Dünya 

Türkiyədə dəhşətli cinayət hadisəsi anbaan görüntüləndi – VİDEO

Türkiyədə dəhşətli cinayət anı müşahidə kameraları tərəfindən qeydə alınıb. Hadisə Kayseri şəhərində baş verib. Kadrlarda dükana girən kişi ilə mağazada olan şəxsin bir-birilərinə silahla atəş açması əks olunub. Həmin vaxt yaxınlıqdakı masada əyləşən ana-balanın bərk qorxduqları və masanın altında gizlənmək cəhdləri də görüntülənib. Məlumata görə, silahı ilk işə salan kişi hadisə yerində ölüb. Digər şəxs ayağından yaralanıb və xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbi araşdırılır, istintaq başlayıb. Mənbə: TRT Haber

Read More
Dünya 

Zaxarovadan Almaniyaya təhdid: “Vəziyyəti dəyişməsələr, nəticələr dəhşətli olacaq”

“Almaniyada denasifikasiya (müharibədən sonrakı Almaniya və Avstriya cəmiyyətini, mədəniyyətini, mətbuatını, iqtisadiyyatını, təhsilini, hüquq və siyasətini nasist ideologiyasının təsirindən təmizləməyə yönəlmiş tədbirlər kompleksi – red.) tamamlanmayıb”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bundesver hərbçilərinin Krım körpüsünə mümkün hücumla bağlı mediaya sızdırılmış söhbətləri ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, almanlar vəziyyəti dəyişməsələr, Almaniya üçün nəticələr dəhşətli olacaq. Zaxarovanın fikrincə, Qərb planlaşdırdığı və böyük ölçüdə həyata keçirdiyi dağıdıcı hərəkətlərə görə cavab verməyə borcludur. O hesab edir ki, Berlin məsuliyyət daşımalıdır. Mənbə: NEWS.ru

Read More
Dünya 

Almaniyada qocalar evində güclü yanğın: Dörd nəfər ölüb, onlarla insan xəsarət alıb – VİDEO

Almaniyanın qərbində qocalar evində baş verən yanğın nəticəsində dörd nəfər ölüb, ən azı 58 nəfər yaralanıb. Qeyd olunub ki, yanğın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau kommunasında yerləşən qocalar evində səhər saat 5 radələrində baş verib. Yanğınsöndürənlər gələnə qədər yanğın o qədər genişlənib ki, ikimərtəbəli binanın bəzi hissələrinə daxil olmaq mümkün olmayıb. Yanğınsöndürənlər sakinləri xilas etmək üçün pəncərələri sındırmalı olublar. Xəsarət alanlar arasında polis və yanğınsöndürən də var. Yanğının başvermə səbəbi müəyyənləşdirilir. Yanğın yaşayış otaqlarından birində başlayıb və ətrafa yayılıb. Mənbə: Tagesschau

Read More
Dünya 

Rusiyanın Primorye diyarında təbiət yanğınları baş verib – VİDEO

Rusiyanın Primorye diyarının cənubunda təbii yanğınların sahəsi gün ərzində 3,8 min hektardan 4,9 min hektara yüksəlib, üç yerdə yanğın qeydə alınıb. Ümumilikdə 1000 hektardan çox sahədə yanğının olduğu bildirilir. Məlumata görə, Xasan qəsəbəsi ərazisində 3 min hektara yaxın ərazini əhatə edən bir yanğın lokallaşdırılıb. 1,8 min hektar ərazini əhatə edən ikinci yanğın Qvozdevo bölgəsindədir. Hazırda yaşayış məntəqələri üçün təhlükə yoxdur. Qeyd edək ki, yanğınla mübarizə davam edir, onun kənar ərazilərə yayılmaması üçün tədbirlər görülür. Mənbə: Gazeta.ru

Read More
Dünya 

Dağdan qopan qayalar yoldakı maşınların üstünə düşdü: Perudan qorxunc görüntülər – VİDEO

Peruda nəhəng qayalar yoldan keçən yük maşınlarına çırpılıb. Qorxunc hadisə arxadan gələn maşının kamerası ilə qeydə alınıb. Kadrlarda qəfil başlayan aşınma ilə qarşıda gedən yük maşınının yararsız hala düşməsi əks olunub. Hadisə şahidi bundan sonra maşınını geri versə də, zərərsiz xilas ola bilmir. Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində sürücülər salamat qalıblar, xəsarət almayıblar. Mənbə: TRT Haber

Read More
Dünya 

Kahramanmaraşda zəlzələ olub – FOTO

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb. ARANTV.AZ-ın məlumatına görə, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsindən  (AFAD) xəbər verilib. Bildirilir ki, 4,4 maqnitudalı yeraltı təkanların episentri Elbistan rayonunda, zəlzələ ocağı 7 kilometr dərinlikdə olub. Xatırladaq ki, ötən il fevralın 6-da episentri Kahramanmaraş olan şiddətli zəlzələlər nəticəsində 11 vilayət zərər çəkdi. “Əsrin fəlakəti”ndə ümumilikdə 50 mindən çox insan həlak oldu, 107 mindən çox insan isə yaralandı.  

Read More
Dünya 

Çelyabinskdə dəhşətli qəza: Sürücü faciəvi şəkildə həlak oldu – FOTO/VİDEO

Rusiyanın Çelyabinsk vilayətində iki yük maşınının toqquşması nəticəsində dəhşətli yanğın başlayıb, sürücülərdən biri faciəvi şəkildə həlak olub. Bu barədə regional Dövlət Yol Müfəttişliyinin Mətbuat Xidməti xəbər verib. Bildirilir ki, yanğının söndürülməsinə üç avtosistern cəlb olunub. Məlumata görə, dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı M5 avtomobil yolu bağlanıb, minik avtomobilləri üçün dolama marşrut təşkil edilib. Hadisəni baş vermə səbəbləri araşdırılır.   Mənbə: Kommersant.ru

Read More