Dünya 

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır” – VİDEO

“Moskva və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) regionda vəziyyətin gərginləşməsi zamanı Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalının efirində deyib. O bildirib ki, İrəvan Qarabağla bağlı qərarlarını NATO-nun təsiri altında verib. “Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib”, – deyə o bildirib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın Avropa İttifaqı, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır. Mənbə: news.am

Read More
Dünya 

Bağçaların qəbul etmədiyi Atillalar… – FOTO

Valideyn Nuranə İsmayılova övladı ilə bağlı müraciət etdiyi artıq dördüncü bağçadan imtina cavabı aldığını deyir. Onun sözlərinə görə, bağçalar bəhanə kimi qruplarda uşaq sayının çoxluğunu, psixoloq rəyini göstərsələr də, səbəb başqadır. “Qafqazinfo”ya danışan ana bildirib ki, 3 yaş 4 aylıq oğlu Atilla İsmayılov serebral iflicdən əziyyət çəkir. Nuranə İsmayılova isə onu yerləşdirmək üçün bağça tapa bilmir. Hazırda məsələni ictimailəşdirən vətəndaş İsmayılova olsa da, əslində problem bir çox ailələri əhatə edir. Ölkədə fiziki məhdudiyyətinə görə bağçalara, məktəblərə gedə bilməyən, hətta pandusların yoxluğu səbəbi ilə küçədə hərəkət edə bilməyən minlərlə şəxs var. Atilla sadəcə onlardan biridir……

Read More
Dünya 

Terror aktında zərərçəkənlər “Crocus”un sahiblərinə qarşı cinayət işinin başlanmasını xahiş ediblər

Moskva vilayətində “Crocus City Hall”da törədilən terror aktında zərərçəkənlər konsert zalının sahiblərinə qarşı cinayət işinin başlanması üçün Rusiya İstintaq Komitəsinə (İK) ərizə ilə müraciət ediblər. Bu barədə rusiyalı vəkil İqor Trunov məlumat verib. Onun sözlərinə görə, zərərçəkənlər xidmət zamanı təhlükəsizliyə fikir verməyən iş adamlarının məsuliyyətə cəlb olunmasını istəyirlər. Ərizə aprelin 2-də İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə təqdim edilib. Onu “Piknik” qrupunun konsertini çəkməli olan çəkiliş qrupunun rəhbəri İvan Pomorin daxil olmaqla 11 zərərçəkmiş və terror aktında həlak olanların yaxınları imzalayıb. “Crocus City Hall” konsert zalının sahibinin oğlu Emin Ağalarov bundan…

Read More
Dünya 

Aleksandr Lukaşenko: “Biz müharibəyə hazırlaşırıq”

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibəyə hazırlaşdığını, lakin döyüşmək istəmədiyini bildirib. O qeyd edib ki, Belarusda lazımi hazırlıq işləri görülür, qoşunlara müxtəlif növ silah və texnika verilir. “Bizim döyüşmək istədiyimizi deyən heç kimə inanmayın. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. “Sülh istəyirsənsə, müharibəyə hazırlaş” – bu mənim uydurduğum bir söz deyil. Bu, çox doğru sözdür”, – Lukaşenko Qrodnoya işgüzar səfəri zamanı deyib. Mənbə: Gazeta.ru

Read More
Dünya 

Alimlər Parkinson xəstəliyinin sirli səbəbini tapıblar

Dünyada milyonlarla insan beyin hüceyrələrini tədricən parçalayan Parkinson xəstəliyinə məruz qalır. Parkinson beynin zəifləməsinə səbəb olan xəstəliklər arasında tezliyinə görə Alzheimerdən sonra ikinci yerdədir. Uzun müddətdir ki, alimlər xəstəliyə nəyin səbəb olduğunu anlamağa çalışırlar. AZƏRTAC “Knowridge” saytına istinadla xəbər verir ki, Kopenhagen Universitetinin tədqiqatçılar qrupu Parkinson xəstəliyi ilə bağlı maraqlı irəliləyiş əldə edib. Onlar hüceyrələrimizdəki mitoxondrilərin yaxşı işləməsini təmin edən əsas yolda problem tapıblar. Bu maneə hüceyrələrin zədələnmiş mitoxondriyadan qurtulmasının qarşısını alır. Beləliklə, hüceyrələrdə enerji tükənir və zərərli zülallar yığılmağa başlayır. Nəticədə isə beyin hüceyrələri sıradan çıxır. Bu kəşfin maraqlı tərəfi…

Read More
Dünya 

Finlandiyada məktəbə silahlı hücum: Ölən və yaralananlar var – YENİLƏNİB + FOTO

Finlandiyanın cənubundakı Vantaa şəhərində orta məktəbdə atışma nəticəsində altıncı sinif şagirdi ölüb. Bu barədə yerli polis idarəsindən məlumat verilib. Polis daha iki şagirdin ağır yaralandığını bildirib. Hücum edən şəxsin və digər hadisə iştirakçılarının yeniyetmə olduğu, onların 12 yaşı olduğu ortaya çıxıb. Hadisənin digər təfərrüatı və hücumun motivləri hələlik məlum deyil. Qeyd edək ki, həmin məktəbdə 800-ə yaxın şagird təhsil alır və 90-a yaxın müəllim işləyir.   Mənbə: interfax.ru 13:04 Səhər saatlarında Finlandiyanın Vantaa şəhərində məktəbdə atışma baş verib. Bu barədə yerli polis departamenti məlumat yayıb bildirib. Polis əməkdaşlarının verdikləri məlumata…

Read More
Dünya 

İran prezidenti konsulluğa hücumdan sonra İsraili hədələdi: “Cavabsız qalmayacaq”

İran Prezidenti İbrahim Rəisi Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına İsrail tərəfindən həyata keçirilən hücumun cavabsız qalmayacağını deyib. “İsrailin İranın Dəməşqdəki konsulluq binasına qarşı hücumu Sərdar Məhəmməd Rza Zahidi və Sərdar Məhəmməd Hadi Hacı Rəhiminin və onların 5 dostunun ölümü ilə nəticələndi. Beynəlxalq qaydaların açıq şəkildə pozulması olan bu hücumu pisləyirəm”, – deyə Rəisi bildirib. “İsrail bilməlidir ki, bu cür tədbirlərlə heç vaxt öz pis məqsədlərinə çatmayacaq. Bu qətl cavabsız qalmayacaq”, – deyə İbrahim Rəisi qeyd edib. Xatırladaq ki, İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb. İsrail…

Read More
Dünya 

Albaniyada miqrantları daşıyan avtomobil dərəyə yuvarlandı: Çox sayda ölən var – VİDEO

Bu gün səhər saatlarında Albaniyada miqrantları daşıyan avtomobil qəzaya uğrayıb. Qeyd olunur ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil paytaxt Tiranadan təxminən 240 kilometr aralıda yerləşən Vjosa çayına düşüb və parça-parça olub. Maşında olanların hamısı, o cümlədən yeddi miqrant və sürücü həlak olub. Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında 100 minə yaxın miqrant bu marşrutdan istifadə edib. Mənbə: Albanian Daily News

Read More
Dünya 

Ermənistan parlamentində təcili iclas: Azərbaycanla sərhədin müəyyənləşməsi müzakirə ediləcək

Ermənistan parlamentində təcili olaraq Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə ediləcək. Məlumata görə, parlamentdəki müxalif “Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları delimitasiya və demarkasiya məsələləri üzrə qurumun təcili iclasını çağırıblar. Vurğulanıb ki, reqlamentə əsasən, deputatların dörddə birinin tələbi ilə parlamentin növbəti təcili iclası keçirilə bilər. Qeyd edək ki, parlamentin dördgünlük iclası aprelin doqquzunda başlayacaq, fövqəladə ilk sessiyaya Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan dəvət ediləcəklər. Mənbə: Hraparak

Read More
Dünya 

“Crocus City Hall”da terror aktı törədənin atası onun İŞİD-lə əlaqəsindən danışdı – FOTO/VİDEO

“Crocus City Hall”da terror aktını törədənlərdən biri Dalerjon Mirzoyevin atası oğlunun dindar olmadığını deyib. O, həmçinin qeyd edib ki, hücumdan iki gün əvvəl, martın 20-də Mirzoyev anasına zəng edərək müvəqqəti qeydiyyatda olduğu Novosibirskdə iş tapmadığı üçün Tacikistana qayıtmağa hazırlaşdığını bildirib. ABŞ öz müttəfiqlərini inandırmağa çalışır ki, “Crocus City Hall”da törədilən terror aktının arxasında İŞİD-in Əfqanıstan qolu dayanır. Eyni zamanda terrorçu Mirzoyevin atası oğlunun namazı “istədiyi vaxt”larda qıldığını və hətta Quran oxumadığını nəzərə çatdırıb. Xatırladaq ki, martın 22-də Dalerjon Mirzoyev üç terrorçu ilə birlikdə avtomobillə “Crocus”a yaxınlaşıb və elə dayanacaqdan insanlara atəş…

Read More