Dünya 

Avstraliyada təyyarə qəzaya uğrayıb, ölənlər var – FOTO

Avstraliya qitəsinin şərqində yüngülmotorlu təyyarə qəzaya uğrayıb. Məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan iki nəfər həlak olub. Departamentin qeyd etdiyi kimi, təyyarə Brisbendən 350 km cənub-qərbdə yerləşən Lilidayl ərazisində qəzaya uğrayıb. Polis əməkdaşları, eləcə də dövlət təcili yardım və fövqəladə hallar xidmətinin əməkdaşları hadisə yerindədirlər. Qəzaya səbəb təyyarənin elektrik xətti ilə toqquşması olub.   Mənbə: TASS

Read More
Dünya 

Pakistanda partlayış nəticəsində ölən polislərin sayı 23-ə çatıb – YENİLƏNİB

Pakistanın Hayber-Paxtunxva əyalətində törədilən partlayış nəticəsində həyatını itirən təhlükəsizlik qüvvələrinin sayı 23 nəfərə çatıb. Yerli KİV-in məlumatına görə, polislər arasında ölüm sayının çox olmasının əsas səbəbi kamikadzenin özünü polis bölməsinin qarşısında partlatması ilə əlaqədardır. Qeyd edək ki, terror aktına görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb. 10:48 Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində törədilən partlayış nəticəsində azı dörd polis həyatını itirib. Xəbəri yayan mənbə yazır ki, həmin əyalətin Dera İsmayıl Xan rayonunda həyata keçirilən növbəti terror aktı nəticəsində isə 28 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror…

Read More
Dünya 

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yeni prezidenti seçilib

Amerikalı Keyt Forbs Beynəlxalq Qızıl Xaç (BQXC) və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yeni prezidenti seçilib. Bu barədə qurumun rəsmi saytında xəbər verilib. Bildirilir ki, Forbs bu vəzifəni tutan ikinci qadın olub. “Onun rəhbərliyinin əsas diqqət mərkəzində iqlim dəyişikliyi və miqrasiya ilə bağlı aktual problemlərin həlli olacaq. Yerli həllər və icmanın səlahiyyətlərinin artırılması onun gündəmində birinci yerdədir”, – deyə xəbərdə qeyd olunub. Forbs 40 ildən artıqdır ki, BQXC şəbəkəsində işləyir. O, öz fəaliyyətinə könüllü kimi başlayıb, lakin Amerika Qızıl Xaç Cəmiyyətinin Direktorlar Şurasının sədr müavini və Milli Könüllülər Şurasının sədri vəzifəsinə…

Read More
Dünya 

Türkiyə daxili işlər naziri paylaşım etdi: Eyni vaxtda 10-larla cinayət təşkilatı çökdürüldü – VİDEO

Türkiyədə 37 bölgədə eyni vaxtda həyata keçirilən “Kafes-18” əməliyyatı çərçivəsində çox sayda cinayətkar qrup çökdürülüb. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında açıqlama verib. “37 vilayətdə eyni vaxtda keçirilən “Kafes-18” əməliyyatı çərçivəsində 9-u milli və yerli mütəşəkkil cinayət təşkilatı, 30-u isə bu təşkilatları silah və materiallarla təmin edən cinayətkar qrup olmaqla ümumilikdə 39 mütəşəkkil cinayət strukturu çökdürülüb. Mütəşəkkil cinayətkar təşkilatın rəhbərləri ilə birlikdə 257 şübhəli şəxs ələ keçirilib”, – deyə Ali Yerlikaya bununla bağlı paylaşımda qeyd edib. Mənbə: Haber Global

Read More
Dünya 

Moskva hava limanlarında 20-dən çox reys təxirə salınıb

Rusiya paytaxtının aeroportlarında gecikmələr və ləngimələr qeydə alınıb. Məlumata görə, paytaxtın Vnukovo hava limanında səkkiz reys ləngiyib və ikisi ləğv edilib, Domodedovoda 12 reys ləngiyib, daha üç reys təxirə salınıb, Şeremetyevoda isə dörd reys ləngiyib. Eyni zamanda, Moskva yaxınlığındakı Jukovskidə ləğv edilmiş və ya ləngimiş reyslər yoxdur. Qeyd edək ki, Moskvadan Bakıya uçuşlarda problem olmayıb. Mənbə: gazeta.ru

Read More
Dünya 

Danimarka səfiri Rusiya XİN-ə çağırılıb

Danimarkanın Moskvadakı səfiri Yakob Henningsen xarici şirkətlərin Rusiyadakı fəaliyyəti ilə bağlı ölkə mətbuatında yayılan təxribat xarakterli bəyanatlara görə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya diplomatik departamentinin məlumatında deyilir. Səfirə bildirilib ki, Danimarkanın rəsmi nümayəndəsinin Rusiya iqtisadiyyatına və hüquqi bazasına dair dəyəndirmələri ehtiva edən bəyanatları qəbuledilməzdir və Kopenhagen tərəfindən Rusiyanın daxili işlərinə müdaxilə ilə sərhəddir. “Rusiyadakı xarici şirkətlərin, o cümlədən Danimarka şirkətlərinin işinə əsas zərər Aİ və ABŞ-nin anti-Rusiya sanksiyaları ilə bağlıdır”, – deyə bəyanatda vurğulanıb. Mənbə: TASS

Read More
Dünya 

İsveçrədə silahlı hücum: Ölənlər var

İsveçrənin cənub-qərbindəki Sion şəhərində naməlum silahlı şəxs iki fərqli məkanda insanlara atəş açıb. Silahlı hücum nəticəsində iki nəfər həyatını itirib, daha bir nəfər yaralanıb. Hüquq mühafizə orqanlarından bildirilib ki, hələlik qanlı olayın motivləri məlum deyil. Cinayətkar isə hadisə yerindən qaça bilib. İlkin araşdırma nəticəsində məlum olub ki, cinayətkar öz qurbanlarını tanıyıb və onları bir müddət izləyib. Hələlik hadisənin digər təfərrüatı məlum deyil. Mənbə: ArcInfo

Read More
Dünya 

Rusiyada ac ayı qəsəbəyə enib itlərin yeməklərini oğurladı – VİDEO

Rusiyanın İrkutsk vilayətinin Nevon qəsəbəsində ayı küçələrdə gəzərək itlərin qidalanması üçün qoyulan ərzaqları oğurlayaraq yeyib. Hadisənin şahidi olan qəsəbə sakinlərindən biri bunu çəkərək sosial şəbəkələrdə paylaşıb. Polis hadisədən xəbər tutan kimi qəsəbə ərazisində təhlükəsizliyi təmin etmək məqsədilə patrul xidmətləri təşkil edib. Mənbə: RİA Novosti

Read More
Dünya 

Türkiyə və Yunanıstan birgə hərbi təlimlər keçirəcək

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankara və Afinanın qarşılıqlı münasibətlər çərçivəsində birgə hərbi təlimlər keçirəcəklərini açıqlayıb. O, bu barədə Türkiyə telekanallarından birinə verdiyi müsahibəsində deyib. Yaşar Gülər Yunanıstan müdafiə naziri Nikos Dendiasın Türkiyəyə səfər edəcəyini də açıqlayıb. “Səfərin gələn ilin fevral-mart ayında gerçəkləşdirilməsi planlaşdırılır”, – deyə Türkiyənin milli müdafiə naziri qeyd edib. Mənbə: Ntv.com.tr

Read More
Dünya 

Türkiyədə daha bir xarici ölkənin nazirinin oğlu qəza törətdi: Ağır yaralı var – FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərində Yəmənin keçmiş müdafiə nazirinin oğlu Musaid Husseyn avtomobili ilə qəza törədib. İddialara görə, Musaid Husseynin idarə etdiyi avtomobil yolu keçmək istəyən iki nəfəri vurub. Hadisə nəticəsində 71 yaşlı Pakize Özer adlı şəxs ağır yaralanıb. Qəza anı ərazidə yerləşən iş yerlərindən birinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Təcili yardımla xəstəxanaya aparılan Pakize Özerin həyati təhlükəsinin davam etdiyi bildirilib. Nazirin oğlu Musaid Husseyn isə nəzarətə götürülüb. Avtomobilin sərnişin oturacağında Yəmənin keçmiş müdafiə naziri Ahmed Musaid Husseynin də olduğu üzə çıxıb. Musaid Husseyn polis idarəsində aparılan prosedurlardan sonra məhkəməyə sövq…

Read More