SON DƏQİQƏ! İran silkələndi
İranın cənubunda 4,3 bal gücündə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, zəlzələ 10 km dərinlikdə baş verib.
Zəlzələnin episentri təxminən 1,25 milyon əhalisi olan Şiraz şəhərindən 211 km cənub-şərqdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

