Dünya 

Türkiyəli idmançı dünya rekordu qırdı – VİDEO

Türkiyəli idmançı Şahika Ercümen kürəklərdən və dalğıcların istifadə etdiyi digər avadanlıqların köməyi olmadan üfüqi vəziyyətdə suyun dərinliyinə baş vuraraq dünya rekordunu təzələyib. Belə ki, Türkiyənin Hatay bölgəsində suya dalan idmançı birnəfəsə 106 metr dərinliyə qədər enərək qadınlar arasında əvvəlki rekordu (105 metr) yeniləyib. İdmançı yeni nailiyyətini Türkiyə Respublikasının qurulmasının 100-cü ildönümünə həsr etdiyini bildirib. Əlavə edək ki, Ş.Ercümen bu göstərici ilə adını “Ginnesin Rekordlar Kitabı”na  da yazdırıb. Mənbə: Ntv.com.tr

Read More
Dünya 

Ermənistan MN informasiya şöbəsinin keçmiş rəisi həbs edilib

Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan həbs edilib. Bu barədə Altunyanın vəkili Qor Saqoyan məlumat verib. Onun sözlərinə görə, birinci instansiya məhkəməsi ev dustaqlığı və girov qətimkan tədbiri seçib. Prokurorluq hökmdən apellyasiya şikayəti verib, Apellyasiya Məhkəməsi isə onu ləğv edərək iki ay müddətinə həbs qərarı verib. Vəkilin sözlərinə görə, Gevorq Altunyan dindirilib və ətraflı ifadə verib. Müdafiə tərəfi digər istintaq işlərinin də aparılmasını istəyib, çünki “ona qarşı irəli sürülən ittihamların reallıqla heç bir əlaqəsi yoxdur”. Qeyd edək ki, istintaq komitəsinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin İnformasiya…

Read More
Dünya 

HƏMAS-ın qərargahı məhv edildi – VİDEO

İsrail qırıcıları HƏMAS-ın Qəzza zolağında yerləşən qərargahına hava zərbələri endirib. Bunu təsdiq edən görüntüləri İsrail ordusu yayıb. Məlumat üçün əlavə edək ki, Fələstinin radikal HƏMAS hərəkatı İsrailin Qəzza zolağına hava hücumlarını dayandıracağı təqdirdə girovları azad etməyə hazır olduğunu açıqlayıb. Həmin görüntüləri təqdim edirik: Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Read More
Dünya 

Vladimir Putin Çinə səfər edib – VİDEO

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib. Qeyd olunur ki, Rusiya prezidenti oktyabrın 17-də Çində keçiriləcək “Bir kəmər, bir yol” forumunda iştirak edəcək. İkigünlük səfər çərçivəsində Rusiya və Çin dövlət başçılarının görüşü baş tutacaq, bundan əlavə, V.Putin forum çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcək. Mənbə: TASS

Read More
Dünya 

Beynəlxalq Məhkəmədə erməni muxtariyyəti söhbəti – Bakı isə “möhürü”nü vurub!

“Bu bölgədə yeni şərt müəyyən edəcək bir nəfər var, o da…” Ermənistanda yenidən baş qaldırmağa çalışan separatçı-canilər Qarabağdakı keçmiş xunta rejiminin başçısı Samvel Şahramanyanın imzaladığı “sənəd”in ləğvi ehtimalının olduğundan danışmağa başlayıblar. Bu barədə oktyabrın 14-də “Vahid Vətən” partiyasının başçısı, mifik “artsax”ın qondarma “özünü müdafiə ordusu”nin keçmiş “komandanı”, erməni hərbi canilərindən biri Samvel Babayan erməni mediasına deyib. “Sərəncam imzalayanda yazdılar ki, yanvarın 1-dək qüvvədədir. Yeganə legitim orqan “artsax”ın Milli Məclisidir ki, bu sərəncama baxmalı, məhkəməyə göndərməlidir, görəcəklər ki, nə qədər qanuni olub, yoxsa yox. Parlament bundan sonra atacağı addımlarla bağlı qərar…

Read More
Dünya 

BMT Qəzza zolağının atəşə tutulmasını müharibə cinayəti adlandırdı

BMT Qəzza zolağının atəşə tutulmasını müharibə cinayəti adlandırıb. Bu bəyanatla BMT-nin müstəqil beynəlxalq komissiyası çıxış edib. Komissiya İsrailin Fələstin şəhərlərini qeyri-mütənasib şəkildə hədəf aldığını bildirib. “İsrailin hücumları nəticəsində dəyən zərər və xəsarətlər hərbi mənfəətlə qeyri-mütənasib olub və buna görə də müharibə cinayəti təşkil edib”, – BMT komissiyası vurğulayıb. Komissiya həmçinin fələstinli yaraqlıların İsraildəki hərəkətlərini də cinayət kimi tanıyıb. Qeyd olunub ki, son məlumatlara görə, Anklav əhalisinin yarıdan çoxu evlərini tərk etməyə məcbur qalıb. Mənbə: lenta.ru

Read More
Dünya 

Gürcüstan Konstitusiya Məhkəməsi Zurabişvilinin impiçmenti barədə vəsatəti təmin edib

Gürcüstanın Konstitusiya Məhkəməsi (KM) hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının konstitusiya təqdimatını təmin edib və respublika Prezidenti Salome Zurabişvilinin hökumətin icazəsi olmadan xarici səfərlərinə görə konstitusiyanı pozduğunu müəyyən edib. Məhkəmənin qərarını Konstitusiya Məhkəməsinin sədri Merab Turava canlı efirdə oxuyub. “Gürcüstanın Konstitusiya Məhkəməsi müəyyən edib ki, Gürcüstan Prezidenti Salome Zurabişvili 2023-cü il avqustun 31-də, sentyabrın 1-də və 6-da xaricə işgüzar səfərlər zamanı beynəlxalq münasibətlər sahəsində nümayəndəlik hüquqlarını və səlahiyyətlərini hökumətin razılığı olmadan həyata keçirib. Gürcüstan prezidenti bununla da Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin 1-ci hissəsinin “a” yarımbəndini pozub”, – deyə Turava bildirib.…

Read More
Dünya 

Vladimir Putin İsrail və Fələstin liderləri ilə danışıqlar aparacaq

Rusiya Prezidenti Vladimir Putin bu gün İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparacaq Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib. V.Putinin köməkçisi bildirib ki, Rusiya lideri Fələstin-İsrail arasında yaşanan eskalasiyasını diqqətlə izləyir. “Kreml Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi kontekstində dərhal atəşkəsə və siyasi nizamlanma prosesinə başlamağa çağırır”, – deyə Yuri Uşakov əlavə edib. Mənbə: Anadolu

Read More
Dünya 

Ərdoğan və Rəisi Yaxın Şərqdə yaşanan son hadisələri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. İki ölkənin prezidenti telefon danışığı zamanı İsrail-Fələstin münaqişəsi, Yaxın Şərqdə artan gərginlik və onun həll yolu üçün atılacaq addımları müzakirə ediblər. Mənbə: Anadolu

Read More