Dünya 

ABŞ və Aİ Ermənistanı transatlantik müttəfiqlərə yaxınlaşdırmaq üçün sxem hazırlayır

ABŞ və Avropa İttifaqı Ermənistanın transatlantik müttəfiqlər ilə yaxınlaşmasını istəyir və bunu təmin etmək üçün sxem hazırlayır. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen məlumat verib. “Avropa Komissiyasının sədri Ursula fon der Leyen açıq şəkildə bəyan etdi ki, o, Ermənistanı icmamıza yaxınlaşdırmaq məqsədi ilə bizimlə və Ermənistanla görüş keçirmək niyyətindədir. Mən bunu bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla müzakirə etmişəm. Paşinyan və biz bunu necə edə biləcəyimizi öyrənirik”, – diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edərkən deyib.…

Read More
Dünya 

Zaxarova Ermənistanın Roma Statutunu ratifikasiya etməsinin səbəbini izah edib – VİDEO

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsini ratifikasiya edərkən Ermənistan müstəsna olaraq siyasi motivləri rəhbər tutub. Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinq zamanı NEWS.ru-nun sualını cavablandırarkən deyib. Diplomat qeyd edib ki, Moskva İrəvana Roma Əsasnaməsini ratifikasiya etmədən BCM mexanizmlərindən istifadə etməyi təklif edib, lakin erməni tərəfi kompromis yollarına məhəl qoymayıb. “Bütün xəbərdarlıqlara rəğmən, xüsusən də Qərbin BCM vasitəsilə ölkəmizin rəhbərliyinə və məmurlarına qarşı başlatdığı anti-Rusiya siyasəti fonunda İrəvan sırf siyasi motivlərlə sənədi ratifikasiya etmək qərarına gəlib. Əgər İrəvan öz əlləri ilə yaradılmış problemlərin həllində maraqlıdırsa, o zaman, fikrimizcə,…

Read More
Dünya 

Paşinyan: “KTMT Ermənistanda öz məsuliyyət sahəsini müəyyənləşdirməkdən imtina edir”

“İrəvan KTMT tədbirlərində iştirak etməməklə qurumdan çıxmaq üçün zəmin hazırlamır”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında deyib. “Biz müxtəlif səbəblərdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu tədbirlərində iştirak etməmək qərarına gəldik. Mən heç nəyə zəmin hazırlamıram, bu zəmin ya var, ya da yoxdur”, – o, müxalifətçi deputatın KTMT-dən çıxmağa mümkün hazırlıqlarla bağlı sualını cavablandırıb. Ermənistan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, İrəvan əsas problemi “KTMT-nin respublikada öz məsuliyyət sahəsini müəyyən etməkdən imtina etməsi” hesab edir. Mənbə: TASS

Read More
Dünya 

Çin sədrinin illər sonra ilk səfəri San-Fransisko küçələrində ajiotaj yaratdı – VİDEO

Çin sədri Si Cinpinin gəlişi ilə əlaqədar San-Fransiskoda (ABŞ) ajiotaj yaranıb. Minlərlə çinli Çin Xalq Respublikasının (ÇXR) liderini görmək üçün şəhərə toplaşıb. Qeyd edək ki, ÇXR sədri son altı ildə ilk dəfə ABŞ-yə gəlib. Təkcə qəbul zalları deyil, bütün şəhər görüşə hazırlaşılıb: küçələr yuyulub, qrafitlərlə bəzədilib, evsizlər və narkomanlar şəhərdən kənarlaşdırılıb. Bu gün Çin sədri Si Cinpinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşü planlaşdırılıb. Mənbə: Ura.ru

Read More
Dünya 

2023-cü ilin sözü AÇIQLANDI

“Kembric” ingilis dili lüğəti “to hallucinate” (hallüsinasiyaya tutulmaq) felini ilin sözü adlandırıb. Mütəxəssislər vurğulayıblar ki, söhbət süni intellektlə bağlı olan bu sözün mənasından – onun yaratdığı yalan informasiyadan gedir. Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın “Collins” ingilis dili lüğəti “süni intellekt”in (insan beyninin funksiyalarının kompüter tərəfindən modelləşdirilməsi) qısaldılmış adı olan Aİ sözünü 2023-cü ilin sözü elan etmişdi. Mənbə: RİA novosti

Read More
Dünya 

Polşa-Ukrayna sərhədində “cəhənnəm”: Sürücünün gözləməkdən öldüyü tıxacdan görüntülər – VİDEO

Polşalı sürücülər üç keçid məntəqəsində Ukraynadan gələn yük maşınlarının hərəkətini əngəlləməkdə davam edirlər. Məlumata görə, Yaqodin, Krakovets və Rava-Ruska istiqamətində 2500-ə yaxın yük maşını var. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, Polşa-Ukrayna sərhədində üç məntəqədə (Korçova-Krakovets, Qrebennoye-Rava-Russkaya, Doroqusk-Yaqodin) aksiya noyabrın 6-dan başlayıb. Etirazçılar Ukrayna sürücüləri üçün nəqliyyat əməliyyatlarına məhdudiyyətlərin bərpasını (vizasız nəqliyyat gediş-gəlişinin ləğvini) tələb ediblər. Polyaklar həm Polşanın daxilinə, həm də üçüncü ölkələrə yük daşıya bilən ukraynalı TIR sürücülərinə görə pullarını və iş yerlərini itirdiklərini bildiriblər. Qeyd edək ki, noyabrın 13-də Ukrayna Polşa ilə sərhəddəki blokadanın…

Read More
Dünya 

Ərzurumda əsrarəngiz təbiət mənzərəsi: Dünyada cəmi iki ölkədə var – FOTO

Türkiyənin Ərzurum vilayətinin təbii gözəllikləri sırasında yer alan Oltu rayonundakı Göy qurşağı təpələri təbiətsevərləri və turistləri heyran qoyur. Bu əsrarəngiz təpələr dünyada nadir təbiət hadisələrindən hesab olunur və oxşarı sadəcə Çindədir. Çinin Qansu bölgəsində “Zhangye Danksia Landform” adlı geoloji park var. 2010-cu ildə UNESСO tərəfindən dünya irsi siyahısına daxil edilən bu park çox sayda turist cəlb edir. Milyonlarla ilin izlərini daşıyan bənzərsiz təpələr günün müxtəlif vaxtlarında günəşin düşmə bucağından asılı olaraq rənglərini dəyişir.   Mənbə: Haber Global

Read More
Dünya 

“Coca-Cola”ya qarşı araşdırma başladıldı

Almaniya Federal Antiinhisar İdarəsi Amerikanın sərinləşdirici içki istehsalçısı “Coca-Cola”ya qarşı ölkə bazarında haqsız rəqabətə yol verilməsi iddiası ilə tədqiqat başladıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə idarənin rəhbəri Andreas Mundtun tənzimləyicinin saytındakı açıqlamasında qeyd olunur. Mundt bildirib ki, artıq müvafiq araşdırmalar başlayıb: “Coca-Cola-nın alman ərzaq pərakəndə satış şirkətlərinə xüsusi qiymət şərtləri, məsələn, endirimlər təklif etməklə, digər şirkətlərin rəqabətli imkanlar əldə etməsinə mane ola biləcəyinə inanmaq üçün əsas var”. İdarə rəhbəri qeyd edib ki, onlar “Coca-Cola”nın pərakəndə satış şirkətlərini konsernin məhsullarının bütün çeşidini almağa və reklam etməyə təşviq edən endirim sisteminin…

Read More
Dünya 

İran parlamentindən gülməli kadrlar – VİDEO

İranda deputatın parlament binasından idman zalı kimi istifadə edərək gündəlik məşq etməsini əks etdirən görüntülər yayılıb. “Azad İran” “Telegram” kanalının məlumatına görə, kadrlarda Təbriz şəhərindən seçilmiş millət vəkili Məsud Pezeşkiyani görüntülənib. Deputatın bu hərəkəti sosial şəbəkələrdə istifadəçilər tərəfindən gülüşlə qarşılanıb.  

Read More