Dünya 

Slovakiyanın güllələnən baş nazirinin vəziyyəti AÇIQLANDI

Slovakiyanın baş naziri Robert Fitsonun həyatı sui-qəsd cəhdindən sonra hələ də təhlükə altındadır. Xatırladaq ki, Fitsoya hücum mayın 15-də hökumət iclasının keçirildiyi binadan çıxarkən baş verib. Cinayətkar bir neçə dəfə ona atəş açıb, nəticədə Slovakiyanın baş naziri ağır yaralanıb. Məlum olub ki, atəş açan şəxs müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarı olan 71 yaşlı yazıçı Yuray Sintuladır. Hadisədən sonra xəstəxanaya çatdırılan Fitsonun qarnından, sinəsindən və əlindən xəsarət aldığı bildirilib. Mənbə: Markiza

Read More
Dünya 

Putin: “Moskva ilə Pekin arasında münasibətlər üçüncü tərəfə qarşı yönəlməyib”

Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Cinpin arasında məhdud tərkibdə görüş keçirilib. Görüş çərçivəsində Vladimir Putin bəyan edib ki, Moskva ilə Pekin arasında münasibətlər heç kimə qarşı yönəlməyib. “Pekin və Moskva ədalət və demokratik hüquq prinsiplərini müdafiə edirlər”, – deyə RF prezidenti qeyd edib. Görüşdə, həmçinin qeyd olunub ki, 2023-cü ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi dörddə bir dəfə artaraq 227 milyard dollara çatıb. Mənbə: İzvestiya

Read More
Dünya 

Zaxarova: “Moskva və Ankara xüsusi kanallar vasitəsilə dialoq aparırlar” – VİDEO

“Moskva və Ankara xüsusi kanallar vasitəsilə dialoq aparırlar”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə News.ru-nun Türkiyədə çevriliş təhlükəsi ilə bağlı sualını cavablandırarkən deyib. Jurnalist 2016-cı ildə Rusiya tərəfinin öz kanalları vasitəsilə Türkiyə tərəfinə sui-qəsdin üstünü açmağa yardım etdiyini xatırladaraq, Moskvanın analoji addımı yenidən təkrarlayıb-təkrarlamayacağını soruşub. Zaxarova Moskvanın reytinq, yaxud özünü göstərmək məqsədini güdmədiyi üçün həmin vaxt bu dəstəyi açıq şəkildə etmədiyini xatırladıb. “Bu dəstək konstruktiv şəkildə müvafiq kanallar vasitəsilə edilib. Və biz ənənəvi olaraq türkiyəli həmkarlarımızla belə dialoqu davam etdiririk”, – deyə o vurğulayıb.

Read More
Dünya 

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı – FOTO

Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zaman kapsulu tapılıb. Bu barədə bölgə meri Dmitri Lyubçinov özünün “Telegram” kanalında məlumat verib. “Bu gün zaman kapsulu – 1970-ci ildə Xolmsk Gəmiqayırma Zavodunun komsomolçularından 2018-ci ilin nəslinə mesaj aşkar edildi”, – deyə o, paylaşımda bildirib. Dmitri Lyubçinovun sözlərinə görə, kapsulu hələ 6 il əvvəl, 2018-ci ildə tapmağa çalışıblar, lakin bütün cəhdlər boşa çıxıb. Beləliklə də komsomolçuların mesajı 54 ildir abidədə “yatılı qalıb”. Daha sonra mer söz verib ki, mesajın məzmunu yerli sakinlərə…

Read More
Dünya 

NASA güclü günəş partlayışının görüntüsünü yayımlayıb – VİDEO

NASA güclü günəş partlayışının görüntüsünü yayımlayıb. Qeyd edək ki, Günəş aktivliyinin cari tsiklində ən güclü partlayış dünən – çərşənbə axşamı baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçev məlumat verib. O, bildirib ki, “X” kateqoriyasında 9.3 səviyyəsindəki böyük partlayış sonuncu dəfə 2017-ci il sentyabrın 6-da, yəni təxminən yeddi il əvvəl müşahidə olunub. Mənbə: TRT haber

Read More
Dünya 

Əfqanıstanda hərbi helikopter qəzaya uğradı: Məktəbə çırpıldı – VİDEO

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb. Bu barədə yerli mənbələr məlumat yayıblar. Məlumata görə, helikopter Əfqanıstanın qərbindəki Qor vilayətinin paytaxtı Firozkoda yerləşən məktəbə çırpılıb. Hadisə helikopterin Heratdan Qora uçuşu zamanı baş verib və səbəbləri məlum deyil. Yerli mənbələrdən daxil olan ilkin məlumatlarda ölənlərin və yaralananların olduğu bildirilir, lakin konkret sayı və xəsarət alanların vəziyyəti açıqlanmayıb. Mənbə: Amu TV

Read More
Dünya 

Gürcüstanda bir neçə partiya parlamentin işini boykot edib

Gürcüstanda bir neçə partiya parlamentin iclaslarında iştirakdan imtina edib. Məlumata görə, Vətəndaşlar, Vahid Milli Hərəkat, Gürcüstan Naminə Lelo və Ağmaşenebeli Strategiyası partiyaları iclaslarda iştirak etməyəcəklərini bildiriblər. Keçmiş baş nazir Giorgi Qaxariyanın Gürcüstan Naminə Partiyası isə boykota qoşulmamaq qərarına gəlib. Mənbə: Sputnik Gürcüstan

Read More
Dünya 

Gürcüstan parlamentində sarı təhlükəsizlik səviyyəsi qüvvəyə minib

Gürcüstan parlamenti bu gün saat 09:30-dan etibarən qeyri-müəyyən müddətə sarı təhlükəsizlik səviyyəsi qüvvəyə minəcək. Məlumata görə, sarı təhlükəsizlik səviyyəsinə görə, deputatların və əməkdaşların təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət təkcə televiziya şirkətlərinin akkreditə olunmuş jurnalistlərinə aid olmayacaq, eyni zamanda bir yayımçıdan maksimum iki qrup daxil ola biləcək. Mənbə: Sputnik Gürcüstan

Read More
Dünya 

Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”

“Qərb ölkələrinin NATO-nun Mərkəzi Asiyada hərbi mövcudluğunu irəli aparmaq cəhdləri regionda gərginliyin artması və xaosla nəticələnəcək”. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin News.ru portalına müsahibəsində deyib. “NATO-nun bölgədəki hərbi mövcudluğunu “Əfqan təhlükəsi” bəhanəsi ilə irəliyə aparmaq cəhdləri gərginliyin artmasından başqa heç nə gətirməyəcək. Anqlosaksonlar hara gəlsələr, orada xaos yaşanır. Bizim mövqeyimiz dəyişməzdir: postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməli, regionun təhlükəsizliyi kənardan müəyyən edilməməlidir”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb. M.Qaluzinin sözlərinə görə, Qərbin strategiyası Rusiyanın tərəfdaşlarını geosiyasi layihəyə cəlb etməklə Moskvanı strateji məğlubiyyətə uğratmaqdır. M.Qaluzin…

Read More