Dünya 

Çində güclü zəlzələ baş verdi

Çində 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 3 milyon insanın yaşadığı Lançjou şəhərindən (Qansu əyaləti) 101 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Mənbə: TASS

Read More
Dünya 

Türkiyə Prezidenti Macarıstanın Baş nazirinə TOGG avtomobili hədiyyə edib – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərə gəldiyi Macarıstanda ölkənin Baş naziri Viktor Orban ilə görüşüb. Mətbuata qapalı keçirilən ikitərəfli görüşdən sonra Ərdoğan və Orban yüksək səviyyəli nümayəndə heyətlərinin danışıqlarında iştirak ediblər. Liderlərin qarşılıqlı hədiyyə mübadiləsi maraq doğurub. Belə ki, Ərdoğan macar Baş nazirə “TOGG” elektromobili, Orban isə Türkiyə Prezidentinə at hədiyyə edib.   Mənbə: Anadolu

Read More
Dünya 

Təbrizdə Azərbaycan musiqisinə və məcburi hicaba görə restoran bağlandı – VİDEO

Təbrizin Xosrovşah qəsəbəsində restoranlardan biri Azərbaycan musiqisi səsləndirildiyi və məcburi hicab qaydalarına əməl edilmədiyinə görə bağlanıb. Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib. Məsələ ilə bağlı Təbriz şəhər polis idarəsinin rəisi Yadulla Cahanara məlumat verib. O, restoranda baş verənləri “əxlaq və ictimai normaların pozulması” kimi qələmə verib və bu səbəbdən restoranın fəaliyyətinə qadağa qoyulduğunu deyib. Qeyd edək ki, bu il İranda məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə üç min iş yerinin fəaliyyəti qadağan edilib.

Read More
Dünya 

Rusiyada məktəbli avtobusu qəzaya uğradı: Yaralılar var – FOTO/VİDEO

Rusiyanın Ufa şəhəri yaxınlığında məktəbli avtobusu qəzaya uğrayıb. Nəticədə 12 uşaq və bir böyük şəxs xəsarət alıb. Məlumata görə, uşaqları karamel fabrikinə ekskursiyaya aparan məktəbli avtobusu və “KamAZ” markalı yük maşını toqquşub. Qəzanın səbəbi barədə məlumat verilmir. Ümumilikdə avtobusda 26 uşaq və 6 böyük olub. 6 məktəbli xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar arasında avtobus sürücüsü də var.   Mənbə: “Mash Batash” “Telegram”

Read More
Dünya 

Gürcüstanın müdafiə naziri: “İki ildən sonra Tbilisinin səması tam şəkildə qorunacaq”

Gürcüstanın Müdafiə Nazirliyi iki ildən sonra Tbilisi səmasının Hava Hücumundan Müdafiə elementləri ilə tam mühafizəsini təmin edə biləcək. Bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze bildirib. “Artıq başa çatmış satınalmalar nəticəsində iki ildən sonra Tbilisinin səması, o cümlədən strateji obyektlər, aeroportlar, hərbi bazalar və s. tamamilə müdafiə olunacaq. Bu, Gürcüstanda heç vaxt olmayıb, amma biz buna nail olacağıq”, – deyə o qeyd edib. Mənbə: TASS

Read More
Dünya 

Hindistanda baş verən güclü zəlzələ qonşu dövlətlərdə hiss olunub – FOTO

Hindistanda 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilir ki, təbii fəlakətin episentri 25 minə yaxın insanın yaşadığı Padam şəhərindən 25 km cənub-qərbdə olub. Ocaq 35 km dərinlikdə yerləşir. Yerli mediada yayılan məlumata görə, təkanlar qonşu Pakistanda və Çində hiss olunub. Hələ ki zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.   Mənbə: Crisis24.garda.com

Read More
Dünya 

Rusiyada general-mayor saxlanıldı – FOTO

Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin rəisi, general-mayor Oleq Boyko saxlanılıb. İlkin məlumatlara görə, Oleq Boyko tabeliyində olan şəxslərdən yanğın təhlükəsizliyi yoxlamaları zamanı qanunsuz yolla əldə etdikləri pulun bir hissəsini onunla bölüşmələrini tələb edib. Söhbət  on milyonlarla rubldan (100 minlərlə manat) gedir. General-mayor Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə İqtisadi Təhlükəsizlik İdarəsinin əməkdaşları, İstintaq Komitəsinin və Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb və Moskvaya çatdırılacaq. Məsələ ilə bağlı 6 ünvanda axtarışlar aparılır.   Mənbə: “Baza” “Telegram”

Read More
Dünya 

ABŞ ordusunun sayı 80 ildən bu yana ən aşağı səviyyəyə enir

Birləşmiş Ştatlarda hərbi xidmətdə olan hərbçilərin ümumi sayı 2024-cü ildə 1,28 milyon nəfərə düşəcək ki, bu da hərbi xidmətə qəbul probleminə görə 80 ildən çox müddətdə ən aşağı səviyyədir. Məlumata görə, 2023-cü ildə quru qüvvələrində, donanmada və hava qüvvələrində 41 min nəfərlik çatışmazlıq meydana gəlib. Bildirilir ki, 1997-ci ildən sonra doğulanların hakimiyyət qurumlarına inamı aşağıdır və bu nəslin getdikcə daha az nümayəndəsi mülki karyera yüksəlişi yolu ilə gedir. İyirmi il əvvəl gənclərin 25%-i hərbi xidmətə qoşulmağı düşünmürdüsə, hazırda bu rəqəm 50%-i keçib. Mənbə: TASS

Read More