Dünya 

Türkiyə XİN PKK-nın Almaniyada həyata keçirdiyi hücuma münasibət bildirib

Türkiyə Xarici İşlər Nazirliyi PKK terror təşkilatının tərəfdarı olan bir qrup şəxsin bu ölkənin Almaniyanın Hannover şəhərindəki Baş Konsulluğuna hücumu ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, xüsusən son illərdə Türkiyə hökumətinin həyata keçirdiyi uğurlu siyasi, hərbi tədbirlər nəticəsində terror təşkilatı küncə sıxışdırılıb və bu, təşkilatın Avropadakı tərəfdarlarını narahat etməyə başlayıb. Türkiyə XİN-in yaydığı bəyanatda bildirilir ki, hücumdan dərhal sonra Almaniya rəsmiləri ilə əlaqə saxlanılıb və qarşı tərəfin diqqətinə çatdırılıb ki, rəsmi Berlin Türkiyə vətəndaşlarının, diplomatik nümayəndəliklərinin təhlükəsizliyinə cavabdeh olmalıdır. Mənbə: Haber Global

Read More
Dünya 

Rusiyada Alla Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlanılıb

Rusiyalı sənətçi Alla Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlanılıb. Bu barədə Rusiya Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin özünün “Telegram” kanalında məlumat verib. V.Borodinin sözlərinə görə, A.Puqaçovanın xarici agent kimi tanınması ilə bağlı Rusiya Baş Prokurorluğu Ədliyyə Nazirliyinə müvafiq müraciət göndərib. Qeyd edək ki, Alla Puqaçova Ukrayna ilə Rusiya arasında başlayan müharibədən qısa müddət sonra ölkəsini tərk edib. O, Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləməyib. A.Puqaçova ailəsi ilə İsrailə köçüb. A.Puqaçovanın həyat yoldaşı, tanınmış şoumen Maksim Qalkin də Ukrayna ilə müharibənin əleyhinə çıxdığı üçün Rusiya…

Read More
Dünya 

Qərbə doğru yola çıxan Ermənistan Suriyaya çevriləcək – VİDEO

Şimali Atlantika blokunun baş katibi Yens Stoltenberqin bu yaxınlarda Cənubi Qafqaza səfəri fonunda bu ilin aprelində ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, NATO-nun baş katibi Yens Stoltenberq və Ermənistanın baş naziri Nikol Paşinyan arasında tərkibinə görə genişləndirilmiş dördtərəfli görüş hazırlanacağı barədə məlumatlar yayılmağa başlayıb. “Şirin” kampaniyadır, elə deyilmi? Bu barədə “Caliber” “YouTube” kanalının növbəti təhlilində bəhs edilib. “Sızdırılan məlumatlara görə, ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr arasında ikitərəfli razılaşmalara analoq olaraq, Ermənistana təhlükəsizlik zəmanətləri verilməsi ilə bağlı paktın…

Read More
Dünya 

Türkiyədə fırtına Qara dənizdə hündürlüyü beş metrə çatan dalğalar yaratdı – FOTO/VİDEO

Türkiyənin Kastamo vilayətində fırtına səbəbindən infrastruktura zərər dəyib. Məlumata görə, saatda təxminən 80 kilometr sürətlə əsən külək Qara dənizdə hündürlüyü beş metrə çatan nəhəng dalğalar yaradıb. Nəticədə dalğalar Hacıvəli şosesində divarı aşaraq yola qədər gedib. Sahil zolağındakı parklar, uşaq meydançaları dalğaların daşıdığı qum və daş yığınları ilə dolub.⁠ Həmçinin Abana, İnebolu rayonlarında sahildə yerləşən müəssisələrə ziyan dəyib. Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.   Mənbə: A Haber, “Anadolu” Agentliyi

Read More
Dünya 

Ermənistan Ciliza kəndini Gürcüstana qaytaracaq?

Ermənistan təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırdır. Bununla bağlı Ermənistan KİV-də yayılan məlumata görə, İrəvan Gürcüstanla sərhəddəki Lori vilayətindəki Ciliza kəndini Tbilisiyə qaytarmağa hazırlaşır. Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda ölkəsinə rəsmi səfərə gəlmiş gürcü həmkarı İrakli Kobaxidze ilə görüşündə də bu məsələni müzakirə edib. “Bu gün biz Ermənistan və Gürcüstan arasında demarkasiya prosesinin intensivləşdirilməsi imkanlarını da müzakirə etdik”, – deyə Paşinyan Gürcüstanın baş naziri ilə görüşdən sonra bildirib. Xatırladaq ki, Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiya və demarkasiya məsələsini 1992-ci ildən müzakirə…

Read More
Dünya 

Serbiya prezidenti vətəndaşlara təhlükə barədə xəbərdarlıq etdi: “Heç vaxt olmadığı qədər çətin olacaq”

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin tezliklə milli maraqlara dair təhlükə ilə üzləşəcəyi barədə xəbərdarlıq edib. O, bu barədə “Instagram” hesabında müvafiq bəyanat dərc edib. Aleksandr Vuçiçin sözlərinə görə, son 48 saat ərzində Belqrad Serbiya və Serb Respublikasının həyati vacib milli maraqlarını birbaşa təhdid edən xəbər alıb. “Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlarla tanış edəcəyəm. Çətin olacaq, heç zaman olmadığı qədər çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”, – deyə Vuçiç yazıb. Serbiya prezidenti başqa təfərrüat açıqlamayıb. Mənbə: Gazeta.ru

Read More
Dünya 

Kakaonun qiyməti rekord vurdu

Kakao dənələrinin birja qiymətləri ticarət tarixində ilk dəfə olaraq bir ton üçün 10 min dolları ötüb. Gün ərzində Qitələrarası Birjada (ICE) bir ton kakaonun qiyməti 10 080 dollara çatıb. Bu növ məhsulun qiymət artımı illik müqayisədə 134% olub. Mütəxəssislər hesab edirlər ki, qiymət dinamikasını dünyanın iki aparıcı istehsalçısı – Kot-d’İvuar və Qanadan kakao yığımında böyük itkilər barədə məlumatlar dəstəkləyir. Bu, şokoladın və bütün qənnadı məmulatları qruplarının qiymətlərinin daha da artmasına səbəb olur. Qeyd edək ki, Kot-d’İvuar və Qana dünya kakao  istehsalının demək olar ki, 60%-ni təşkil edir. Mənbə: TASS

Read More
Dünya 

Ermənistan prezidentinin saytından qondarma qurumun adı ilə bağlı söz yığışdırıldı – FOTO

Ermənistan prezidentinin rəsmi saytından əvvəllər istifadə edilmiş “Artsax” (Azərbaycanın Qarabağ bölgəsinə ermənilərin verdikləri qondarma ad – red.) sözü silinib. Bu barədə Ermənistan mətbuatı xəbər paylaşıb. Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) saytından Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı bölməsindəki bütün məlumatlar silinmişdi.  

Read More
Dünya 

Erməni deputat: “Neçə dəfə təkrarlamaq olar axı, bu kəndlər Azərbaycanındır” – VİDEO

“Bu kəndlər Azərbaycanındır, adamın beyninə batması üçün neçə dəfə demək lazımdır? Bura Azərbaycan ərazisidir. Deyirlər, Paşinyan Tavuş kəndlərini təslim edir. Amma bura Tavuş kəndi deyil”. Caliber.Az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında hakim partiyadan olan deputat Qaqik Melkonyan Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasını şərh edərkən deyib. “Sovet dövründə Qarabağ da Azərbaycan ərazisində yerləşirdi. Biz güclü idik və Qarabağı aldıq. Ancaq indi biz məğlub olmuşuq. Qarabağdan niyə qaçdınız? Ona görə ki, onu saxlamağa gücümüz çatmadı. Biz uzun illərdir ki, resurslarımızı israf etmişik. 26 ildir ki, Azərbaycan silahlanırdı, biz bayram edib,…

Read More
Dünya 

Moldova nümayəndə heyəti Azərbaycanla bağlı AŞPA-ya məktub ünvanlayıb – FOTO

Moldovanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyəti quruma məktub ünvanlayıb. Moldova nümayəndə heyətinin məktubunda AŞPA-nın 2024-cü ilin yanvar ayı tarixində keçirilmiş sessiyasında qəbul edilmiş qərardan sonra təşkilat və Azərbaycan arasında yaranmış uçurumun aradan qaldırılması üçün Avropa Şurası Parlament Assambleyasına və Azərbaycan Milli Məclisinə birlikdə çalışmaq üçün çağırış ünvanlanıb. Məktubda, digər üzv dövlətlər kimi, Azərbaycanın da AŞPA-dakı nümayəndə heyəti vasitəsilə təşkilatın dəyərlərinin və prinsiplərinin irəlilədilməsinə dəstək göstərdiyi qeyd edilib, habelə Avropada təhlükəsizliyə və sülhə mühüm çağırışların olduğu bir dövrdə bütün problemlərin AŞPA çərçivəsində parlamentlərarası dialoq vasitəsilə həllinin vacibliyi bildirilib. Məktubda, həmçinin…

Read More