Dünya 

Hindistanda “Miçaunq” qasırğası nəticəsində azı 17 nəfər ölüb – VİDEO

Hindistanın cənub-şərqindəki Tamil Nadu ştatında “Miçaunq” qasırğası nəticəsində azı 17 nəfər ölüb. Məlumata görə, fəlakətin ən çox tüğyan etdiyi Çennay əyalətində insanların çoxu alçaq ərazilərdə boğulma və elektrik naqillərinin qırılması nəticəsində elektrik cərəyanı vurması üzündən ölüb, bir neçə nəfər xilas edilib. Qeyd edək ki, qasırğa güclü külək və leysanla müşahidə olunub ki, bu da Çennay və onun ətrafındakı ərazilərdə həyatı iflic vəziyyət gətirib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, son iki gündə şəhərə 330 mm-dən çox yağıntı düşüb. Ölənlərin sayında artım gözlənilir. Mənbə: TASS

Read More
Dünya 

Putin BƏƏ-də səfərdədir – VİDEO

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başlayıb. Bir neçə dəqiqə əvvəl V.Putinin təyyarəsi BƏƏ paytaxtı Əbu-Dabinin hava limanına enib. Qeyd edək ki, Putin Əbu-Dabidə BƏƏ rəhbərliyi ilə görüşəndən sonra Səudiyyə Ərəbistanına səfər edəcək. Mənbə: RİA Novosti

Read More
Dünya 

Zaxarova: “Qərb ermənilərə oyuncaq zirehli maşınlar soxuşdurur” – VİDEO

“Qərbin aldatmaq bacarıqlarına dair çoxlu nümunələr var. Heç istəmirəm ki, erməni xalqı bir daha guya onların dostu olan qərbli “dostları” tərəfindən aldadılsın”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün keçirilən brifinqdə News.ru agentliyinin müxbirinin Ermənistanın Qərblə hərbi-texniki sahədə əməkdaşlığına, Fransanın İrəvana “Bastion” zirehli texnikası tədarük etməsinə dair ünvanladığı suala cavab olaraq olaraq deyib. Fikrini davam etdirən M.Zaxarova vurğulayıb ki, Fransanın Ermənistana verdiyi “Bastion”lar qeyri-likvid hərbi texnikadır. Rusiyalı diplomat qeyd edib ki, Qərb ermənilərə qəlp, oyuncaq zirehli maşınlar soxuşdurur. “Əgər Ermənistanda indiki hakimiyyətə bağlı olan KİV…

Read More
Dünya 

Sabah İbrahim Rəisi Moskvaya səfər edəcək

Dekabrın 7-də İran Prezidenti İbrahim Rəisi Rusiyaya səfər edəcək. Rusiya mətbuatı yazır ki, səfər çərçivəsində İbrahim Rəisi ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında təkbətək görüş baş tutacaq. Qeyd olunur ki, İbrahim Rəisi ilə Vladimir Putin əsasən İran və Rusiya arşındakı ikitərəfli münasibətləri, həmçinin hazırda davam edən İsrail HƏMAS qarşıdurmasını müzakirə edəcəklər. Mənbə: TASS

Read More
Dünya 

Pakistan və Əfqanıstan arasında sərhəd qapısı bağlandı – FOTO

Pakistan və Əfqanıstan arasındakı “Torkham” sərhəd qapısı bağlanıb. Buna səbəb yeni sərhəd qapısının inşa edilməsi ilə bağlı müzakirələr olub. Adının açıqlanmasını istəməyən Pakistan rəsmisi bununla bağlı açıqlamasında İslamabadın “Torkham” sərhəd qapısı yaxınlığında yeni bir sərhəd qapısı inşa etdiyini bildirib. “Əfqan “Taliban”ı “Pakistana xoş gəlmişsiniz” yazısına etiraz etdi”, – deyə qeyd edib. Rəsminin verdiyi məlumata görə, hər iki ölkənin sərhəddəki təhlükəsizlik qüvvələri arasında baş verən sözlü atışmalarından sonra “Torkham” sərhəd qapısı sərnişinlər və nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb. Digər tərəfdən, rəsmi nümayəndə qeyri-qanuni əfqan mühacirlərin Pakistandan deportasiyasının davam edəcəyini vurğulayıb.   Mənbə:…

Read More
Dünya 

Ərdoğan Yunanıstana səfər edəcək: 20 müqavilə imzalanacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Afinaya səfər edəcək. Türkiyə liderinin səfər proqramına Yunanıstan Prezidenti Katerina Sakellaropoulou və baş nazir Kiriakos Mitsotakis ilə görüşlər daxildir. Sonra iki ölkənin Əməkdaşlıq Şurasının plenar iclası olacaq. Tərəflərin miqrasiya məsələsi də daxil olmaqla ən azı 20 saziş imzalaması planlaşdırılır. Qeyd edək ki, bu, son yetmiş ildə Yunanıstana Türkiyə tərəfindən dövlət başçısı səviyyəsində ikinci səfər olacaq (birinci səfəri də 2017-ci ildə Ərdoğan gerçəkləşdirib). Türkiyə lideri bütün fikir ayrılıqlarına baxmayaraq, iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaq arzusunda olduğunu bildirib. Yunanıstan polisi artıq ictimai təhlükəsizlik…

Read More
Dünya 

Ermənistanla İran Araz çayı üzərində yeni körpü tikmək istəyirlər

Ermənistanla İran Araz çayı üzərində yeni körpü layihəsi üzərində işləyirlər. Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan məlumat verib. O qeyd edib ki, hazırda mütəxəssislər yeni körpünün inşası ilə bağlı texniki-iqtisadi araşdırmalar aparırlar. “Layihələndirmə zamanı hazırda işləyən körpünün parametrləri, xüsusilə onun tutumu nəzərə alınacaq”, – deyə Kristina Qaleçyan əlavə edib. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Ümumdünya Meteorologiya Təşkilatı 2011-2020-ci illəri ən isti onillik adlandırıb

Tarix ərzində müşahidə edilən ən isti onillik 2011-ci ildən 2020-ci ilə qədər olub. Bu barədə Ümumdünya Meteorologiya Təşkilatı məlumat yayıb. “Parnik qazlarının konsentrasiyalarının davamlı artması quruda və okeanda rekord temperaturlara, həmçinin buzların əriməsi və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olub”, – deyə təşkilatın saytındakı bəyanatda qeyd olunub. “Qlobal İqlim 2011-2020: Sürətlənmə Onilliyi” adlı hesabatda bildirilib ki, son on ildə baş verən ekstremal hadisələr ərzaq təhlükəsizliyi, əhalinin yerdəyişməsi və miqrasiyaya dağıdıcı təsir göstərib. Ekspertlərin fikrincə, onlar milli inkişafa və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq yolunda irəliləyişlərə mane olublar. Sənəddə qeyd olunub ki, son 10…

Read More
Dünya 

Planetimizlə bağlı həyəcan: Yerin temperatur həddini keçmək üçün SON TARİX

Beynəlxalq iqlimşünaslar qrupu temperaturun sənayedən əvvəlki səviyyələrdən 1,5 dərəcə selsi həddini keçməsi üçün ehtimal olunan vaxt çərçivəsini açıqlayıb. “Earth System Science Data” jurnalında dərc olunan araşdırmaya görə, bu, mədən yanacaqlarından karbon dioksid emissiyaları artmağa davam etdiyi üçün yeddi il ərzində baş verə bilər. Alimlərin fikrincə, 2002-ci ildə qalıq yanacaqların yandırılması nəticəsində karbon qazı ilə çirklənmə 1,1 faiz artıb. Qlobal temperaturun yüksəlməsinin 2030-cu ilə qədər Paris Sazişinin 1,5 dərəcə selsi həddini aşması ehtimalı təxminən 50 faizdir. Lakin digər parnik qazlarının təsiri ilə bağlı bu dövrlə bağlı qeyri-müəyyənlik var. Paris Sazişinə əsasən, artımın…

Read More
Dünya 

Filippin sahillərində daha bir güclü zəlzələ baş verib

Filippin sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Verilən məlumata görə, yeraltı təkanların episentri təxminən 29 min nəfər əhalisi olan Tandaq şəhərindən 74 km şərqdə yerləşib. Zəlzələnin ocağı 35 km dərinlikdə yerləşib. İtki və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Xatırladaq ki, dekabrın 2-də Filippində 7,4 bal gücündə zəlzələ baş verib. Bundan sonra ölkənin cənub-şərqində, eləcə də Yaponiyada sunami təhlükəsi elan edilib. Bundan əlavə, seysmoloqlar maqnitudası üç ilə 5,6 arasında dəyişən ən azı 14 yeraltı təkan qeydə alıblar. Mənbə: TASS

Read More