Ermənistanda qalmaqallı sənəd qəbul edildi: Putin İrəvana gələrsə, həbs olunacaq
Ermənistan fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) rəsmən qoşulub. Beləliklə, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçısı olan 124-cü, Şərqi Avropa ölkələrindən isə 19-cu dövlət oldu. Ötən il noyabrın 14-də Ermənistan rəsmi olaraq Roma Statutunun ratifikasiya sənədini təqdim edib və onun 2024-cü il fevralın 1-də qüvvəyə minməsini gözləmək kifayət edib. O da məlum olub ki, noyabrın 15-də Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan BCM katibliyinə Ermənistanın 2021-ci il mayın 10-dan məhkəmənin yurisdiksiyasını geri tarixlə tanıyacağı barədə xəbər verib. Qeyd edək ki, Roma statutuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin…
Read More