Dünya 

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb. Bununla əlaqədar Türkiyə XİN-in bəyanatında qeyd olunur. “İsrailin Dəməşqdəki İran səfirliyinə hücumu ilə başlayan gərginlik, beynəlxalq hüquq normalarına zidd olaraq, son hadisələrdən sonra daim münaqişəyə çevrilmək riski daşıyır. Biz hadisələri yaxından izləyirik. Bütün tərəfləri münaqişəyə səbəb ola biləcək addımlardan qaçmağa dəvət edirik”, – deyə bəyanatda qeyd olunur. Mənbə: Anadolu

Read More
Dünya 

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı – FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb. ARANTV.AZ-ın məlumatına görə, bu barədə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar özünün sosial media hesabından xəbər verib. O, qəza baş verən gündən axtarış işlərinin fasiləsiz aparıldığını və itkin düşənlərin hamısının cəsədi tapılana qədər davam edəcəyini vurğulayıb. Qeyd edək ki, qurum rəhbəri aprelin 5-də də bir fəhlənin cəsədinin tapıldığını bildirmişdi. Digər itkin düşənlərin axtarışı davam edir. Xatırladaq ki, fevralın 13-də “Anagold” mədənində torpaq sürüşməsi baş verib. Faciə zamanı doqquz işçi ilə…

Read More
Dünya 

İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı

İrəvanda yerləşən Rusiya-Ermənistan Universitetində (REU) bomba olması barədə şəhər polisinə siqnal daxil olub. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. “Bu gün Daxili İşlər Nazirliyinə REU-da partlayıcı qurğu yerləşdirilməsi barədə siqnal daxil olub. Hadisə yerində əməliyyat qrupları işləyir”, – məlumatda bildirilir. Yarım saatdan sonra məlum olub ki, heç bir təhlükə yoxdur, dərslər həmişəki rejimdə davam edir.

Read More
Dünya 

Rusiyada təyyarə qəzası zamanı katapult edən pilotun cəsədi tapıldı – YENİLƏNİB + VİDEO

Rusiyanın Stavropol diyarında qəzaya uğrayan “Tu-22M3” təyyarəsinin ekipaj üzvlərindən birinin cəsədi tapılıb. Bu barədə Stavropol vilayətinin rəhbəri Vladimir Vladimirov məlumat yayıb. O əlavə edib ki, hazırda dördüncü ekipaj üzvünün axtarışları davam etdirilir. Digər pilotun isə axtarışları davam etdirilir. Xatırladaq ki, hadisə zamanı katapult edən dörd pilotun ikisi axtarış-xilasetmə qrupu tərəfindən təxliyə edilib və onlar xəstəxanaya yerləşdiriliblər. 09:04 Rusiyanın Stavropol vilayətinin Krasnoqvardeyski rayonu ərazisində təyyarə qəzası baş verib. Bu barədə Stavropol vilayətinin rəhbəri Vladimir Vladimirov özünün “Telegram” kanalında məlumat verib. “Təyyarə tarlaya düşüb, əldə etdiyimiz son məlumata görə, dağıntı və ölüm…

Read More
Dünya 

İran XİN rəhbəri: “İranın cavab tədbirləri başa çatıb”

“İranın cavab tədbirləri başa çatıb, indi İsraili vəziyyəti gərginləşdirməkdən çəkindirmək üçün addımlar atılmalıdır”. Bu sözləri BMT Təhlükəsizlik Şurasının iclasında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib. Onun sözlərinə görə, İsrail Tehranın maraqlarına qarşı güc tətbiq etsə, İran İslam Respublikası onları peşman edəcək dərhal və qəti cavab vermək hüququndan istifadədən çəkinməyəcək. Mənbə: TASS

Read More
Dünya 

Rusiya səfiri Almaniya XİN-ə çağırılıb

Rusiyanın Berlindəki səfiri Bavariyada iki rusiyalının casusluq və təxribat hazırlamaqda şübhəli bilinərək həbs edilməsi ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. “Təhlükəsizlik orqanlarımız Ukraynaya hərbi yardımımıza zərbə vurmaq məqsədi daşıyan potensial hücumların qarşısını aldı”, – deyə daxili işlər naziri Nensi Feser bildirib. Qeyd edək ki, bu gün Almaniya Baş Prokurorluğu Rusiyanın xeyrinə gizli kəşfiyyat fəaliyyəti aparmaqda şübhəli bilinən iki nəfərin saxlandığını elan edib. Mənbə: TASS

Read More
Dünya 

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə xarici agentlər haqqında qanun layihəsinə qarşı mitinqlərin davam edəcəyinə və 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri strategiyasının tərkib hissəsi olacağına ümid etdiyini bildirib. Siyasətçinin sözlərinə görə, bu nümayişlər genişmiqyaslı, lakin çox dinc şəkildə, çoxlu sayda gəncin iştirakı ilə keçirilir. “Əminəm ki, onlar davam edəcəklər. Bu, məqsədi qarşıdan gələn seçkilər olan strategiyanın bir hissəsinə çevrilmiş trenddir”, – deyə Gürcüstan prezidenti bildirib. Xatırladaq ki, aprelin 17-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Qanunun qüvvəyə minməsi üçün deputatlar ona daha iki oxunuşda baxıb…

Read More
Dünya 

Türkiyənin 14 əyalətində FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 60 şübhəli şəxs saxlanılıb – VİDEO

Türkiyədə 14 əyalətdə FETÖ-yə qarşı keçirilən “CİP-12” əməliyyatlarında 60 şübhəli şəxs saxlanılıb. Daxili İşlər Naziri Ali Yerlikayanın verdiyi məlumata görə, FETÖ-yə qarşı İzmir, Denizli, Afyonkarahisar, Konya, Aksaray, Kahramanmaraş, Hatay, Sakarya, Isparta, Muğla, Ərzurum, Düzce, Manisa və Çorumda eyni vaxtda “Nipper-12” əməliyyatları keçirilib. Əməliyyatlar nəticəsində, təxminən altı milyon Türkiyə lirəsi dəyərində pul, müxtəlif qiymətli zinət əşyaları və çoxlu rəqəmsal material və sənəd ələ keçirilib. “FETÖ-çülərə aman verməyəcəyik. Millətimizin sülhü, birliyi və həmrəyliyi üçün təhlükəsizlik güclərimizin üstün səyləri ilə əməliyyatlarımız qətiyyətlə davam edəcək. Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. Allah rəhmət eləsin.…

Read More
Dünya 

Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”

“ABŞ və Avropa İttifaqı (Aİ) ilə hərbi-siyasi razılaşmalar barədə məlumatların mətbuatda yer almasından sonra Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib. “Əvvəllər İrəvan açıq şəkildə əmin edirdi ki, Qərb ölkələri ilə əməkdaşlığın inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib. Biz bu amillərin məcmusunu nəzərə alaraq, Ermənistan hakimiyyətindən ortaya çıxan məlumatlara aydın şəkildə reaksiya verilməsini gözləyirik. Daha ideal variant olaraq isə bu məlumatların rəsmi təkzibini”, – deyə diplomat aprelin 5-də Brüsseldə Ermənistan, ABŞ və Aİ-nin görüşünü və bu görüşdə…

Read More
Dünya 

Burkina-Faso üç fransız diplomatı ölkədən çıxarır

Burkina-Fasonun Xarici İşlər Nazirliyi üç fransız diplomatı “təxribatçı fəaliyyətlərinə görə” “arzuolunmaz şəxs” elan edib və ölkəni tərk etmələrini tələb edib. Bu barədə “France Presse” Agentliyi (AFP) Fransanın Uaqaduqudakı səfirliyinə daxil olan notaya istinadən məlumat verib. “Diplomatlar Burkina-Fasoda təxribat törətdiklərinə görə “arzuolunmaz şəxs” elan ediliblər”, – deyə sənəddə bildirilib. Həmçinin qeyd edilib ki, üç diplomat yaxın 48 saat ərzində Burkina-Faso ərazisini tərk etməlidir. Məlumata görə, üç diplomatdan ikisi siyasi müşavir olub. Xatırladaq ki, agentliyin dekabrda dərc olunan xəbərində Burkina-Faso hakimiyyətinin diplomatik pasportlara malik dörd Fransa vətəndaşını casusluqda şübhəli bilinərək saxladığını bildirilmişdi.…

Read More