Çin hakimiyyəti Yaxın Şərqdə genişmiqyaslı müharibə riskinin artması ilə bağlı ciddi narahatlığını ifadə edərək, beynəlxalq koalisiyanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Musavat.com xəbər verir ki, bu barədə Çin parlamentinin rəsmi nümayəndəsi Lou Tsintszyan bəyanatla çıxış edib. Pekin rəsmisi vurğulayıb ki, Çin İrandakı vəziyyəti diqqətlə izləyir və istənilən dövlətin milli suverenliyinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşılmasını zəruri hesab edir. Lou Tsintszyan tərəfləri eskalasiyadan qaçmağa səsləyərək bunları qeyd edib: “Çin tərəfi hərbi əməliyyatların dərhal dayandırılmasına, vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasına, dialoq və danışıqların bərpasına çağırır. Yaxın Şərqdə sülh və sabitliyin qorunması qlobal…
Read More