Dünya 

Həştərxanda yaşayış binası uçub: Ölən var – VİDEO

Həştərxanda beşmərtəbəli yaşayış binasının bir hissəsi uçub. Hadisə axşam saatlarında baş verib. Xilasedicilər hadisə yerindədir. İnsidentlə bağlı xüsusi gərargah yaradılıb. Məlumata görə, dağıntılar altında bir yaşlı qadın qalaraq ölüb. Bildirilir ki, uçquna səbəb evin bir hissəsinin bünövrəsini çirkab suların yumasıdır. Mənbə: lenta.ru

Read More
Dünya 

Qəzza zolağının gələcəyi ilə bağlı ABŞ və İsrail arasında fikir ayrılıqları artmaqdadır

ABŞ administrasiyasının rəsmiləri HƏMAS-a qarşı hərbi hücumun gedişi və iki ölkənin Qəzzanın gələcəyini necə təsəvvür etməsi ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti ilə getdikcə daha çox fikir ayrılığına düşüblər. “Biz onların (israillilərin) mülki itkiləri azaltmaq üçün mümkün olan hər şeyi etməməsindən narahatıq”, – deyə ABŞ administrasiyasının rəsmilərindən biri bildirib. Bundan əlavə, qeyd olunur ki, İsrail hərbi hücumunu başa vurduqdan sonra Fələstin anklavını kimin idarə edəcəyi sualı ətrafında fikir ayrılığı yaranır. ABŞ və İsrail özlərini birləşmiş cəbhə olaraq ictimaiyyətə təqdim etməyə çalışsalar da, Netanyahunun keçən həftə İsrailin qeyri-müəyyən müddətə…

Read More
Dünya 

Azərbaycan mobil internetin orta sürətinə görə reytinqdə neçəncidir?

Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 182 ölkə arasında 30,48 MB/S sürətlə 121-ci yerdə qərarlaşıb. Bu göstərici üzrə Azərbaycan sentyabr ayı ilə müqayisədə iki pillə geriləyib. Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (264,15 MB/S), axırıncı yeri isə Kuba (2,19 MB/S) tutub. Məlumata görə, Azərbaycan sentyabrda mobil internetin sürətinə görə isə 142 ölkə arasında 45,70 MB/S sürətlə 55-ci yerdə qərarlaşıb. Bu isə avqusta nisbətən 1 pillə irəliləmə deməkdir. Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (269,41 MB/S), sonuncu – 142-ci yeri isə Kuba (3,33 MB/S) tutub. Bundan başqa, oktyabrda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə geriləyərək 46,45…

Read More
Dünya 

Türkiyədə metro qatarı relsdən çıxıb, divara çırpıldı – FOTO/VİDEO

Türkiyənin İzmir şəhərində metro qəzası baş verib. Bu barədə İzmir Böyükşəhər Bələdiyyəsi açıqlama verib. Bildirilir ki, qatarın son vaqonu “Sanayi” stansiyasının girişində relsdən çıxaraq platformanın divarına çırpılıb. “Ən böyük sevincimiz odur ki, xəsarət alan olmayıb. Qəzanın səbəblərini müəyyən etmək üçün texniki araşdırmalara başlanılıb”, – deyə bələdiyyədən bildirilib.   Mənbə: İzgazete.net

Read More
Dünya 

Britaniya nəşri yazdı: İsrail Müdafiə Qüvvələri hərbi əməliyyatı dayandıra bilər?

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında “Əş-Şifa” xəstəxanasına nəzarəti ələ keçirdikdən sonra hərbi əməliyyata fasilə verə bilər. Bu barədə Britaniyanın “Financial Times” nəşri İsrail və onun qərb tərəfdaşları arasında danışıqların gedişatı ilə tanış olan mənbəyə istinadən məlumat verib. Nəşrin həmsöhbətinin sözlərinə görə, İDF bu imkanı nəzərdən keçirir və götürdüyü fasilədən xəstəxanadakı insanların dindirilməsi, logistikanın optimallaşdırılması üçün istifadə edə bilər. Bundan sonra isə əsas diqqətini Qəzza şəhərinin mərkəzi və şərq hissəsindəki əməliyyatlara yönəldə bilər. Nəşr qeyd edib ki, fasilədən, həmçinin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün…

Read More
Dünya 

Xarici jurnalistlər “Əş-Şifa” xəstəxanasına buraxılıblar – VİDEO

İsrail hərbçiləri Qəzza zolağında hərbi texnika və silahların aşkar etdikləri “Əş-Şifa” xəstəxanasına xarici jurnalistləri buraxıblar. Məlumata görə, jurnalistlər arasında Fox News kanalının müxbiri Trey İnqst də olub. O, tibb mərkəzində çəkilmiş üç video, o cümlədən İsrail hərbçilərinin silahların tapıldığı MRT otağını əks etdirən video yayımlayıb. Qeyd edək ki, İsrail ordusu çərşənbə günü Fələstin HƏMAS hərəkatının əsas komanda qərargahının yerləşdiyi “Əş-Şifa” xəstəxanasına hücuma başlayıb. İsrail, həmçinin bildirib ki, tibb mərkəzinin altında bir neçə yeraltı kompleks və 200-ə yaxın radikalın gizləndiyi tunel və 7 oktyabr hücumunda oğurlanan girovlar saxlanılır. Mənbə: TASS

Read More
Dünya 

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Yaxın Şərqdəki münaqişə fonunda İranın neft və qaz sektoruna qarşı yeni sanksiyalar hazırlayır. Bu barədə ABŞ Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hoxşteyn deyib. “Biz bu sanksiyaları tətbiq edəcəyik”, – deyə o bildirib və əlavə edib ki, İrandan neft ixracı bir gündə bir milyon bareldən çoxdur. Onun fikrincə, sanksiyalar səbəbindən bu “rəqəmlər azalacaq”. Xatırladaq ki, İran oktyabrın 7-də İsrailə hücum edən Fələstinin Həmas qruplaşmasını, həmçinin daha sonra İsrail ərazilərini atəşə tutmağa başlayan Livan “Hizbullah”ını dəstəkləyib. ABŞ İsrailə hərbi yardımlar göstərir. Mənbə: Bloomberg

Read More
Dünya 

Rusiyada qorxunc qəza: Səkkiz məktəbli yaralandı – VİDEO

Rusiyanın Primorye diyarında qorxunc qəza baş verib. Belə ki, məktəb avtobusu xəndəyə aşıb. Bu barədə RF Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, qəza zamanı avtobusda 14 uşaq olub. Hadisə zamanı səkkiz məktəbli xəsarət alıb, onların hamısı xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, 66 yaşlı avtobus sürücüsü idarəetməni itirib. Baş verənlərlə əlaqədar cinayət işi qaldırılıb. Mənbə: RT

Read More
Dünya 

Çinin şimalında baş verən yanğında 19 nəfər ölüb

Çinin şimalındakı Lüylyan şəhərinin Lişi rayonunda yerli kömür müəssisəsinin binasında güclü yanğın baş verib. Məlumata görə, yanğın zamanı 19 nəfər ölüb, 51 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Ümumilikdə xilasedicilər 63 nəfəri təxliyə ediblər. Hazırda ölənlərin dəqiq sayı, eləcə də yanğının səbəbləri müəyyənləşdirilir. Qeyd edək ki, qurbanların axtarışı davam edir. Mənbə: TASS

Read More