Rusiyada maşınqayırma zavodunda güclü yanğın başlayıb – VİDEO
Rusiyanın Voronej şəhərində “Enikmaş-V” maşınqayırma zavodunda güclü yanğın baş verib. İlkin məlumatlara görə, yanğının sahəsi 3 000 kvadratmetr təşkil edir. Yanğının nədən baş verdiyi hələlik məlum deyil. Hadisə zamanı bir nəfər yaralanıb. 70 yaşlı mühasibin yanğın nəticəsində saçlarının yandığı bildirilir. Mənbə: “Baza” “Telegram”
Read More