Dünya 

Moskva-İrəvan aviareysi ilə uçan təyyarədə bomba həyəcanı: Saxlanılan var – YENİLƏNİB

Polis əməkdaşları Şeremetyevo hava limanında çantasında bomba olduğunu bildirən qadını saxlayıblar. Bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb. Bildirilib ki, qadının çantası yoxlanılıb və heç bir partlayıcı qurğu, yaxud maddə aşkar edilməyib. Mənbə: TASS 16:21 Moskva-İrəvan aviareysi ilə uçan qadın sərnişin bel çantasında bomba olduğunu bildirib. Hadisə Şeremetyevo hava limanında baş verib. İrəvana uçan təyyarəyə minən qadın dərhal stüardessalara əl yükündə bomba olduğunu deyib. Uçuş təxirə salınıb. Hadisə yerinə polis çağırılıb. Mənbə: news.ru

Read More
Dünya 

Üç avtomobilin xarab olması rusiyalı kişini və oğlunu “Crocus”dakı terrordan xilas edib – VİDEO

Rusiyanın Tula vilayətinin sakini martın 22-də terror aktının baş verdiyi “Crocus City Hall”da “Piknik” qrupunun konsertinə getməyi planlaşdırıb. Lakin tədbirdən bir neçə gün əvvəl onun bir avtomobili xarab olub, digəri isə qəzaya düşüb. Rusiyalı oğlu ilə konsertə getmək üçün avtomobil icarəyə götürüb. Amma yolda avtomobilin təkəri partlayıb. Kişi təkəri dəyişdirərkən isə məlum terror aktı baş verib. Mənbə: Shot

Read More
Dünya 

Araz Ağalarov danışdı: “20 ildə belə bir şey olmamışdı” – VİDEO

“Crocus Group”un rəhbəri Araz Ağalarov ilk dəfə olaraq martın 22-də “Crocus City Hall”un konsert zalında baş verən terror aktına münasibət bildirib. O, oğlu Emin Ağalarov və filial direktoru Roman Qraçovla birlikdə hadisə yerinə baş çəkib. “Dəhşətli faciə baş verdi və artıq deyildiyi kimi, son 20 ildə belə bir şey olmamışdı”, – Araz Ağalarov bildirib. Onun sözlərinə görə, terrorçular konsert zalına qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar. “Əllərində avtomat, gördükləri hər kəsə və hər şeyə atəş açmağa başlayıblar. Bir mühafizəçi həlak olub, digəri yaralanıb. Onlar heç mühafizəçi də deyillər. Biz onlara…

Read More
Dünya 

“Crocus”da terrorçular tərəfindən çəkilən görüntülər yayılıb – VİDEO

İŞİD-lə əlaqəli “Amaq” resursu “Crocus City Hall”da terrorçular tərəfindən lentə alındığı iddia edilən kadrları dərc edib. Bu görüntülər qadağan olunmuş təşkilatın digər resurslarında da dərc edilib. Cinayətkarlardan birinin lentə aldığı videoda əyləncə mərkəzinin ətrafında silahlı insanların islamçı şüarlar səsləndirdiyi görünür. Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskdakı “Crocus City Hall” konsert zalına silahlı hücum nəticəsində 150-dən çox şəxs ölüb.  

Read More
Dünya 

Terrorçuların daha bir vəhşiliyi: Hadisə yerindən qaçarkən avtomobilli qəsdən uşağın üstünə sürüblər

“Crocus City Hall”da terror aktını törədən şəxslər hadisədən dərhal sonra oradan uzaqlaşarkən idarə etdiyi avtomobillə uşaq vurublar. Bu barədə qəza nəticəsində yaralanan və hazırda reanimasiyada olan oğlan uşağının anası məlumat verib. Qadın bildirib ki, terrorçular ağ rəngli “Renault” markalı avtomobildə olublar. “Övladımızın vəziyyəti stabildir, hazırda reanimasiyada müalicə olunur. Uşaq kəllə-beyin travması alıb, körpücük sümüyü və bud sümüyü sınıb”, – qadın bildirib. Qadın əlavə edib ki, avtomobili idarə edən şəxs maşını qəsdən elə idarə edib ki, uşağa xəsarət yetirsin. Mənbə: İzvestiya

Read More
Dünya 

Rəcəb Tayyip Ərdoğan Vladimir Putinə zəng etdi: “Əməkdaşlığa hazırıq”

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Bu barədə Türkiyə prezidentinin ofisi məlumat yayıb. Məlumatda bildirilib ki, R.T.Ərdoğan “Crocus City Hall”da da baş verən terror aktı ilə bağlı Vladimir Putinə başsağlığı verib. Türkiyə Prezidenti V.Putinə bildirib ki, Ankara Moskva ilə terrorla mübarizədə hər cür əməkdaşlığa hazırdır.

Read More
Dünya 

Rusiyada ölüm hökmü bərpa oluna bilər

Moskvanın “Crocus City Hall” konsert kompleksində baş vermiş terror hücumundan sonra Rusiyada ölüm hökmünün bərpasına dair çağırışlar edilməyə başlanılıb. Artıq Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri olan Vladimir Vasilyev də hadisəyə münasibət bildirib. O qeyd edib ki, dövlət terror hadisələri ilə əlaqədar ölüm cəzasının bərpasını dərindən araşdıracaq. “Nəticədə, biz bu məsələ ilə bağlı cəmiyyətin gözləntilərinə uyğun qərar verəcəyik”, – deyə Vladimir Vasilyev əlavə edib. Mənbə: TASS

Read More
Dünya 

Putin kimləri hakimiyyətdən uzaqlaşdıracaq?

Rusiyadakı terror aktı prezident seçkisində qalib gəlmiş Vladimir Putinin hakimiyyətdə mümkün dəyişikliyi haqda xəbərləri ikinci plana keçirdi. Putinin   andiçmə mərasimi mayın 7-nə təyin edilib, amma o vaxtadək hakim komanda da kadr dəyişiklikləri olacağı haqda mediada çoxsaylı iddialar var.  Konstitusiyaya görə prezident seçkilərindən sonra hökumət buraxılır.  Prezident isə təkcə baş nazirin deyil, həm də onun müavinlərinin namizədliyini təsdiqlənmək üçün Dövlət Dumasına təqdim etməlidir. Newsru.com yazır ki, söhbət təkcə bir neçə əsas fiqurun dəyişdirilməsindən getmir, ümumiyyətlə idarəetmə aparatı əsaslı olaraq yenidən qurula bilər. Prezident bir neçə dəfə hökumətin işini kifayət qədər qənaətbəxş…

Read More
Dünya 

“Crocus City Hall”da DƏHŞƏT: Ayaqyoludan 28 meyit tapıldı, analar uşaqlarını qucaqlayıb ölüblər

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində martın 22-də törədilən terror aktından sonra ərazidə axtarış-xilasetmə işləri davam edir. Kompleksin ayaqyolularından birində xilasedicilər 28 meyit aşkarlayıblar. Daha 14 meyit isə təxliyə pilləkənlərində aşkarlanıb. Xilasedicilərin sözlərinə görə, bir çox analar uşaqlarını qucaqlayıb onları qorumaq istəyiblər. Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Hadisə zamanı həlak olanların sayı 100-ə, yaralananların sayı 200-ə çatıb.

Read More