Dünya 

Putin prezidentliyə namizədliyi ilə bağlı qərar verdi

“Rusiya Prezidenti Vladimir Putin seçkilərə heç bir partiyadan getmədiyini, imza toplayacağını elan edəcək”. Bu sözləri Rusiyanın “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının lideri Sergey Mironov Putinin prezidentliyə namizəd kimi irəli sürülməsi üzrə təşəbbüs qrupunun iclasının kuluarlarında deyib. “Bu gün təşkilat komitəsinin iclasında elan olunacaq ki, o, heç bir partiyadan namizədliyini irəli sürmür… O, imza toplayacaq”, – deyə Mironov bildirib. Qeyd edək ki, daha əvvəl Vladimir Putin Rusiyada seçkilərə kənardan müdaxilə cəhdlərinin ciddi şəkildə qarşısı alınacağı ilə xəbərdarlıq edib. Mənbə: RT.ru

Read More
Dünya 

İranda hərbi təyyarə qəzaya uğradı – VİDEO

İranın Kazerun şəhəri yaxınlığında Su-22 hərbi təyyarəsi qəzaya uğrayıb. Qəzaya texniki nasazlığın səbəb olduğu bildirilir. Öz növbəsində İranın Fars əyalətinin hava limanlarının direktoru təyyarənin təlim təyyarəsi olduğunu və qəza nəticəsində xəsarət alanın olmadığını təsdiqləyib. Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kazerun şəhərindəki nümayəndəsi bildirib ki, hərbi təyyarənin pilotu qəzadan əvvəl katapult etməyə müvəffəq olub. Hazırda pilotun səhhəti yaxşıdır və xəstəxanadadır. Mənbə: Mdeast.news

Read More
Dünya 

“The Wall Street Journal”: “İran İsrail-HƏMAS müharibəsindən qazanc götürməyə ümid edirdi, lakin…” – FOTO

“Heç bir ölkə HƏMAS-ın oktyabr ayında İsrailə hücumundan və İsrailin reaksiyasına beynəlxalq qəzəbdən İran qədər qazana bilmədi. Lakin iki aydan çox vaxt keçsə də, Tehran münaqişədən hələ də ciddi strateji qazanc əldə edə bilməyib”. Bu sözlər “The Wall Street Journal” nəşrində dərc olunmuş yazıda deyilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Nəşrin yazısında bildirilib ki, HƏMAS-ın tamamilə məhv edilməsi İranı utandıracaq və Tehranın bölgədəki tərəfdaşları arasında onun düşündükləri qədər etibarlı olmadığı barədə narahatlıq yaradacaq. Qeyd olunub ki, İran ABŞ-nin Fələstin muxtariyyətini dirçəltmək, İsrail-Fələstin sülh danışıqlarını bərpa etmək və…

Read More
Dünya 

Rusiya hava limanında polislər sərnişinin külli miqdarda pulunu oğurlamaqda ittiham olunurlar

Rusiyanın Domodedovo hava limanının iki polis əməkdaşı sərnişinin baqajından 10 milyon rubl oğurlamaqda şübhəli bilinir. Baqajdakı pulun ümumi məbləği isə 80 milyon rubl olub. Noyabrın 25-də Moskvadan Bişkekə uçan iki sərnişinin çamadanlarında 80 milyon rubl olub. Gömrük işçiləri yükü yoxlayıb və təyyarənin göyərtəsinə keçirilməsinə icazə verməyiblər. Polislər çamadanları baqaj otağına apararaq möhürləyiblər. Üç gündən sonra sahibi baqajı götürməyə gəlib. Kişi baqajını açıb və 10 milyon rubl dəyərində bir briketin çatışmadığını görüb. Hava limanında araşdırmalara başlanılıb və noyabrın 30-da “xüsusilə külli miqdarda oğurluq” maddəsi ilə cinayət işi açılıb. Çamadanı götürən asayiş…

Read More
Dünya 

Hindistan Ermənistana “Akaş” zenit-raket kompleksləri satıb

“EurAsianTimes” Hindistanın Ermənistana “Akaş” zenit-raket komplekslərini satdığına dair məlumatlar dərc edib. Bu mövzuda danışıqların aparılması ilə bağlı məlumatlar daha əvvəl ortaya çıxsa da, nə İrəvan, nə də Nyu Dehli bunu təsdiqləməyib. “Akaş” Hindistanın “Bharat Dynamics Limited” (BDL) şirkəti tərəfindən istehsal olunan, həssas əraziləri və nöqtələri hava hücumlarından qorumaq üçün nəzərdə tutulmuş qısa mənzilli zenit-raket kompleksidir. İstehsalçının vebsaytına əsasən, mobil platformalarda yerləşdirilən bu hava hücumundan müdafiə sistemi 4-25 kilometr radiusda helikopterləri, döyüş təyyarələrini və pilotsuz uçuş aparatlarını (PUA) effektiv şəkildə vurmağa qadirdir. “ICICI Securities” xəbər bülleteni BDL-nin sifarişlər kitabına istinadən bildirir…

Read More
Dünya 

ABŞ Konqresi ölkə prezidentlərinə NATO-dan çıxmağı qadağan etdi

ABŞ Konqresi NATO-ya dəstəyini bir daha təsdiqləyib. Artıq ABŞ prezidentləri ölkənin NATO-dan çıxması ilə bağlı birtərəfli qaydada qərar qəbul edə bilməyəcəklər. “Qanun ABŞ-nin milli təhlükəsizliyimiz üçün əsas olan bu vacib alyansa dəstəyini bir daha təsdiqləyir. Bu, həm də avtoritar ölkələrə azad dünyanın birgə olduğuna güclü siqnal verir”, – deyə senator Tim Keyn bildirib. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden prezidentliyi dövründə NATO-nu gücləndirib, Avropaya daha çox qoşun göndərib, həmçinin ittifaqı genişləndirib. Ağ Evin keçmiş rəhbəri Donald Tramp isə alyansı tənqid edir. Trampın müdafiəçiləri hesab edirlər ki, keçmiş prezidentin tənqidi…

Read More
Dünya 

Ərdoğan: “Bayden “F-16” ilə bağlı Konqresə təkliflər verməyə hazır olduğunu bildirib”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin rəhbəri Co Baydenlə telefonla danışıb. Söhbət zamanı əsas müzakirə mövzusu tədarükü gözlənilən “F-16” qırıcı təyyarələri ilə bağlı irəliləyişlər olub. Bu barədə Türkiyə lideri jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Bayden “F-16” ilə bağlı mövzuya müsbət yanaşdığını və bununla bağlı konqresə istənilən təklifi verməyə hazır olduğunu bildirib. “Onlar bildirdilər ki, bizim İsveçə yanaşmamız və parlamentimizin verəcəyi qərar (NATO-ya üzvlüyünü ratifikasiya) onları xüsusilə maraqlandırır. Biz də İsveçə qarşı vicdanlı yanaşdığımızı, ancaq onların da terrorçuları himayə etməsini dayandırmalı olduğunu bildirdik. Qalan məsələlər onsuz da Parlament komissiyasından keçib”,…

Read More
Dünya 

ABŞ Qırmızı dənizdə husiləri nəzarət altına almaq üçün komanda yerləşdirəcək

Birləşmiş Ştatlar husilərin mülki gəmilərə hücumlarının qarşısını almaq üçün Qırmızı dənizə koalisiya qüvvələri yerləşdirmək niyyətindədir. Bu barədə ABŞ mətbuatında məlumat yayılıb. Verilən məlumata görə, söhbət xüsusi gücləndirilmiş çoxmillətli operativ qrupun yerləşdirilməsindən gedir. Həmçinin qeyd edilir ki, Vaşinqton yəmənli üsyançılara müraciət edərək Qırmızı dənizdə gəmilərə hücumları dayandırmağı tələb edib. Onların hərəkətləri beynəlxalq sularda sərbəst naviqasiya üçün təhlükə yaradır. Mənbə: Axios

Read More
Dünya 

Ermənistanda rusiyalı hərbçilərin silahla dolu yük maşını yanıb – FOTO

Ermənistanın Zəngəzur bölgəsində, İrəvan-Mehri avtomobil yolunda Rusiya hərbçilərinə məxsus “KamAZ” yanıb. Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb. Yük avtomobilinin silah-sursatla dolu olduğu bildirilir. Yanğın o qədər güclü olub ki, hətta bir neçə yüz metr aralıdan görünüb. Nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Yanğının səbəbi açıqlanmayıb.   Mənbə: shamshyan.com

Read More