Dünya 

XƏBƏRDARLIQ: Bu tarixdə 50-60 ilin ən soyuq qışı gəlir– Hər yer buz bağlayacaq…

Son 50-60 ilin ən soyuq dövrlərindən biri proqnozlaşdırılır. Bu barədə Dünya Meteorologiya Təşkilatı (WMO) xəbərdarlıq edib. Beynəlxalq qurum 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər hava hadisələrinin proqnozlarına dair yeni hesabat dərc edib. Hesabatda planeti sərinləşdirən La Nina effektli hava şəraitinin yaxın 3 ay ərzində baş verəcəyi bildirilir. La Nina effektinin zəif və qısa müddətli olacağı da ehtimallar arasındadır. Qeyd edək ki, temperaturun artmasına səbəb olan El Nino və La Nina hava hadisələri ilə bağlı mövsümi proqnozlar və onların qlobal iqlim modellərinə təsirləri erkən xəbərdarlıq və ilkin tədbirlər üçün mühüm…

Read More
Dünya 

Nazir partlayışda öldü – Bu ölkədə…

Əfqanıstan Taliban hökumətinin qaçqınlar naziri bu gün paytaxt Kabildə nazirliyin mənzil-qərargahında törədilən partlayış nəticəsində həlak olub. Ölənlər arasında nazir Xəlil Ur-Rahman Haqqani və bir neçə əməkdaş var. Mərhum nazir 2001-ci ildə ABŞ-ın işğalından sonra Talibanın 20 illik qiyamları zamanı həyata keçirdiyi ən qəddar hücumlardan bəzilərinə görə məsul olan Haqqani şəbəkəsinin qurucusu Cəlaləddin Haqqaninin qardaşı idi. O, həm də hazırda Əfqanıstanın daxili işlər naziri vəzifəsində çalışan Siracuddin Haqqani-nin əmisi idi. (lent.az)

Read More
Dünya 

Ərdoğan: Türkiyə Suriyadakı vəziyyətə hər zaman vicdanla yanaşıb

Suriyaya könüllü şəkildə geri qayıdanların sayı zamanla artacaq. “Report”un məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən toplantıda deyib. Ərdoğan regionda və dünyanın müxtəlif bölgələrində Türkiyəyə ümid bağlayanlara salamlarını çatdırıb. “Türkiyə suriyalı mühacirləri 13 il ərzində ən yaxşı şəkildə qonaq edib. Biz Suriyalı qardaşlarımızı heç vaxt tək qoymamışıq. Ölkə və millət olaraq insanlıq sınağından uğurla çıxdığımız yerlər arasında Suriya birinci yerdədir. Bu məsələdə mövqeyimiz, münasibətimiz ilk gündən bəllidir, sözümüz, əməlimiz ortadadır. Türkiyə Suriyadakı vəziyyətə hər zaman vicdanla yanaşıb. Biz çətin günlərdə insanlığımız, qonşuluğumuz…

Read More
Dünya 

Cənubi Koreya polisi Prezident Administrasiyasında axtarış aparılır

Cənubi Koreya polisi ölkə başçısı Yun Sok Yolun Prezident Administrasiyasında axtarış aparır. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilib ki, söhbət hərbi vəziyyət hadisələrinin araşdırılması üçün yaradılmış xüsusi istintaq qrupundan gedir. Bundan əlavə, Milli Polis Agentliyinin qərargahında və paytaxt polisinin binasında axtarışlar aparır. Xatırladaq ki, daha əvvəl Koreya Respublikasının Polisi Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Siki həbs etmişdi.//Report

Read More
Dünya 

Yaşar Gülər britaniyalı həmkarı ilə Suriyadakı son durumu müzakirə edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə Böyük Britaniyadan olan həmkarı Con Healey arasında telefon danışığı olub. “Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, tərəflər Suriyadakı son durum barədə danışıblar. Onlar, həmçinin müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli və regional məsələləri də müzakirə ediblər.

Read More
Dünya 

Ərdoğandan İsrailə XƏBƏRDARLIQ: “Yolu yol deyil”

Prezident Rəcəb Tayyib Ərdoğan, 15-ci Böyükelçilər Konfransında çıxış edərək, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi və İsrailin bu ölkəyə qarşı hücumları barədə bəyanatlar verib. Ərdoğan, İsrailin Colan təpələrini keçərək Dəməşq yaxınlığında hücumlar həyata keçirməsinə sərt reaksiya verib: “İsrail hökumətinin israrla və inatla getdiyi yol, açıq deyim ki, yol deyil”. “Əsəd rejimi böyük bir dağıntı buraxaraq Suriyanı tərk edib. Zalımlar məğlub olub, zəlil duruma düşüb, məzlumlar bir daha qalib gəlib. Artıq bu ölkədə ən çətin dövr geridə qalıb.” “Türkiyə ilk gündən haqqı, ədaləti və hər kəsi əhatə edən sistemin qurulmasını müdafiə edib.…

Read More
Dünya 

Telefonlardakı radiasiyanın kişilərə zərəri

Cenevrə Universitetinin (UNIGE) avropalı alimləri qrupu İsveçrə Tropik və İctimai Sağlamlıq İnstitutu (Swiss TPH) ilə əməkdaşlıq edərək mobil telefonların yaydığı elektromaqnit şüalanmanın kişilərə zərərli olduğunu təsdiqləyib. Müəlliflər 2005-2018-ci illərdə 18-22 yaş arası təxminən üç min kişidən toplanmış məlumatları təhlil ediblər. Tədqiqatçılardan həyat tərzləri, ümumi sağlamlıqları, telefonlarından nə qədər istifadə etdikləri və istifadə olunmayanda cihazlarını hara qoymaları ilə bağlı suallara cavab vermələri istənilib. Nəticələr tez-tez smartfon istifadəsi ilə sperma konsentrasiyası arasında əlaqəni göstərib. Telefondan həftədə bir dəfədən çox istifadə etməyən kişilər qrupunda (56,5 milyon/millilitr) gündə 20 dəfədən çox telefonla işləyən kişilərlə…

Read More
Dünya 

Azərbaycanlı diplomatın 70 kq qızılla tutulduğu “Mall”: Sui-qəsd, atışma… – ŞOK FAKTLAR

İstanbulun Ayazağa bölgəsində yerləşən Vadi İstanbul Ticarət Mərkəzi (AVM), son dövrlərdə artan zorakılıq hadisələri ilə diqqət mərkəzinə çevrilib. 46 yaşlı Aras Yılmaz, AVM-nin kafe bölümündə silahlı hücuma məruz qalaraq həyatını itirib. Dünən gecə 34 MAV 269 dövlət nömrə nişanlı avtomobillə AVM-nin açıq kafe ərazisinə gələn Aras Yılmaz, kask taxan bir şəxs tərəfindən qarşısı kəsilib. Hücum edən şəxs avtomobilin ön şüşəsindən Yılmazın üzərinə 10 dəfə atəş açıb. Yılmaz 9 güllə yarası alaraq ağır yaralanıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası Yılmazı Şişli Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanasına çatdırsa da,…

Read More
Dünya 

İsrail Suriya ordusunun mövqelərinə hücum edib

İsrail Suriya ordusunun Aralıq dənizi sahilindəki Latakiya şəhərindəki mövqelərinə hücum edib. “Report” xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb. Qeyd olunub ki, hücumlar Suriya ordusunun Saqubein, Əl-Müşairifə ərazilərindəki obyektlərinə və Latakiya limanına yönəlib. Qeyd edək ki, Qətərin “Əl-cəzirə” telekanalı daha əvvəl İsrail hərbi təyyarələrinin Suriyanın cənubundakı silah anbarına hücum etdiyini bildirib. Məlumata görə, Dəməşqdən 70 km cənubda, Dəraa vilayətində yerləşən İzra şəhəri yaxınlığında Suriya ordusuna məxsus silah anbarı bombalanıb. Hava hücumu bir sıra partlayışlarla müşayiət olunub.

Read More
Dünya 

Pentaqon Suriyada kimyəvi silahın olduğunu ETİRAF ETDİ

Pentaqon hesab edir ki, Suriyada kimyəvi silah ehtiyatları ola bilər və Birləşmiş Ştatlar tərəfdaşları vasitəsilə onların öz qüvvələrinə və ya mülki şəxslərə qarşı istifadəsinin qarşısını almağa çalışır. Bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinqh jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə danışıb. Onun sözlərinə görə, Pentaqon kimyəvi silah məsələsinə diqqət yetirir: “Biz bu kimyəvi silahların mülki şəxslərə, ABŞ qüvvələrinə və ya onların bölgədəki tərəfdaşlarına qarşı istifadə etmək istəyənlərin əlinə keçməməsinə çalışırıq. Bu məsələdə təcrübəmiz var və biz bu silahların yanlış əllərə keçməsinin qarşısını almaq üçün yerdəki tərəfdaşlar vasitəsilə işləyirik”. Pentaqon rəsmisi vurğulayıb…

Read More