Dünya 

Türkiyədən bir ilk: Qanadları qatlanan PUA səmaya qalxdı – FOTO/VİDEO

Türkiyənin istehsalı olan və silahla təchiz edilmiş “Bayraktar TB3” pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu uğurlu alınıb. Bu barədə “Bayktar” şirkətinin Mətbuat Xidmətindən məlumat verilib. İlk uçuş Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunub. Verilən məlumata görə, “Bayktar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərliyi altında həyata keçirilən “Bayraktar TB3”ün ilk sınaq uçuşu Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Test Mərkəzində baş tutub. Bu gün, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə iki gün qalmış, saat 8:30-da havaya qalxan “Bayraktar TB3” havada sistem identifikasiya testlərini uğurla tamamlayaraq bir saatlıq uçuş həyata keçirib.  …

Read More
Dünya 

Türkiyədə qırıcıların şousuna hazırlıqdan möhtəşəm görüntülər – FOTO

Oktyabrın 29-da Türkiyədə Cümhuriyyətin qurulmasının 100-cü illiyi keçiriləcək. Bu münasibətlə ölkədə konsertlər və tamaşaların təşkili ilə müxtəlif tədbirlər nəzərdə tutulub. Belə tədbirlərdən biri də qırıcıların şousu olacaq. Bu gün İstanbulda tədbirə hazırlıq çərçivəsində məşqlər keçirilib. Həmin təlimdən möhtəşəm görüntüləri təqdim edirik.  

Read More
Dünya 

Rusiyanın Yakutsk şəhərində ofis binası yanıb: Ölən və xəsarət alanlar var – YENİLƏNİB + VİDEO

Rusiyanın Yakutsk şəhərinin mərkəzində ofis binasında baş verən yanğın nəticəsində bir nəfər ölüb, 10 nəfər xəsarət alıb. Məlumata görə, ümumilikdə 52 nəfər xilas edilib, 25 nəfər isə təxliyə edilib. Regional Səhiyyə Nazirliyi yanğından sonra dörd nəfərin xəstəxanaya yerləşdirildiyini, üçünün vəziyyətinin ağır olduğunu bildirir. Mənbə: TASS 11:42 Rusiyanın Yakutsk şəhərinin mərkəzində ofis binası yanır. İnsanlar yanğından xilas olmaq üçün pəncərəyə çıxırlar. Artıq iki nəfərin yaralandığı bildirilir. Xilasedicilər binada olan insanları təxliyə edir. Yanğın yüksək mürəkkəblilik dərəcəsində qiymələndirilir. Qeyd edək ki, hadisə yerində yanğınsöndürənlər və təcili yardım əməkdaşları işləyirlər. Mənbə: RİA Novosti “Telegram” kanalı

Read More
Dünya 

Ermənistan XİN: “Alma-Ata Bəyannaməsinin yerinə yetirilməsi Azərbaycanla sülhü mümkün edəcək”

İrəvanla Bakı arasında sülh 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinin yerinə yetirilməsi şərti ilə baş verə bilər. Bu şərti Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan macar həmkarı Peter Siyartonun da iştirak etdiyi mətbuat konfransında çıxışı zamanı söyləyib. Erməni diplomat vurğulayıb ki, uzunmüddətli sülh üçün regiona aid olan bütün dövlətlər təsirli addımlar atmalı, eləcə də maksimalist iddialardan imtina etməli olacaqlar. “Ermənistan və Azərbaycanın ərazi bütövlükləri birmənalı şəkildə tanınacağı, sərhədlərin delimitasiyasının 1991-ci ilin Alma-Ata bəyannaməsi və SSRİ-nin ən son xəritələri əsasında həyata keçiriləcəyi halda Ermənistan və Azərbaycan arasında sabit sülhə, sülh müqaviləsinin…

Read More
Dünya 

Türkmənistan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdədir. O, rəsmi qarşılanma mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Liderlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə danışıb, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Dövlət başçılarının təkbətək və geniş tərkibli görüşlərindən sonra birgə mətbuat konfransı, həmçinin sənədlərin imzalanması mərasimi baş tutacaq. Qeyd edək ki, S.Berdiməhəmmədovun prezident kimi Türkiyəyə ilk rəsmi səfəri iki gün davam edəcək. Xatırladaq ki, Türkmənistanın müstəqilliyini ilk tanıyan ölkə məhz Türkiyə olub. Mənbə: Anadolu

Read More
Dünya 

MDB hökumət başçılarının növbəti iclası 2024-cü ilin mayında Aşqabadda keçiriləcək

“Gələn ilin mayında Aşqabadda MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası keçiriləcək”. Bunu Bişkekdə Birlik ölkələrinin hökumət başçılarının görüşündə Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov deyib. “Şuramızın iclasının 2024-cü ilin mayında Aşqabadda keçirilməsi qərara alındı” – o bildirib. Onun sözlərinə görə, baş nazirlərin ilkin görüşü gələn il mayın 23-24-də keçiriləcək. Qeyd edək ki, Bişkekdə keçirilən iclasda Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan hökumət başçıları, Azərbaycan, Ermənistan və Türkmənistan baş nazirlərinin müavinləri, həmçinin Avrasiya İqtisadi İttifaqı strukturlarının və Birlik İcra Hakimiyyətinin nümayəndələri iştirak edirlər. Mənbə: TASS

Read More
Dünya 

Hicabdan imtina edən iranlı aktrisalara filmlərdə çəkilmək qadağan olunub

İranda hicab taxmaqdan imtina edən aktrisalara filmlərdə çəkilmək rəsmən qadağan olunub. Nəzarət şöbəsinin müdiri Həbib İlbəyqinin sözlərinə görə, belə aktrisaların siyahısı hazırlanıb. “Etiraz etdikləri məhdudiyyətlərə görə, bu aktrisalar kino karyeralarını davam etdirə bilməyəcəklər. Onların əvvəlki işləri, bu layihələrə qoyulan əhəmiyyətli investisiyaları nəzərə alaraq, kino istehsalçılarının maraqlarını qorumaq üçün hələ də tədricən yayımlanacaq. Bununla belə, onlara qarşıdan gələn hər hansı film layihələrində iştirakına qadağa qoyulacaq”, – deyə o bildirib. Qadağa qoyulmuş aktrisalar arasında İranın məşhur sənətçiləri Baran Kosari, Vişka Asayeş, Panteha Bəhram və başqaları da var. Qeyd edək ki, 2022-ci ildə…

Read More
Dünya 

Paşinyan: “Bir neçə aya İrəvanla Bakı arasında sülh sazişi imzalana bilər”

“Bir neçə aya İrəvanla Bakı arasında sülh sazişi imzalana bilər”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib. “Hazırda sənəd üzərində aktiv iş gedir”, – deyə N.Paşinyan qeyd edib. O bildirib ki, tezliklə Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasında müsbət irəliləyişlər ola bilər. N.Paşinyan Ermənistanın regionda bütün nəqliyyat və kommunikasiyaların açılmasında maraqlı olduğunu bəyan edib. “Cənubi Qafqazda gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini təmin etmək üçün Ermənistanın hüquq-mühafizə orqanlarında bölmə də yaradılır”, – deyə N.Paşinyan əlavə edib. Mənbə: Sputnik Ermənistan

Read More