Dünya 

İran parlamentindən gülməli kadrlar – VİDEO

İranda deputatın parlament binasından idman zalı kimi istifadə edərək gündəlik məşq etməsini əks etdirən görüntülər yayılıb. “Azad İran” “Telegram” kanalının məlumatına görə, kadrlarda Təbriz şəhərindən seçilmiş millət vəkili Məsud Pezeşkiyani görüntülənib. Deputatın bu hərəkəti sosial şəbəkələrdə istifadəçilər tərəfindən gülüşlə qarşılanıb.  

Read More
Dünya 

Gürcüstanın hakim partiyası Zurabişvilini prezident adlandırmamaq qərarına gəlib

“Partiya üzvləri Salome Zurabişvilinin statusuna tamamilə məhəl qoymadan, bundan sonra onu prezident adlandırmayacaqlar”. Bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib. “Onun xalqın seçdiyi deputatlar, onu seçən çoxluq tərəfindən legitimliyi yoxdur. Ona görə də biz onu prezident deyil, sadəcə olaraq Salome Zurabişvili… müxalifət siyasətçisi adlandıracağıq”, – deyə Mdinaradze bildirib. Qeyd olunur  ki, bu bəyanat “Gürcü arzusu”nun Zurabişvilinin Avropa dövlətinə hökumətlə razılaşdırılmamış səfəri zamanı Fransanın LCI telekanalına verdiyi müsahibədən narazı qalması fonunda verilib. Xüsusilə, bu müsahibəsində Salome Zurabişvili Çin Prezidenti Si Cinpinin uyğurlara qarşı hərəkətlərinə görə…

Read More
Dünya 

Ermənistan Aİ naminə KTMT-dən çıxmağa hazırdır

Ermənistan Aİ naminə KTMT-dən çıxmağa hazırdır. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sarkis Xandanyanın sözlərindən aydın olub. Ermənistan mediasının məlumatına görə, o bildirib ki, hazırda Ermənistanın KTMT-nin üzvü olaraq qalmaqda davam etməsi avropalı həmkarları arasında o qədər də narazılıq yaratmır. Deputat qeyd edib ki, hazırda Ermənistan KTMT-dən çıxmaq prosesinə başlamayıb, lakin buna baxmayaraq, qərarlar qəbul edilməlidirsə, ola bilsin ki, qəbul olunacaq. Xandanyan, həmçinin Ermənistanın Moskvadakı müzakirələrdə “səmərəsizliyinə görə” iştirak etmədiyini etiraf edib və əlavə edib ki, İrəvanın Avropa İttifaqından konkret gözləntiləri…

Read More
Dünya 

Türkiyədə gəmidən 50 kiloqramdan çox kokain müsadirə edilib – VİDEO

Türkiyənin Aralıq dənizinin Yumurtalık limanında Liberiya bayrağı altında üzən yük gəmisində kokain aşkar edilib. “Adana əyalətinin Yumurtalık limanında keçirilən əməliyyat zamanı Liberiya bayrağı altında üzən “Berge Tore” yük gəmisində iki plastik qabda 45 bağlamada 51 kiloqram 750 qram kokain ələ keçirilib. Kokain yük bölməsində lövbər zəncirlərinə bağlanmış çantalarda tapılıb”, – deyə Türkiyənin daxili işlər naziri Əli Erlikaya bildirib. Qeyd edək ki, narkotik qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində dindirilmək üçün gəminin kapitanı, köməkçiləri və gəmi heyətinin üzvləri də daxil olmaqla 26 nəfər saxlanılıb. Mənbə: Yeni Şafak

Read More
Dünya 

Dünyanın ən bahalı dodaq boyası – Foto

İndiyə qədər yaradılmış ən bahalı dodaq boyası 14 milyon dollar dəyərində olan “H.Couture Beauty” brendinin “Diamond” pomadasıdır. ARANTV.AZ  xarici mətbuata istinadən xəbər verir ki, bu dodaq boyasının istehsalı artıq dayandırılsa da, dünyanın ən dəbdəbəli kosmetikası siyahısında birinci yerdədir. Pomadanın 110 qramlıq korpusu xalis 18 karat qızıldan hazırlanıb və 2500 göy, 1200 çəhrayı brilyantla bəzədilib. Alıcı onun üzərinə öz adını və ya hər hansı yazını həkk edə, həmçinin istifadə etdikdən sonra yenidən doldura biliərdi.

Read More
Dünya 

Paşinyan Lukaşenkoya qərarını bildirdi: “Getməyəcəyəm…”

Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitinə getməyəcək. Bu barədə Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib. “Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edə bilməyəcəyini bildirdi və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini söylədi”, – deyə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan qeyd edib. Mənbə: Erməni KİV

Read More
Dünya 

Poti limanı Fransadan Gürcüstan vasitəsilə Ermənistana hərbi texnikanın çatdırılmasını təsdiqləyib

Gürcüstanın Poti limanı Fransadan Gürcüstan vasitəsilə Ermənistana hərbi texnikanın çatdırılmasını təsdiqləyib. APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “APM Terminals Poti”dən “Azadlıq radiosu”nun yerli xidmətinə bildirilib. “Bu məsələ ilə bağlı vurğulamaq istərdik ki, bu yük Avropa İttifaqı ölkəsindən – Fransadan daxil olub və sanksiya tətbiq edilməyən ölkəyə – Ermənistana yönəlib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən qoyulmuş məhdudiyyətlər olmadığı hallarda, Gürcüstanda və regionda çoxməqsədli liman olan “APM Terminals Poti”nin sanksiya tətbiq edilməmiş yükləri qəbul etməkdən əsassız olaraq imtina etmək imkanı yoxdur”, – deyə limanın açıqlamasında…

Read More
Dünya 

Türkiyə kəşfiyyatı qırmızı kateqoriyada axtarışda olan terrorçunu zərərsizləşdirdi – FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatı qırmızı kateqoriyada axtarışda olan terrorçunu zərərsizləşdirib. PKK/KCK-nın qırmızı kateqoriyasında axtarılan qondarma Kərkük vilayətinin rəisi Remzi Avcı təşkilat tərəfindən İraqın şimalındakı Süleymaniyyə şəhərində zərərsiz hala gətirilib. “Çiya Amed” kod adlı Remzi Avcı Diyarbakırda təhlükəsizlik qüvvələrinə qarşı təşkil edilən aksiyalara görə məsul şəxslərdən biri olub. Avcı da terrora görə axtarışda olanlar siyahısında “Qırmızı kateqoriya”da olub. 1992-ci ildən bu günə qədər Türkiyəyə qarşı birbaşa silahlı fəaliyyətlər həyata keçirən, həm ölkə daxilində, həm də xaricdə dəfələrlə qaçmağı bacaran Avcının bütün fəaliyyəti MİT tərəfindən nəzarətə götürülüb və nəticədə ələ keçirilib.   Mənbə:…

Read More
Dünya 

BMT həlak olan əməkdaşlarına görə bütün dünyada bayraqlarını endirdi – FOTO

Qəzzada həlak olan Birləşmiş Millətlər Təşkilatının 101 əməkdaşının xatirəsinə hörmət əlaməti olaraq BMT-nin bütün dünyada yerləşən ofislərində qurumun bayrağı yarıya qədər endirilib. Bu barədə məlumat təşkilatın rəsmi internet saytında dərc edilib. Məlumatda qeyd olunur ki, BMT yaranandan bəri qurumun 4 300-dən çox cəsur kişi və qadın əməkdaşı müxtəlif vəzifələrinin icrası zamanı həyatını itirib.   Mənbə: Un.org

Read More