Dünya 

Nazir partlayışda öldü – Bu ölkədə…

Əfqanıstan Taliban hökumətinin qaçqınlar naziri bu gün paytaxt Kabildə nazirliyin mənzil-qərargahında törədilən partlayış nəticəsində həlak olub.

Ölənlər arasında nazir Xəlil Ur-Rahman Haqqani və bir neçə əməkdaş var.

Mərhum nazir 2001-ci ildə ABŞ-ın işğalından sonra Talibanın 20 illik qiyamları zamanı həyata keçirdiyi ən qəddar hücumlardan bəzilərinə görə məsul olan Haqqani şəbəkəsinin qurucusu Cəlaləddin Haqqaninin qardaşı idi.

O, həm də hazırda Əfqanıstanın daxili işlər naziri vəzifəsində çalışan Siracuddin Haqqani-nin əmisi idi. (lent.az)

Daha çox xəbərlər