Dünya 

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın iki yüksək vəzifəli hərbçisinin həbsinə order verdi

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Aerokosmik Qüvvələrinin uzaqmənzilli aviasiya üzrə komandiri, general-leytenant Sergey Kobılaşın həbsinə order verib. Beynəlxalq Cinayət Məhkəməsi həmçinin Rusiya Qara dəniz donanmasının komandiri Viktor Sokolovun da həbsi ilə bağlı qərar verib. Hər iki şəxs barəsində həbs qərarı Ukraynadakı vəziyyət kontekstində verilib. Mənbə: “RİA Novosti” “Telegram”

Read More
Dünya 

Rusiya və Ermənistan XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefonla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib, həmçinin ikitərəfli münasibətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. “Martın 5-də Rusiya tərəfinin təşəbbüsü ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Söhbət zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər və regiondakı vəziyyət müzakirə edilib”, – deyə məlumatda bildirilir. Mənbə: TASS

Read More
Dünya 

Türkiyə və Pakistan birgə hərbi təlimlər keçirir

Türkiyə və Pakistan birgə hərbi təlimlər keçirir. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Türkiyə-Pakistan Birgə Komando və Xüsusi Təyinatlılar Təlimi (CİNNAH-2024) 3-16 mart 2024-cü il tarixlərini əhatə edəcək. Təlimlər İspartanın Eğirdir rayonundakı Dağ, Komando Məktəbi və Təlim Mərkəzi, həmçinin Ankaranın Gölbaşı rayonundakı Baş Qərargah Xüsusi Təyinatlı Komandanlığında paralel həyata keçiriləcək. Məqsəd iki ölkə arasında komando-xüsusi təyinatlı əməliyyatı növləri ilə bağlı bilik və təcrübə mübadiləsidir. Qeyd edək ki, bu il təlimlərə Türkiyə, növbəti il isə Pakistan ev sahibliyi edəcək. Mənbə: msb.gov.tr

Read More
Dünya 

Nikol Paşinyan qapalı görüşdə tərəfdarları ilə mübahisə edib: “Payıza qədər vaxtımız var”

Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş sazişi” partiyasının qapalı iclasında bildirib ki, ölkəsi bu ilin payızından gec olmayaraq Avropa İttifaqına (Aİ) üzv olmaq üçün müraciət etməlidir. Bu barədə Ermənistan mətbuatında qapalı görüşün təfərrüatına dair dərc edilən yazıda qeyd olunub. Mənbə iddia edir ki, Nikol Paşinyan tərəfdarlarına açıq şəkildə bildirib ki, Qərb Ermənistandan Rusiyadan uzaqlaşmaq və onu regiondan sıxışdırıb çıxarmaq üçün əməli addımlar atmağı tələb edir. Bununla belə, N.Paşinyanın komandasının əhəmiyyətli bir hissəsi Aİ-yə daxil olmaq məsələsində tələskənliyə yol verməyin əleyhinədir. Yazıda iddia olunur ki, xüsusən də biznesmen deputatlar Xaçatur…

Read More
Dünya 

Dini fanatizmin bu qədəri – Kəlküttədə iki aslanı ayırmaq istəyirlər

Hindistanın Kəlküttə şəhərinin məhkəməsi iki aslanı dini zəmində ayrı-ayrı məkanlarda yerləşdirməyə dair iddiaya baxacaq. Musavat.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, ərizəçilər israr edirlər ki, Əkbər adlı şir islamı, Sita adlandırılan aslan isə induizmi qəbul etdiyi üçün birlikdə yaşaya bilməzlər. İinduslar bu cür birgəyaşayışı dini hisslərə təhqir sayır və artıq cütlüyün ayrılmasını tələb edirlər. İndi hər iki yırtıcı Qərbi Benqaliyanın Siliquri safari parkında yaşayır. Aslanların özləri birlikdə yaşamaqdan narazılıq bildirməyiblər. Əgər şikayətçilər heyvanların əziyyət çəkdiyini (fiziki və ya ruhi cəhətdən) sübut edə bilsələr, administrasiya məhkəmə qərarını yerinə yetirməli olacaq. Heyvanların…

Read More
Dünya 

Paşinyan Misirə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan Misirə rəsmi səfərə gedib. Qeyd olunur ki, rəsmi səfər iki gün davam edəcək. Səfər çərçivəsində o, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, həmçinin Misirin baş naziri və Ərəb Liqasının baş katibi ilə görüşəcək. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Qidadan uzunmüddətli imtinanın FAYDALARI: Həm artıq çəkidən qurtulun, həm də…

London Kraliça Mariya Universitetinin alimlərinin rəhbərlik etdiyi elmi qrup aclığın yalnız üçüncü günündə daxili orqanların fəaliyyətini yaxşılaşdırdığını müəyyən edib. Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub. Məlum olub ki, yeməkdən uzun müddətlik imtina yalnız üçüncü gündə insan orqanizminə faydalı təsir göstərməyə başlayır. Bu, orqan və toxumaların zülal tərkibində dəyişikliklərin izlənilməsi nəticəsində aydın olub. Xüsusilə, qidadan uzun müddətlik imtina etmək yalnız artıq çəkidən qurtulmağa imkan vermir, həm də maddələr mübadiləsinə, qaraciyər və mədəaltı vəzi də daxil olmaqla bir çox orqanların fəaliyyətinə müsbət təsir göstərir. Bundan əlavə, alimlər müəyyən ediblər ki, orqanizmdə müəyyən zülalların…

Read More
Dünya 

Türkiyədə avtosistern partladı: Ölən və yaralananlar var – ANBAAN VİDEO

Türkiyənin İstanbul şəhərində yanacaq daşıyan avtosistern partlayıb. Hadisə nəticəsində ölən və yaralananlar var. İlkin ehtimallara görə, partlayışa səbəb maşında aparılan qaynaq işləri olub. Bundan sonra yanğın başlayıb. Hadisə nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğını söndürmək mümkün olub. Faktla bağlı istintaq başladılıb. Mənbə: TRT Haber

Read More