Dünya 

Azərbaycan pensiyaların ən çox artdığı keçmiş SSRİ respublikası seçilib

Keçmiş SSRİ respublikalarında ən böyük pensiya artımı Azərbaycanda müşahidə edilir. Bu barədə Rusiya Ümumi Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, son beş ildə artım 72,6% təşkil edib. Bu arada Ermənistanda pensiyalar 2019-cu ildən 2023-cü ilə qədər 50,36%, Belarusda isə 32,97% artıb. Mətbuat xidmətinin verdiyi məlumata görə, 2019-2023-cü illər ərzində Azərbaycanda pensiyanın orta məbləği 72,6%, Ermənistanda 50,36%, Belarusda 32,97%, Qazaxıstanda 58,48%, Rusiyada 25,86%, Özbəkistanda – 33,98%, Tacikistanda – 28,83% artıb. Bildirilib ki, pensiya sisteminin maliyyə vəziyyəti qeyri-sabitdir və dövlətlərin əlaqələndirilmiş işindən asılıdır. MDB ölkələrində əməkhaqqı ilə…

Read More
Dünya 

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. R.T.Ərdoğan bu barədə rəsmi “X” hesabında paylaşım edib. “Bir millət, iki dövlət ruhuna sahib olduğumuz Azərbaycanın 28 May – Müstəqillik Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarımızın haqlı qürur və sevincini ürəkdən bölüşürəm. Müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə yad edirəm”, – paylaşımda qeyd olunur.        

Read More
Dünya 

Gürcüstan parlamenti prezidentin vetosunun ləğv edilməsi üzrə prosedura başlayır

Gürcüstan parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin “Xarici agentlər haqqında” Qanuna qoyduğu vetosunun ləğvi proseduruna başlayacaq. Bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib. Vetoya əvvəlcə Hüquq Məsələləri Komitəsi tərəfindən baxılacaq. Əgər ləğvetmə təsdiqlənərsə, deputatlar mayın 28-də səsvermə keçirəcəklər. Mənbə: Lenta.ru

Read More
Dünya 

Azərbaycan Respublikasının Müstəqillik Günü Torontoda belə qeyd edildiFOTO

NAC – Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Toronto şəhər meriyasının qarşısında Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş mərasim keçirilib. ARANTV.AZ xəbər verir ki, tədbirdə NAC-in icraçı direktoru Nigar Cəbiyeva və KAŞ İdarə Heyətinin üzvü Kəmalə Şiriyeva çıxış edərək Azərbaycanın müstəqilliyinin 106-cı ildönümünün Kanadada yaşayan azərbaycanlı icması tərəfindən coşğu ilə qeyd edildiyini bildirib və bu günün əhəmiyyətindən danışıblar. Daha sonra Kanada federal parlameninin deputatı, nazir xanım Yaara Saks və Konservatorlar Partiyasından olan deputat və partiya liderinin müavini xanım Melissa Lantsman çıxış edərək Azərbaycan Demokratik Respublikasının şərqdə ilk respublika kimi yaratdığı dəyərlərin…

Read More
Dünya Siyasət 

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri, cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Monqolustan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsindən məmnunluğumu bildirirəm. Bu xoş fürsətdən istifadə edərək, bu il Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərimizi çatdırır və tədbirin uğurlu olmasını arzulayıram. Zati-aliləri, Monqolustanın COP29-a töhfə verəcəyinə əmin ola bilərsiniz. Cənab Prezident, sizə və ailənizə…

Read More
Dünya 

Gürcüstan Müstəqillik Gününü qeyd edir

Bu gün Gürcüstanda Müstəqillik Günü qeyd edilir. “Report” xəbər verir ki, gün ərzində paytaxtla yanaşı, ölkənin 18 şəhərində tədbirlər keçiriləcək. Hökumət administrasiyasının məlumatına görə, Müstəqillik Gününə həsr olunmuş tədbirlər ənənəvi olaraq yeni çağırışçıların and içdiyi Azadlıq meydanında saat 10:00-da başlayacaq. Andiçmə mərasimi ölkənin müxtəlif yerlərində də keçiriləcək. Həmçinin Tbilisinin Rustaveli prospektində şərab sərgisi təşkil olunacaq, şərabçıların məhsulları sərgilənəcək və satışa çıxarılacaq. Qonaqlar həmçinin idman, kulinariya məhsulları və uşaq guşələri ilə də tanış olacaqlar. Saat 17:10-da müstəqilliyin elan edilməsinin tarixi anı təntənəli şəkildə qeyd olunacaq. Dövlət Himnini 300 uşaq ifa edəcək,…

Read More
Dünya 

Ötən il Rusiya quzu əti ixracını 11 dəfə artırıb: Kim alıb?

Rusiya 2023-cü ildə 10 968 ton quzu əti ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 11 dəfə çoxdur. ARANTV.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kaspiyskdə keçirilən XXIV Rusiya Damazlıq Qoyun və Keçi Sərgisinin plenar iclasında Milli Qoyunçular İttifaqının baş direktoru Mixail Eqorov bildirib. O, bu məhsulun ixracının əsas həcminin – 98 faizi və ya 10,73 tonunun İrana reallaşdığını deyib. Quzu əti az miqdarda Belarus, Qazaxıstan, Ermənistan və Səudiyyə Ərəbistanına da tədarük edilib. 2023-cü ildə Rusiyaya diri qoyun və keçi idxalı 3,5 dəfə artaraq 3,8 min başa çatıb.…

Read More
Dünya 

Paşinyan MDB ölkələrinin baş nazirlərinin Aşqabaddakı görüşünə qatılmadı

Ermənistanın baş naziri Nikol Paşinyan MDB ölkələrinin hökumət başçıları Şurasının iclası üçün Aşqabada gəlməyib. İclasda Ermənistan adından respublikanın Müstəqil Dövlətlər Birliyinin qanuni və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi, Ermənistanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Razmik Xumaryan iştirak edib. İrəvan son vaxtlar bəzi inteqrasiya formatlarında görüşlərə qatılmır. Belə ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəzi sammitlərində də iştirak etməyib. Mənbə: TASS

Read More
Dünya 

“Hazırlıq gedir, MDB məkanında…” – XƏBƏRDARLIQ

Qərb MDB ölkələrində rəngli inqilablar üçün şərait yaratmağa çalışır, eyni zamanda mühacirətdə hökumətlər formalaşdırır ki, lazım olan vaxtda hakimiyyətə gəlsinlər. Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov deyib. “MDB məkanında daxili böhranlar, rəngli inqilablar üçün zəmin yaradılır”, – xidmət rəhbəri vurğulayıb. Bortnikovun sözlərinə görə, bu məqsədlə Qərb xüsusi xidmət orqanları nəzarətlərində olan müxalifət partiyaları, qeyri-kommersiya təşkilatları və “müstəqil KİV-lər”dən istifadə edir./Teleqraf.com

Read More
Dünya 

Rusiya Müdafiə Nazirliyində daha bir həbs

Rusiya Müdafiə Nazirliyinin təchizat departamentinin rəhbəri Vladimir Verteletski rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Məlumata görə o, bir iş adamına dövlət sifarişini əldə etməyə kömək edib, rüşvət kimi isə ev və maşın alıb. Xatırladaq ki, bu gün Rusiya Silahlı Qüvvələrinin (QQ) Baş Rabitə İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarin də həbs edilib. O, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunub. Mənbə: iz.ru

Read More