Qızıl və gümüş kəskin bahalaşdı! ABŞ və İsrailin İran əməliyyatları qlobal bazarları silkələdi
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra qlobal maliyyə bazarlarında ciddi dalğalanma müşahidə olunur. Geosiyasi gərginliyin artması fonunda investorlar ənənəvi “təhlükəsiz liman” sayılan qiymətli metallara üz tutublar. Bazar məlumatlarına görə, ons qızıl erkən saatlarda 5 393 dollara qədər yüksəlib. Hazırda isə qızılın qiyməti cümə günü ilə müqayisədə 1,9 faiz artaraq 5 363 dollar/ons səviyyəsində ticarət olunur. Musavat.com bildirir ki, analitiklər bunu riskli aktivlərdən çıxış və qoruyucu investisiya alətlərinə yönəli kütləvi axınla əlaqələndirirlər. Gümüş bazarında da artım qeydə alınıb. Belə ki, gümüşün unsiyası 0,7 faiz bahalaşaraq 94,49 dollar səviyyəsinə…
Read More