Qırğızıstanda tədbir vaxtı yük maşınının törətdiyi faciəyə görə məmurlar cəzalandırılıblar – VİDEO
Qırğızıstanda Cəlal-Abad vilayətinin Suzak rayonunda yük maşınının uşaqları vurmasına görə 21 məmur məsuliyyətə cəlb edilib. Bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb. Onlar qeyd ediblər ki, hadisəyə görə məsuliyyət daşıyanlardan altı məmur tutduqları vəzifədən azad olunmaq üçün irəli sürülüb. Qalanları intizam sanksiyaları ilə üzləşib. Hansı məmurların cəzalandırılacağı dəqiqləşdirilməyib. Komissiya yoxlamadan sonra belə qənaətə gəlib ki, tədbirin təşkilatçıları iştirakçıların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyiblər. Qeyd edək ki, hadisə mayın 2-də baş verib. “Manas” dastanına həsr olunmuş tədbirdə “Porter” markalı yük maşını 29 uşağı vurub. Məktəblilər milli müsabiqədə çıxış edərkən…
Read More