Dünya 

Cənubi Koreya polisi Prezident Administrasiyasında axtarış aparılır

Cənubi Koreya polisi ölkə başçısı Yun Sok Yolun Prezident Administrasiyasında axtarış aparır.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, söhbət hərbi vəziyyət hadisələrinin araşdırılması üçün yaradılmış xüsusi istintaq qrupundan gedir. Bundan əlavə, Milli Polis Agentliyinin qərargahında və paytaxt polisinin binasında axtarışlar aparır.

Xatırladaq ki, daha əvvəl Koreya Respublikasının Polisi Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Siki həbs etmişdi.//Report

Daha çox xəbərlər