Dünya 

ABŞ Qırmızı dənizdə husiləri nəzarət altına almaq üçün komanda yerləşdirəcək

Birləşmiş Ştatlar husilərin mülki gəmilərə hücumlarının qarşısını almaq üçün Qırmızı dənizə koalisiya qüvvələri yerləşdirmək niyyətindədir. Bu barədə ABŞ mətbuatında məlumat yayılıb. Verilən məlumata görə, söhbət xüsusi gücləndirilmiş çoxmillətli operativ qrupun yerləşdirilməsindən gedir. Həmçinin qeyd edilir ki, Vaşinqton yəmənli üsyançılara müraciət edərək Qırmızı dənizdə gəmilərə hücumları dayandırmağı tələb edib. Onların hərəkətləri beynəlxalq sularda sərbəst naviqasiya üçün təhlükə yaradır. Mənbə: Axios

Read More
Dünya 

Ermənistanda rusiyalı hərbçilərin silahla dolu yük maşını yanıb – FOTO

Ermənistanın Zəngəzur bölgəsində, İrəvan-Mehri avtomobil yolunda Rusiya hərbçilərinə məxsus “KamAZ” yanıb. Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb. Yük avtomobilinin silah-sursatla dolu olduğu bildirilir. Yanğın o qədər güclü olub ki, hətta bir neçə yüz metr aralıdan görünüb. Nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Yanğının səbəbi açıqlanmayıb.   Mənbə: shamshyan.com

Read More
Dünya 

Rusiyanın bir sıra regionlarında pis hava şəraiti üzündən yüzminlərlə insan işıqsız qalıb – VİDEO

Pis hava şəraiti Rusiyanın bir sıra rayonlarında yenidən elektrik enerjisinin kəsilməsinə səbəb olub, 228 min nəfər elektrik enerjisi təchizatından məhrum olub. Bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb. “Dünən gecə Rusiyanın bir sıra regionlarında hava şəraiti pisləşib və bu, enerji təchizatında yeni fasilələrə səbəb olub”, – deyə məlumatda bildirilib. Hazırda energetiklər qəza-bərpa işləri aparırlar. Mənbə: TASS

Read More
Dünya 

Qazaxıstanda polis bir gündə minlərlə insanı şaxtadan xilas edib – VİDEO

Qazaxıstanda polis əməkdaşları bir gündə iki mindən çox insanı soyuqdan xilas ediblər. Bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “Qazaxıstanın bir sıra regionlarında çətin hava şəraiti davam edir. Beynəlxalq, respublika və yerli əhəmiyyətli avtomobil yollarının 50-dən çox hissəsi bağlı qalır. Jambıl, Karaqanda, Pavlodar, Türküstan, Şərqi Qazaxıstan, Qızılorda, Akmola və Jetısu polisləri 24 saat dayanmadan işləyirlər. Rayon yollarında pis hava şəraitinin qurbanı olan insanlara köməklik göstərilir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının 2 013-dən çox insanı təxliyə etdikləri 331 isinmə məntəqəsi var”, – deyə məlumatda bildirilir. Bundan başqa, təkcə ötən gün ərzində…

Read More
Dünya 

Paşinyan kadr təmizləməsinə başlayıb: Uşaq bağçalarının müdirləri də işdən çıxarılırlar

Ermənistanın baş naziri Nikol Paşinyan komandasında kadr təmizləməsi həyata keçirmək qərarına gəlib. Belə ki, Nikol Paşinyan “Vətəndaş sazişi” partiyasının üzvü olmayan bütün məmurları tez bir zamanda vəzifədən uzaqlaşdırmağı tapşırıb. O hesab edir ki, partiyanın ideyalarını bölüşməyən və bitərəf qalmağa davam edən bütün məmurlar mümkün qədər tez vəzifədən uzaqlaşdırılmalıdırlar. “Bu, bütün sahələrə – səhiyyəyə, idmana, təhsilə, o cümlədən orta məktəblərə, hətta uşaq bağçalarında rəhbər vəzifə tutan rəhbər şəxslərə aiddir”, – mənbə bildirib. Mənbə xatırladıb ki, bu günlərdə İrəvanda 11 uşaq bağçasının direktorunun işdən çıxarılması da məhz N.Paşinyanın kadr siyasətinin tərkib hissəsidir.…

Read More
Dünya 

Son altı ilin ən güclü maqnit qasırğası olacaq

Dekabrın 16-da son altı ilin ən güclü maqnit qasırğası gözlənilir. Məlumata görə, buna səbəb Günəşdə baş verən güclü partlayışlardır. Qeyd edək ki, artıq bir çox insanlar Yerin maqnit sahəsində əmələ gələn təbəddülatı hiss etməyə başlayıblar. Bu özünü fərqli simptomlarla – başağrıları, qan təzyiqinin dəyişməsi və müxtəlif xəstəliklərin güclənməsi ilə büruzə verib. Mənbə: mir24.tv

Read More
Dünya 

İranda terror aktı: 10-dan çox polis öldürüldü – VİDEO

Bu gün səhər saatlarında bir qrup silahlı şəxs İranın cənub-şərqində yerləşən Rask şəhərində polis idarəsinə hücum edib. Nəticədə 12 polis əməkdaşı öldürülüb. Polislərin öldürülməsi barədə məlumatı İranın Sistan və Bəlucistan əyalətinin qubernatorunun müavini də təsdiq edib. Hadisədən dərhal sonra “Ceyş əl-Zalm” terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Mənbə: Tasnim

Read More
Dünya 

Yaponiya Ermənistan şirkətinə sanksiya tətbiq edib

Yaponiya Rusiyanın 57 şirkətinə qarşı yeni sanksiyalar paketi tətbiq edib. Sanksiyalar BƏƏ-dən iki, Ermənistandan bir, Suriyadan bir və Özbəkistandan iki şirkətə şamil ediləcək. Bundan əlavə, Yaponiya Rusiyaya məhdudiyyətlərdən yayınmağa kömək edən xarici şirkətlərə qarşı da sanksiyalar tətbiq edəcək. Məhdudiyyətlər sənaye, aviasiya, müdafiə, gəmiqayırma və tədqiqat müəssisələrini əhatə edir. Mənbə: TASS

Read More
Dünya 

Putin süni intellektlə öz oxşarının sualını cavablandırdı – VİDEO

Neyro-Putin Rusiya Prezidenti Vladimir Putindən neçə oxşarı olduğunu və süni intellektin hansı təhlükələr yaratdığını soruşub. ARANTV.AZ-ın məlumatına görə, sual “deep fake” texnologiyasından istifadə edən Sankt-Peterburq Dövlət Universitetinin tələbəsi tərəfindən Rusiya Prezidenti Vladimir Putinə bu gün keçirdiyi illik mətbuat konfransında verilib. Bununla bağlı yayımlanan kadrlarda Putinin ekrana təəccüblə baxaraq sualı zarafatla cavablandırdığı görünür. “Görürəm ki, mənə oxşayırsınız və mənim səsimlə danışa bilirsiniz. Ancaq düşündüm və qərar verdim ki, mənim kimi yalnız bir nəfər ola və danışa bilər – bu mənəm. Bu zarafatı əvvəllər bir nəfər etmişdi”, – deyə prezident bildirib. Sonra…

Read More
Dünya 

ABŞ-nin birinci xanımının Milad paylaşımı böyük maraq doğurub – VİDEO

Co Baydenin həyat yoldaşı Cill Baydenin paylaşdığı Milad videosu izləyicilərini dəhşətə gətirib. İstifadəçilər videoya “Bu, Baydenin Ağ Evindəki ruhi xəstələr üçün Milad bayramıdır” kimi  şərhlər yazıblar. Bunu axmaq və qrotesk adlandırıblar. Həmçinin onun əsasında müxtəlif memlər dərc ediblər. Bundan başqa, şərhlərdə istifadəçilər keçmiş birinci xanım Melaniya Trampı işarə ediblər və ondan Baydenin həyat yoldaşına kömək etməsini xahiş ediblər. İnsanlar onun videosunu zərif və dəbli kimi xatırlayıblar. Mənbə: Ura.ru

Read More