Dünya 

İsrailə hücum nəticəsində yaralananların sayı 770-i, ölənlərin sayı 40-ı keçdi – YENİLƏNİB

Bu gün səhər saatlarında Qəzza zolağından İsrailə endirilən çoxsaylı raket zərbələrindən sonra ölənlərin sayı 40-ı keçib. Qeyd edək ki, yaralananların sayı 770-i keçib. 15:11 HƏMAS-ın İsrailə endirdiyi aviazərbələrdən sonra yaralıların sayı durmadan artır. Belə ki, ən son məlumatlara görə yaralıların sayı 500-dən çoxdur. Qeyd edək ki, bu səhər saatlarından Qəzza zolağından İsrail raketlərdən atəşə tutulub. 14:23 İsrailin cənub və mərkəzinə raket hücumlarında ölənlərin satının 22-ə çatdığı bildirilir. Həmçinin ən azı 70-i ağır olmaqla, 300-dən çox yaralı var. Qeyd edək ki, HƏMAS kütləvi hücumda əsgərləri, mülki vətəndaşları əsir götürdüyünü iddia edir. 12:51 İsrailin…

Read More
Dünya 

Netanyahu: “İsrailin məqsədi ərazisini düşmənlərdən təmizləməkdir”

“Qəzzadan gələn fələstinlilərin hücumu qarşısında İsrailin hazırkı əsas məqsədi ölkəyə girən yaraqlılardan təmizləməkdir”. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə keçirdiyi təcili görüşdən sonra deyib. “Bu səhərdən etibarən İsrail dövləti müharibə vəziyyətindədir. Bizim ilk vəzifəmiz ərazimizə daxil olan düşmən qüvvələrini təmizləmək, hücuma məruz qalmış icmalarda təhlükəsizlik və sakitliyi bərpa etməkdir”, – deyə baş nazir bildirib. “İkinci məqsəd, Qəzza zolağı da daxil olmaqla, düşməndən əvəzimizi çıxmaqdır. Üçüncü məqsəd başqa cəbhələri gücləndirməkdir ki, heç kim səhvən bu müharibəyə qoşulmasın”, – Netanyahu qeyd edib. Eyni zamanda o, bir daha…

Read More
Dünya 

ABŞ müdafiə naziri: “İsraili müdafiə üçün zəruri hər şeylə təmin etmək niyyətindəyik”

“ABŞ hakimiyyəti İsrail ərazisinin atəşə tutulması fonunda bu ölkəni müdafiə üçün zəruri olan hər şeylə təmin etmək niyyətindədir”. Bunu ABŞ müdafiə naziri Lloyd Ostin yazılı bəyanatında deyib. “Yaxın günlərdə ABŞ Müdafiə Nazirliyi mülki şəxslərin zorakılıqdan, terrordan müdafiəsi və qorunması üçün İsrailin ehtiyacı olan hər şeylə təmin edilməsi üzərində çalışacaq”, – deyə bəyanatda bildirilib. Mənbə: TASS

Read More
Dünya 

Metsamor təhlükəsi: Ermənistan Fukusima faciəsini təkrarlamaq istəyir? – VİDEO

2011-ci il martın 12-də Çernobıldan sonra böyüklüyünə görə ikinci olan Yaponiyanın Fukusima Dayiçi atom elektrik stansiyasında (AES) nüvə fəlakəti baş verdi. Doqquz bal gücündə baş vermiş zəlzələ nəhəng sunamiyə səbəb oldu. 15 metrlik dalğa stansiyanın soyutma sistemlərini zədələdi. Bu, partlayışa, radiasiyanın atmosferə buraxılmasına və daha da ağır radioaktiv çirklənməyə səbəb oldu. Hadisədən sonra Yaponiyanın şimal-şərqindəki şəhərlərdən 160 minə yaxın insan təxliyə edilib. Fukusima Dayiçidə baş vermiş qəza bir çox ölkələri seysmik aktivliyi yüksək olan ərazilərdə yerləşən elektrik stansiyalarının fəaliyyəti haqqında düşünməyə vadar etdi. Bu barədə CBC telekanalının “Fukusima. 12 il sonra.…

Read More
Dünya 

Prezident İshak Hersoq İsrailə hücumda İranı da ittiham etdi – FOTO

İsrail Prezidenti İshak Hersoq dünya ictimaiyyətini yəhudi dövlətinə qarşı hücumlara görə məsuliyyət daşıyan HƏMAS terror təşkilatını mühakimə etməyə çağırıb. İshak Hersoq bununla bağlı öz “X” sosial şəbəkə hesabında paylaşım edib. “Bu gün biz HƏMAS-ın – məqsədi günahsız insanları, kişiləri, qadınları və uşaqları soyuqqanlılıqla qətlə yetirmək olan terror təşkilatının əsl simasını gördük”, – İshak Hersoq paylaşımda bildirib. İsrail prezidenti həmçinin İranı da baş verən hadisələrdə və HƏMASA tərəfdaşlıq etməkdə ittiham edib. “İsrail hakimiyyəti vətəndaşlarımıza qarşı bu açıq və mövcud təhlükəni aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görəcək. İsrail bütün çətinliklərin öhdəsindən…

Read More
Dünya 

NATO: “İsrailin özünü müdafiə etmək hüququ var”

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Fələstinin HƏMAS hərəkatının İsrailə hücumlarını kəskin şəkildə pisləyir. Bu açıqlama ilə NATO-nun rəsmi nümayəndəsi Dilan Uayt çıxış edib. “Biz HƏMAS-ın NATO-nun tərəfdaşı İsrailə qarşı bugünkü terror hücumlarını qətiyyətlə pisləyirik” – o qeyd edib. NATO nümayəndəsi əlavə edib ki, terrorizm azad cəmiyyətlər üçün əsas təhlükədir və İsrailin özünü müdafiə etmək hüququ var. Mənbə: TASS

Read More
Dünya 

Ekvadorda prezidentliyə namizədin qətlinə görə həbs olunanların hamısı öldürüldü – VİDEO

Ekvador Prezidenti Gilyermo Lasso avqust ayında Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensionun qətli ilə bağlı həbs edilən altı nəfərin həbsxanada qətlə yetirilməsindən sonra ölkənin təhlükəsizlik orqanlarının nümayəndələrini toplantıya çağırıb. “Quayakildəki 1 saylı təcridxanada baş vermiş altı qətllə bağlı məlumat aldıqdan sonra təhlükəsizlik kabinetinin təcili çağırılmasını əmr etdim. Bu fövqəladə vəziyyətlə məşğul olmaq üçün yaxın bir neçə saat ərzində Ekvadora qayıdacağam”, – deyə prezident bildirilib. Qeyd edək ki, cümə günü səhər saatlarında Məhbuslarla İş üzrə Xidmət məlumat vermişdi ki, avqustun 9-da Kitoda Vilyavisensionun qətlində əli olmaqda ittiham olunan altı Kolumbiya vətəndaşı həbsxanada…

Read More
Dünya 

İsraildə polis general-mayoru yaralanıb

İsrail Cənub dairəsində polis general-mayoru Amir Koen Sderot şəhərində yaralanıb. Bu barədə məlumatı İsrail radiosu yayıb. Məlumata görə, İsrail hərbçiləri Qəzza zolağı ilə sərhəddə bir neçə döyüşçünü zərərsizləşdirib. Onlar Qəzza zolağında hərbi obyektlərə zərbələr endirirlər. Məlumatı hələ ki, rəsmi mənbələr təsdiqləməyib.

Read More
Dünya 

İsrail Qəzza ətrafındakı hava bazalarını təxliyə edir – VİDEO

İsrail Qəzza ətrafındakı hava bazalarını təxliyə edir. Bununla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərdə İsrail hərbi təyyarələrini yol boyu daşındığını əks etdirən kadrlar yer alıb. Qeyd edək ki, İsrail müdafiə naziri Yoav Qalant şənbə günü səhər saatlarında Qəzza zolağından başlanan raket hücumları fonunda İsrailin mərkəzində və ölkənin cənubunda xüsusi təhlükəsizlik vəziyyətinin tətbiqi barədə göstəriş verib. Ölkədə silahlı qruplaşmalar tərəfindən yaşayış məntəqələri, polis idarələrinə hücumlar edilir, toqquşmalar şiddətlənir.    

Read More