarici İşlər Nazirliyi (XİN) Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibət bildirib. Oxu.Az xəbər verir ki, sui-qəsdə münasibət bildirən İran XİN-in sözçüsü Nasir Kənani vurğulayıb ki, Tehran bu hadisənin təfərrüatını araşdırır. Nasir Kənani əlavə edib ki, İ.Haniyənin ölümü İran və Fələstin arasında dərin və ayrılmaz əlaqələri daha da möhkəmləndirəcək. Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Read More
Dünya 

Dünyanın başı dərddə – Yeni ölümcül virus tapıldı

Dünyada yeni ölümcül virus növü – “Oropuche” aşkarlanıb. Belə ki, bu virus milçəklərin insanı dişləməsindən sonra yayılır və ölümcül funksiya daşıyır. “Oropuche” virusundan ilk ölüm faktı Braziliyada baş verib. Braziliyanın Səhiyyə Nazirliyi Bahia bölgəsində yaşayan 30 yaşdan kiçik iki qadının ağır simptomlar göstərdikdən sonra öldüyünü açıqlayıb. Zərərçəkmişlərin başqa məlum xəstəliyi olmadığı bildirilib. Məlumata görə, virus hazırda Boliviya, Braziliya, Kolumbiya, Kuba və Peruda yayılır. Braziliyada bu il indiyədək 7236 nəfər bu virusa yoluxub. Daha bir məlumatda isə qeyd olunub ki, bu xəstəliyin başqa simptomları da mövcuddur. Bu simptomlara intensiv qızdırma, baş…

Read More
Dünya 

Həkimlər elə bildilər şişdir – Görün, nə imiş…

Çində 2 ildir davamlı olaraq öskürən qadın həkimə müraciət etmək qərarına gəlib. Müayinə zamanı həkimlər onun ağciyərində kütlə olduğunu görüb və toxumadan bir parça götürüblər, lakin müayinə zamanı bədxassəli şiş olduğu düşünülən kütlənin acı bibər parçası olduğu məlum olub. Çinin şərq əyaləti Zhejianqda 54 yaşlı qadın davamlı olaraq öskürdüyü üçün dərman qəbul edib və bitki mənşəli müalicəyə müraciət edib. Tətbiq etdiyi üsullara baxmayaraq, heç bir yaxşılaşma əlaməti görməyən qadın şikayəti davam etdiyi üçün nəhayət, xəstəxanaya getməyə qərar verib. Müayinələr nəticəsində həkimlər qadının sağ ağciyərində təqribən 1 santimetrlik kütlə müşahidə edib…

Read More
Dünya 

Mövsümündə böyrü tikanlı böyürtkəndən yeyəkmi?

Rusiyalı tibb elmləri namizədi, qastroenteroloq və diyetoloq İrina Berejnaya böyürtkənin faydalarından danışıb və bu giləmeyvənin yalnız bir əks göstərişə malik olduğunu deyib. ARANTV.AZ  Mk.ru-ya istinadən bildirir ki, böyürtkən antioksidant xüsusiyyətlərə malikdir və onda əhəmiyyətli miqdarda C vitamini var. Doktor Berejnaya görə, böyürtkən öz faydalı keyfiyyətlərini saxlayan təbii məhsuldur. “Böyürtkən aşağı kalorili giləmeyvədir, 100 qramında 20 kkal var. Turşuluq səviyyəsinə təsir etmir, buna görə də insanlar onu təhlükəsiz şəkildə istehlak edə bilərlər. Bu göstəricisinə görə böyürtkən qara qarağatla rəqabət aparır”, – ekspert əlavə edib.

Read More
Dünya 

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır. ARANTV.AZ xəbər verir ki, bu açıqlama ilə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan çıxış edib. “Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir. Ermənistan artıq səslənmiş və təqdim olunmuş fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır”, – deyə Ani Badalyan bildirib. Xatırladaq ki, Ermənistan iyun ayında Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı 10-cu təkliflər paketini alıb.

Read More
Dünya 

Qırmızı səviyyəli maqnit qasırğası Yeri bürüdü – Təhlükə barədə XƏBƏRDARLIQ

Yaxın günlərdə sağlamlığınızın qeydinə qalmalı, aktivliyi azaltmalı və Günəş altında daha az vaxt keçirməyə çalışmalısınız. NOAA, TESIS peyk sistemləri və dünya üzrə beynəlxalq meteoroloji laboratoriyaların məlumatına görə, bir gün əvvəl K indeksi 4 olan orta intensivlikli maqnit qasırğası Yer kürəsini bürüyüb. Bu gün bizi çətin gün gözləyir, amma sabah qasırğanın intensivliyi artaraq qırmızı səviyyəyə qalxacaq. Alimlərin hesablamalarına görə, iyulun 20-də qasırğa nisbətən mülayim olacaq. Bazar günü isə təsir səviyyəsi K-index 5-in qırmızı səviyyəsinə yüksələcək. Belə bir qasırğa sağlamlığnızın pisləşməsinə və baş ağrılarına səbəb ola bilər. Qeyd edək ki, günəş alovlarının…

Read More