Meksikada təbii fəlakət: 50-yə yaxın insan həlak olub – VİDEO
Meksikada “Otis” qasırğası 48 nəfərin həyatına son qoyub. Bu barədə ölkənin İctimai Təhlükəsizlik Nazirliyinin hesabatında deyilir. “48 nəfər ölüb. Akapulko-de-Xuaresdə 43 və beş nəfər Koyuka-de-Benitesdə”, – deyə məlumatda bildirilib. Aralarında 10-u əcnəbi olmaqla daha 16 nəfər itkin düşənlər siyahısındadır. Sosial şəbəkələrdə təbii fəlakətin nəticələri barədə qorxunc görüntülər paylaşılıb. Mənbə: RT
Read More