Dünya 

Putin Yeni ili belə qarşılayacaq

“Yeni ili əlimdə şampan qədəhi doğmalarım və yaxınlarımla birlikdə qarşılayacağam”. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Putin bildirib ki, hələ mağazaya gedib heç bir hədiyyə seçməyib. O, Yeni il ərəfəsində yaxınları üçün gözəl bir şey etməyə çalışacağına söz verib. (Axar.az)

Read More
Dünya 

200 illik bina sürüşdürüldü: Sabunla…

Kanadanın Yeni Şotlandiya əyalətində inşaatçılar 200 ildən çox əvvəl tikilmiş hoteli köçürüblər. Bu barədə RBC məlumat yayıb. Çəkisi 220 ton olan qədim bina sabunla köçürülüb. Səthin sürüşkən olması üçün bünövrənin altına sabun qoyulub və hoteli sökmək lazım gəlməyib. Belə ki, bina bir neçə metr yerini dəyişib. (Cebhe.info)

Read More
Dünya 

Türkiyə DİN-dən əməliyyat: 1558 nəfər saxlanıldı – VİDEO

Türkiyənin Daxili İşlər Nazirliyi sənədsiz silah saxlayanlara və silah qaçaqmalçılarına qarşı keçirilən “Mercek-8” əməliyyatı zamanı 1335 silahın ələ keçirildiyini açıqlayıb. Nazir Əli Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, əməliyyatın 72 vilayəti əhatə etdiyini yazıb. Onun sözlərinə görə, əməliyyatlar zamanı 964 sənədsiz tapança, 30 uzunlüləli tüfəng və 252 sənədsiz ov tüfəngi də daxil olmaqla, cəmi 1335 silahın ələ keçirilib, 1558 şübhəli saxlanılıb.  

Read More
Dünya 

Kremldən Putinin Türkiyəyə səfəri ilə bağlı AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixləri hələ müəyyən edilməyib, lakin məsələ ilə bağlı iş gedir”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Bu səfər gündəmdədir, türkiyəli tərəfdaşlarımızla təmasdayıq, lakin hələ dəqiq tarixlər yoxdur. Bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir”, – Kreml nümayəndəsi bildirib. O, Putinin Türkiyəyə səfərə hazır olması ilə bağlı sözlərini xatırladıb. “Fürsət yaranan kimi o, bunu edəcək. Ancaq indi daha çox daxili proseslərə diqqət yetiriləcək”, – D.Peskov qeyd edib. Mənbə: TASS

Read More
Dünya 

1941-ci ildən bəri İLK: Moskvaya REKORD qar yağdı – VİDEO

Moskvada qarla əlaqədar sutkalıq rekord qeydə alınıb. Dekabrın 17-də Moskvada qarın hündürlüyü 38 sm təşkil edib. Bu, meteoroloji tədqiqatların aparıldığı dövr ərzində 17 dekabr tarixlərində qeydə alınan ən yüksək qar hündürlüyüdür. Bundan əvvəlki rekord 1941-ci ildə qeydə alınıb. Həmin il dekabrın 17-də Moskvada qarın hündürlüyü 36 sm olub. (APA)

Read More
Dünya 

Alimlər kartofu tərəvəz statusundan çıxarmağı tələb edir – SƏBƏB

Amerikalı alimlər kartofun tərəvəz statusundan çıxarılmasını tələb edirlər. ARANTV.AZ xəbər verir ki, səbəb bu məhsulun insanların artıq çəki almasına yol açmasıdır. “Bir çox insanlar kartofdan qida rasionunda tərəvəz kimi istifadə edir və kökəlirlər. Amerikalıların 66%-dən çoxunda bu, artıq çəki və piylənməyə səbəb olur”, – deyə alimlər iddia edir. Onlar kartofu dənli bitkilərə – düyü, buğda və yulaf fəsiləsinə daxil olunmasını istəyirlər. /konkret.az

Read More
Dünya 

Argentinada qasırğa nəticəsində azı 13 nəfər həlak olub – VİDEO

Argentinanın Atlantik okeanı sahilindəki Baiya Blanka şəhərində fırtınalar nəticəsində ən azı 13 nəfər həlak olub. Güclü külək içərisində çox sayda insanın olduğu idman zalının dam örtüyünü uçurub. Məlumata görə, hələ də dağıntılar altında qalanlar var. Yerli hakimiyyət şəhərdəki vəziyyəti fəlakətli adlandırıb və insanlardan küçəyə çıxmamağı xahiş edib. Səlahiyyətlilərin məlumatına görə, küləyin sürəti 140 km/saata çatıb. Meteoroloqlar havanın tezliklə düzələcəyini gözləyirlər. Mənbə: TASS

Read More
Dünya 

Liviya sahillərində qayıq batdı: Azı 61 nəfər suda boğuldu – FOTO

Liviya sahillərində qayığın batması nəticəsində azı 61 nəfər ölüb. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Liviya bölməsi “X” hesabında məlumat yayıb. Təşkilat fəlakət zamanı qadın və uşaqların da həlak olduğunu yazıb. Hadisənin səbəbləri açıqlanmayıb. Qurumun məlumatına görə, qayıq Liviyadan yola düşüb və içərisində təxminən 86 nəfər olub, lakin onlar hara getdiyi məlum deyil. Batmış qayıqda olan sərnişinlərin əksəriyyəti Nigeriya, Qambiya və digər Afrika ölkələrinin vətəndaşları olub. BMqT rəsmiləri sağ qalanlara tibbi yardım göstərdiklərini və 25 nəfəri Tripoli yaxınlığındakı saxlanma mərkəzinə göndərdiklərini qeyd ediblər.  

Read More
Dünya 

Yaşar Gülər: “Qafqazda təhlükəsizlik Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamasından keçir”

“Bir millət, iki dövlət, bir ordu” şüarı ilə indiyə qədər qət etdiyimiz bu yolda işimizi davam etdirəcəyik”. Bu açıqlama ilə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər çıxış edib. O qeyd edib ki, Qafqazda təhlükəsizlik və sülhün yolu Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin imzalanmasından keçir. Yaşar Gülər xatırladıb ki, 2023-cü ildə Türkiyə və Azərbaycan 14 birgə hərbi təlim keçirib” O qeyd edib ki, Türkiyə bu məqsədlə edilən səmimi səyləri dəstəkləyir və mümkün qədər tez müsbət nəticə əldə etməyi arzulayır: “İki ölkə arasında etimadı artıran konkret addımların atılması…

Read More
Dünya 

Dəyişməyən Yerin dəyişən iqlimi – O səbəbdən dünya ölkələri Bakıda toplanacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 gələn il ölkəmizdə keçiriləcək. Bir neçə gün bundan əvvəl beynəlxalq konfransın Azərbaycanda, payraxt Bakıda keçirilməsinə dair qərar qəbul olunub. Nüfuzlu, qlobal xarakterli tədbirin Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul edib. Bu qərar beynəlxalq miqyasda həssas dönəmdən keçən Azərbaycan üçün növbəti dəfə etimad və hörmət deməkdir. Bildiyimiz kimi, bu ilin sentyabrında Xankəndi ətrafında baş tutan lokal antierror əməliyyatından sonra ermənilər və onların havadarları (əsasən də Fransa) Azərbaycana qarşı böyük antitəbliğat kampaniyasına strat vermişdilər, əlləri çatan bütün beynəlxalq…

Read More