Dünya 

Danimarkada terror aktları hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Danimarka Polisinin Təhlükəsizlik Xidməti (PET) bir neçə ərazi dairəsinin yerli polisi ilə birgə əməliyyat keçirib və bu əməliyyat zamanı terror aktları hazırlamaqda şübhəli bilinən bir neçə nəfər saxlanılıb. Bu barədə Kopenhagen polisi məlumat yayıb. Press-relizdə əməliyyatın neçə ərazi dairəsində keçirildiyi və saxlanılanların sayı barədə məlumat verilmir. Bu barədə daha ətraflı məlumat Təhlükəsizlik Xidmətinin rəhbərliyi və Kopenhagen polisinin nümayəndələrinin iştirakı ilə keçiriləcək mətbuat konfransında veriləcək. Mənbə: TASS

Read More
Dünya 

Türkiyə parlamentində çıxışı zamanı huşunu itirən deputat öldü – VİDEO

Ötən gün Türkiyə parlamentində çıxışı zamanı huşunu itirərək yıxılan Səadət Partiyasının deputatı Hasan Bitmez müalicə olunduğu xəstəxanada vəfat edib. Bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. O qeyd edib ki, həkimlərin bütün səylərinə rəğmən Hasan Bitmezin həyatını xilas etmək mümkün olmayıb. Mənbə: TRT Haber

Read More
Dünya 

SSRİ-də rəngli televiziyanın yaradıcısı vəfat edib – FOTO

Sovet İttifaqı dövründə rəngli televiziyanın yaradıcılarından biri olan Abram Şenderoviç 97 yaşında vəfat edib. Bu barədə onun kuratoru Konstantin Andreyev məlumat verib. O qeyd edib ki, dekabrın 14-də səhər saatlarında A.Şenderoviçin evinə təcili tibbi yardım çağırılıb. Lakin həkimlər hadisə yerinə gələnə qədər Şenderoviç artıq həyatını itirib.   Mənbə: İzvestiya

Read More
Dünya 

Fransızlar baş nazirdən narazıdırlar: Əvəz edilməsini istəyirlər

Fransa əhalisinin üçdə ikisi Baş nazir Elizabet Bornun öz postundan getməsini istəyir. Bu nəticəni BVA tədqiqat mərkəzinin sorğusu göstərib. Hazırda respondentlərin 66 faizi prezidentin baş naziri əvəz etməsini istəyib. Yayda isə bu rəqəm 60 faizdən yuxarı olmayıb. “Milli Birlik” Partiyasının tərəfdarları bu mövqedə ön sıralardadırlar. Onların 83 faizi baş nazirin getməsini istəyir. Solçu partiyaların tərəfdarları arasında respondentlərin 71 faizi oxşar fikirdədir. Elizabet Bornun fəaliyyətinin təsdiqlənməsi reytinqi 30 faiz təşkil edib. Fransa Prezidenti Emmanuel Makronun reytinqi isə 32 faizdir. Mənbə: Rossiyskaya gazeta

Read More
Dünya 

Venesueladan dəhşətli görüntülər: Yük maşını tıxacda qalan maşınlara çırpıldı, yol alova qərq oldu – VİDEO

Venesuelada baş verən yol-nəqliyyat qəzasında azı 18 nəfər həlak olub. Məlumata görə, hadisə Karakas yaxınlığındakı magistral yolda baş verib. Yük maşını sürücüsü idarəetməni itirib və tıxacda qalan bir neçə avtomobilə çırpılıb. Ən azı 17 avtomobilə ziyan dəyib. Hadisə yerində güclü yanğın başlayıb. İlkin məlumata görə, qəza nəticəsində azı 18 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib. Səlahiyyətlilər hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıblar. Mənbə: rg.ru

Read More
Dünya 

Qazaxıstanda güclü şaxta və çovğun insanları yollarda qoyub – VİDEO

Qazaxıstan son illərin ən sərt hava şəraiti ilə üz-üzə qalıb. Xüsusilə, Qazaxıstanın Türküstan əyalətində qar və şiddətli külək həyatı iflic edib, insanlar yollarda qalıblar, avtomobillər hərəkət edə bilməyib. Əyalətin fövqəladə hallar xidmətinin əməkdaşları insanlara yardım etmək üçün magistral yollara cəlb olunublar. Son məlumata görə, Türküstan əyalətinin 12 rayonu ilə əlaqə tamamilə kəsilib. Mənbə: Otyrar.kz

Read More
Dünya 

İrəvanda polis əməkdaşları ilə Azərbaycanın qaytardığı hərbçilərin yaxınları arasında dava düşüb – VİDEO

Ermənistanın paytaxtı İrəvanda polis əməkdaşları ilə Azərbaycan tərəfindən geri qaytarılan hərbçilərin qohumları arasında əlbəyaxa dava düşüb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, Ermənistana qaytarılan və Muratsan hərbi hospitalında tibbi müayinədən keçən hərbçilərin yaxınları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında dava düşüb. Hadisənin səbəbləri və xəsarət alanlar barədə məlumat verilmir. Xatırladaq ki, dekabrın 13-də Azərbaycan-Ermənistan şərti sərhədinin Qazax rayonu ərazisindəki hissəsində Azərbaycan və Ermənistan qarşılıqlı əsasda hərbi personalın mübadiləsi həyata keçirilib. Mübadilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş Nazirinin Aparatı arasında aparılan danışıqların yekunlarına əsasən baş tutub. Müqaviləyə əsasən, Azərbaycan erməni…

Read More
Dünya 

Hindistanda naməlum şəxs parlamentin iclasını pozdu – ANBAAN VİDEO

Yeni Delhidə naməlum şəxs Hindistan parlamentinin aşağı palatasının iclasını pozub. Qeyd olunub ki, o, qonaqların əyləşməsi üçün nəzərdə tutulan zaldan iclasın keçirildiyi ünvana daxil olub və qışqırmağa başlayıb. Artıq həmin şəxs və daha bir nəfər saxlanılıb. Hələlik hadisənin motivi barədə məlumat verilmir. Mənbə: RİA Novosti

Read More
Dünya 

Türkiyədə ovuc içi boyda yeni PUA təqdim olunub – FOTO

Türkiyə Müdafiə Sənayesi İdarəsi kiçikölçülü pilotsuz uçuş aparatı (PUA) hazırlayıb. Məlumata görə, yeni texnika 100-150 qram ağırlığında, ovuc içi boydadır. Qeyd edək ki, HİRO adlanan PUA təkərləri ilə quruda hərəkət edir, fırlanan qanadları ilə uçma qabiliyyətinə malikdir. Onun gövdəsində mikro pilotsuz uçuş aparatı olan “bala dron” var.   Mənbə: Anadolu

Read More
Dünya 

Qazaxıstanlı oliqarx və dövlət qulluqçuları qeyri-qanuni yolla qazandıqlarını dövlətə qaytarıblar – VİDEO

Qazaxıstanlı oliqarxlar və dövlət qulluqçuları qeyri-qanuni yolla qazandıqları pulları könüllü olaraq dövlətə qaytarıblar. “Bütün məbləğ, təxminən bir trilyon tenge (3 782 080 144 manat) – əmlak, səhmlər, istiqrazlar, binalar – hər şey könüllü olaraq qaytarıldı”, – deyə baş nazirin müavini Erulan Jamaubayev bildirib. Məcburi geri qaytarma prosesi bilavasitə reyestrə daxil edilmiş şəxslərlə həyata keçirilir. Qeyd edək ki, bu ilin iyul ayından ölkədə qanunsuz əldə edilmiş əmlakın qaytarılması haqqında qanun qüvvəyə minib və Baş Prokurorluq yanında ayrıca komitə yaradılıb. Mənbə: Sputnik Qazaxıstan

Read More