Dünya 

Putin Belarusda səfərdədir

Rusiya prezidenti Vladimir Putin İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak etmək üçün Belarusun paytaxtı Minskdə səfərdədir. İclasa Belarus prezidenti Aleksandr Lukaşenko sədrlik edəcək. Bildirilir ki, iki dövlət başçısının ayrıca görüşü də nəzərdə tutulub. Görüşdə Rusiya və Belarusun ümumi müdafiə məkanının gücləndirilməsi məsələləri müzakirə olunacaq. Görüş İttifaq dövlətinin yaradılması haqqında müqavilənin imzalanmasının 25-ci ildönümü ərəfəsində baş tutacaq. Onun iştirakçıları 2024-2026-cı illər üçün İttifaq Dövlətinin yaradılması haqqında Müqavilənin müddəalarının həyata keçirilməsi üzrə əsas istiqamətlərin və hazırlanmış Təhlükəsizlik Konsepsiyasının icrasının gedişatını nəzərdən keçirəcəklər.//Report

Read More
Dünya 

Ermənistanın çıxış yolu – Qərbi Azərbaycan reallığının etirafı – ANALİZ

Qərbi azərbaycanlılarının pozulan hüquqlarının bərpası Azərbaycanın ictimai-siyasi fikrinin başlıca mövzularındandır. Bunu həm də rəsmi Bakının xarici siyasətinin prioritetlərindən saymaq olar. 300 minə yaxın Qərbi azərbaycanlının tapdanan vətəndaşlıq, insan və mülkiyyət hüquqlarının bərpası həm də regionda dayanıqlı sülh, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaranması üçün başlıca şərtlərdəndir. Ermənistan vətəndaşlarının pozulan hüquqlarının bərpasını görməzliyə salır. Rəsmi İrəvan bu məsələyə bir çox hallarda qərəzli yanaşır. Onlar bunu Azərbaycanın qonşu ölkəyə guya ərazi iddiası kimi təqdim etməyə səy göstərir. Halbuki, bu ən sadə məsələdir – 1987-1991-ci illərdə 300 minədək azərbaycanlı öz tarixi torpaqlarından, yurd-yuvalarından…

Read More
Dünya 

Finlandiya NATO-nun Ukrayna üzrə missiyasına qoşulacaq

Finlandiya NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim (NSATU) missiyasında iştirak edəcək və 6 hərbçi göndərəcək. “Report”un xəbərinə görə, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib. Qeyd olunur ki, müvafiq qərarı dünən ölkə Prezidenti Aleksander Stubb təsdiqləyib. Xatırladaq ki, NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim (NSATU) proqramının yaradılmasına iyul ayında Alyansın Vaşinqtonda keçirilən sammitində qərar verilib. NSATU Ukrayna üçün planlaşdırma və maddi-texniki dəstəyi koordinasiya və təmin edir, eləcə də müttəfiq ölkələrdə Ukrayna üçün təlimlərə nəzarəti həyata keçirir.

Read More
Dünya 

Makron Fransa baş nazirinin istefasını qəbul edib

Fransa Prezidenti Emmanuel Makron ölkə parlamentinin etimadsızlıq səsverməsindən sonra baş nazir Mişel Barnierin hökumətin istefası tələbini qəbul edib. Bu barədə Yelisey sarayı məlumat yayıb. “Bu gün Baş nazir hökumətinin istefası ilə bağlı ölkə Prezidentinə müraciət edib və o, bunu qəbul edib”, – qısa bəyanatda deyilir. Qeyd olunur ki, Barnye və Nazirlər Kabinetinin digər üzvləri yeni hökumət təyin olunana qədər cari işləri davam etdirəcəklər. Xatırladaq ki, dekabrın 4-də Fransa Milli Assambleyası hökumətə etimadsızlıq votumu keçirib və səsvermə nəticəsində etimadsızlıq qəbul edilib. Qərar 2025-ci il büdcəsinin qəbulu ilə bağlı mübahisələr fonunda yaranmış…

Read More
Dünya 

Ermənistanın adı qalmaqalda hallanan deputatı hakim partiyadan qovulub

Ermənistanın hakim “Mülki müqavilə” Partiyası deputat Ovik Ağazaryanı sıralarından xaric edib. “Report”un xəbərinə görə, bu barədə partiyanın sosial şəbəkədəki səhifəsində məlumat verilib. “İdarə Heyətinin qərarı ilə Ovik Ağazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə “Mülki müqavilə” Partiyasından xaric olunub”, – məlumatda bildirilir. Daha əvvəl “Mülki müqavilə” fraksiyasının üzvü Ovik Ağazaryan baş nazir Nikol Paşinyanın mandatından imtina xahişini rədd edib. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deputat Ovik Ağazaryanın onun tövsiyəsini dinləyərək, mandatından imtinasına ümid etdiyini deyib. O, digər…

Read More
Dünya 

Suriya Ordusu Xanasir şəhəri yaxınlığında silahlılara hücum edib

Suriya Ordusu Hələb şəhərindən cənub-şərqdə (Dəməşqdən 360 km məsafədə) əks hücuma keçib. “Report” xəbər verir ki, bu barədə Suriyanın “Al Watan” qəzetinə hərbi mənbə bildirib. Qoşunlar Atray-Hələb magistral yolu ilə irəliləyərək, əvvəllər “Cəbhət ən-Nusra” qruplaşması tərəfindən ələ keçirilən Xanasirə yaxınlaşıb. Suriya artilleriyası Həma şəhərinin şimalında, qərbində və şərqində yaraqlıların mövqelərini intensiv atəşə tutub. Qeyd edək ki, Suriya hərbçiləri daha əvvəl Həma yaxınlığındakı əks-hücumlar zamanı Es-Sukeilabiyah və Mhardeh şəhərləri arasında magistral yolda yerləşən yaşayış məntəqələrinə nəzarəti bərpa ediblər.

Read More
Dünya 

“Instagram”la bağlı ŞOK İDDİA: yeniyetmələr arasında təhlükəli qrupların formalaşmasını təbliğ edir

Araşdırmaçılar iddia edirlər ki, “Meta”nın ana şirkəti sosial şəbəkə saytından açıq-saçıq şəkilləri silmir. Digitalt Ansvar, “Instagram”ın yeniyetmələr arasında özünə zərər verən məzmunun yayılmasına töhfə verdiyini müəyyən edən bir araşdırma apardı. Araşdırmada Danimarkadan olan araşdırmaçılar “Instagram” sosial şəbəkəsində saxta səhifələr şəbəkəsi yaradaraq təcrübə aparıblar. Onlar özlərini 13 yaşlı uşaqlar kimi göstəriblər. Araşdırmaçılar özünə zərər vermə ilə bağlı 85 material (qan şəkilləri, bıçaqlar, fəaliyyətə çağırış) dərc ediblər. Lakin sosial şəbəkə onları heç vaxt silməyib. Və “Instagram” alqoritmi hətta qrup üzvlərinə bir-biri ilə dost olmağı tövsiyə edib. Ona görə də araşdırmanın nəticələrinə əsasən…

Read More
Dünya 

Toydan çıxıb evə gedən gəlini öldürmüşdü, cəzası bəlli oldu

ABŞ-da toy günü gəlini vurub öldürən qadın sürücüyə hökm oxunub. Hadisə 2023-cü il aprelin 28-də Cənubi Karolina çimərliyində Folly Beach yolunda baş verib. 27 yaşlı Ceymi Li Komoroski sərxoş halda yüksək sürətlə yeni evlənən cütlüyün olduğu qolf arabasına çırpılıb. Məlumata görə, mərhum 34 yaşlı Samanta Miller həmin an gəlinlik paltarında toyundan çıxıb evə gedirmiş. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Bəy kəllə-beyin travması alıb və çoxsaylı sümükləri sınıb. Məhkəmə qadın sürücü Komoroskini 25 il müddətinə azadlıqdan məhrum edilib./Lent.az

Read More
Dünya 

Kanada hökuməti Yəmən husilərini terror təşkilatları siyahısına daxil etdi

Kanada hökuməti Yəməndə fəaliyyət göstərən husiləri rəsmi olaraq terror təşkilatları siyahısına əlavə edib. Bu qərar, husilərin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq qəbul edilib. Kanadanın İctimai Təhlükəsizlik Nazirliyinin sözçüsü bildirib ki, ölkənin təhlükəsizlik və kəşfiyyat agentlikləri husilərin terror təşkilatları siyahısına daxil edilməsi üçün zəruri meyarları yerinə yetirib-yetirmədiyini qiymətləndiriblər. Bu addım, husilərin son dövrlərdə Qırmızı dənizdə ticarət gəmilərinə qarşı həyata keçirdiyi hücumlarla əlaqələndirilir. Qeyd edək ki, husilər əsasən Yəməndə fəaliyyət göstərən şiə islamçı bir hərəkatdır və İran tərəfindən dəstəkləndiyi bildirilir. Onların Qırmızı dənizdəki hücumları beynəlxalq ticarətə və…

Read More