Dünya 

Gürcüstan parlamentində sarı təhlükəsizlik səviyyəsi qüvvəyə minib

Gürcüstan parlamenti bu gün saat 09:30-dan etibarən qeyri-müəyyən müddətə sarı təhlükəsizlik səviyyəsi qüvvəyə minəcək. Məlumata görə, sarı təhlükəsizlik səviyyəsinə görə, deputatların və əməkdaşların təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət təkcə televiziya şirkətlərinin akkreditə olunmuş jurnalistlərinə aid olmayacaq, eyni zamanda bir yayımçıdan maksimum iki qrup daxil ola biləcək. Mənbə: Sputnik Gürcüstan

Read More
Dünya 

Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”

“Qərb ölkələrinin NATO-nun Mərkəzi Asiyada hərbi mövcudluğunu irəli aparmaq cəhdləri regionda gərginliyin artması və xaosla nəticələnəcək”. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin News.ru portalına müsahibəsində deyib. “NATO-nun bölgədəki hərbi mövcudluğunu “Əfqan təhlükəsi” bəhanəsi ilə irəliyə aparmaq cəhdləri gərginliyin artmasından başqa heç nə gətirməyəcək. Anqlosaksonlar hara gəlsələr, orada xaos yaşanır. Bizim mövqeyimiz dəyişməzdir: postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməli, regionun təhlükəsizliyi kənardan müəyyən edilməməlidir”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb. M.Qaluzinin sözlərinə görə, Qərbin strategiyası Rusiyanın tərəfdaşlarını geosiyasi layihəyə cəlb etməklə Moskvanı strateji məğlubiyyətə uğratmaqdır. M.Qaluzin…

Read More
Dünya 

Türkiyədə ciddi təhlükə: Ərdoğan fövqəladə iclas çağırdı – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilən çevrilişlə bağlı xəbərdarlıq etdikdən sonra gecə yarısı Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçla təcili iclas keçirib. Bu barədə jurnalist Ziya Osman Açlkel özünün “X” sosial şəbəkə hesabından xəbər verib. Xəbərdarlıq “Ayhan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqəsi ola biləcək polislərin səs-küylü şəkildə işdən çıxarılmasından sonra edilib. Ərdoğana xəbərdarlıq edən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının sözlərinə görə, hər şey 2016-cı ildə Türkiyədə baş vermiş çevriliş cəhdinin təkrarlanması ehtimalına işarə edir. Türkiyə prezidentinin Ədalət və İnkişaf Partiyasının…

Read More
Dünya 

Aleksandr Bortnikov: “İrəvan Rusiya hərbçilərinin Azərbaycanla sərhəddən geri çəkilmələrini xahiş edib”

“Rusiya sərhədçiləri Ermənistanda mövcudluğunu davam etdirəcək”. Bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə namizəd Aleksandr Bortnikov bildirib. “Bizim Ermənistanda sərhədçilər timsalında mövcudluğumuz qalır”, – deyə o, Federasiya Şurasında çıxışında bildirib. Aleksandr Bortnikov qeyd edib ki, Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədini qoruyacaqlar. Onun sözlərinə görə, İrəvan Rusiya hərbçilərinin müvəqqəti əməliyyat qruplarının Azərbaycanla sərhəd xəttindən geri çəkilmələrini xahiş edib və belə bir qərar qəbul edilib. Həmçinin, Ermənistan tərəfinin xahişi ilə İrəvan “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsi bağlanacaq. Mənbə: TASS

Read More
Dünya 

Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”

Rusiya Dövlət Dumasının deputatı Aleksey Qovırin NEWS.ru ilə söhbətində Ermənistanın Avropa İttifaqına qəbul ediləcəyinə şübhə ilə yanaşıb. Deputat əmindir ki, hipotetik olaraq Aİ-yə daxil olmaq ölkə iqtisadiyyatına heç bir təsir göstərməyəcək. O əlavə edib ki, Rusiya birbaşa və ya gizli şəkildə Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər. “Ermənistan Aİ-yə qəbul edilməyəcək. Əgər bu mövzuda spekulyasiya etsək, o zaman Aİ-yə daxil olmağın özü belə, heç bir fayda verməyəcək. Əgər buna görə Rusiya birbaşa və ya gizli şəkildə Ermənistana sanksiyalar tətbiq etsə, İrəvan zərbə alacaq. Bundan əlavə, xəritəyə baxsanız, hətta coğrafi baxımdan…

Read More
Dünya 

Gürcüstan parlamentində yumruqlar işə düşdü – VİDEO

Gürcüstan parlamentində “Xarici agentlər haqqında” qanun layihəsinə baxış zamanı dava düşüb. Məlumata görə, müxalifət deputatları ilə hakim “Gürcü arzusu”nun nümayəndələri arasındakı toqquşma parlamentin spikeri Şalva Papuaşvilinin texniki fasilə elan etməsinə səbəb olub. Görüş qısa müddət sonra bərpa olunub, lakin vəziyyət gərgin olaraq qalır. Mənbə: Sputnik Gürcüstan

Read More
Dünya 

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün tikintisi üçün işçi qrupu yaratmağa hazırlaşır. Məlumata görə, işçi qrup “Yol departamenti” fondu adlanacaq. Qeyd olunur ki, belə bir zərurət İrandan Ermənistana və əks istiqamətdə yük və sərnişin axınının artması, həmçinin Əkərək-Qacaran yolunun bir hissəsinin tikintisi layihəsinin həyata keçirilməsi fonunda yaranıb. Mənbə: Sputnik Ermənistan

Read More